02.02.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Gənclər Günü münasibətilə “Nəsillərin Debatı – elmin fonunda” adlı layihə baş tutdu.
Layihə çərçivəsində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu Fuad Əsədov “Elmə və elmi baxış”, həmin mərkəzin psixoloqu, Nəzəri və Eksperimental Psixologiya şöbəsinin elmi katibi Səbinə Ələkbərova “Gənc düşüncə”, Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya elmləri doktoru Elxan Bəylərov “Dəyərlərin dilemması”, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının müəllimi, doktorantı Gülər Məmmədova “Gənc nəsillə yaşlı nəslin vəhdəti” mövzusunda məruzə etdilər.
İştirakçıların da aktiv iştirakı ilə keçən tədbirin sonunda institutun sədri Elnur Rüstəmov çıxış edərək, gənclərə təbrik nitqi söyləyib, dəyərli spikerləri TƏŞƏKKÜRNAMƏ ilə təltif etdi.
Spikerlərimizə təşəkkür edib, iştirakçılarımıza uğurlar diləyir, hər yaşda ruhən gənc qalmağı arzu edirik.
“Nəsillərin Debatı – elmin fonunda”
“İÇİMİZDƏKİ TİTRƏŞİMLƏRƏ…SƏSLƏRDƏN SONSUZLUĞA…” muzterapiya konfransı
“NEVROTİK POZUNTULARIN DİAQNOSTİKASI VƏ KORREKSİYASI” PRAKTİK TƏLİMİ