“QORXU VƏ FOBİYALARIN ARADAN QALDIRILMASINA MÜXTƏLİF PSİXOLOJİ YANAŞMALAR” simpoziumu

  • Home
  • Xəbərlər
  • “QORXU VƏ FOBİYALARIN ARADAN QALDIRILMASINA MÜXTƏLİF PSİXOLOJİ YANAŞMALAR” simpoziumu
52134248_394964571271049_3752951163503247360_o

Psixologiya Elmi-Tədqiqat İnstitutu sizi institutun nəzdində fəaliyyət göstərən Nəzəri və Eksperimental Psixologiya şöbəsinin layihəsi olan “QORXU VƏ FOBİYALARIN ARADAN QALDIRILMASINA MÜXTƏLİF PSİXOLOJİ YANAŞMALAR” mövzusunda simpoziuma dəvət edir.
Simpoziumda hər biri öz sahəsinin peşəkarı olan 5 şəxsin mövzu ilə bağlı məruzəsini dinləyəcək, həmçinin workshoplarda iştirak edəcəksiniz.

1. Kənan Rəhimov – psixoterapevt.
Mövzu: Qorxu və fobiyaların aradan qaldırılmasına psixoanalitik yanaşma ( workshop ). 2. Hüseyn Xəlilov – Bakı Mühəndislik Universitetinin baş müəllimi.
Mövzu: Uşaq və yeniyetmələrin sosiallaşmasına təsir edən qorxu və fobiyalarla mübarizə yolları.

3. Nərmin Quliyeva – Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq.
Mövzu: Koqnitiv-davranışçı terapiyada qorxu və fobiyaların aradan qaldırılması.

4. Asəf Kərimov – psixoloq, rəssam.
Mövzu: Qorxu və fobiyaların aradan qaldırılmasında art-terapiya ( workshop ). 5. Məhərrəm Əliyev – Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Nəzəri və Eksperimental Psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru.
Mövzu: Neyrolinqvistik proqramlaşdırmada qorxu və fobiyalar: tərifi və aradan qaldırılması yolları ( workshop ). Simpoziumun proqramını sizə təqdim edirik:
09:00 – 09:45 – Qeydiyyat.
09:45 – 10:00 – Açılış.
10:00 – 10:55 – 1-ci çıxış.
11:00 – 11:55 – 2-ci çıxış.
12:00 – 12:55 – 3-cü çıxış.
13:00 – 13:55 – Nahar fasiləsi.
14:00 – 14:55 – 4-cü çıxış.
15:00 – 15:55 – 5-ci çıxış.
16:00 – 16:30 – Sertifikatların təqdimatı;
Qapanış.

SİMPOZİUMUN KEÇİRİLƏCƏYİ MƏKAN:
Psixologiya Elmi-Tədqiqat İnstitutu ( Konfrans zalı)
Ünvan: 38 Ziya Bünyadov.

SİMPOZİUMUN KEÇİRİLƏCƏYİ TARİX:
23.02.2019, saat: 10:00 – 16:00.
Simpoziumda iştirak ÖDƏNİŞLİDİR.
Ödəniş: 35 AZN.
Tələbələr üçün ( tələbə biletini təqdim etmək mütləqdir) xüsusi güzəştlə 25 AZN.

Simpoziumda iştirak etmək üçün öncədən qeydiyyat mütləqdir.

Qeydiyyat üçün link: https://goo.gl/forms/KKPsMMnikvRocJRB3

Bizimlə əlaqə: 070 268 27 08 ( what’s app da aktivdir)

Share to Odnoklassniki