Azərbaycan Respublikası Təhsil Nazirliyi, Müasir Azərbaycan Psixoloqları İB və Psixologiya Elmi-Tədqiqat İnstitutu “Məktəb Psixoloqlarının I Ümumrespublika Konfransı” nı təqdim edir.
Konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu, ”Məktəblinin Dostu” və “Sağlam Təhsil Sağlam Millət” layihələri ilə qarşılıqlı əməkdaşlıq zəminində keçirilir.
KONFRANSIN PROQRAMI:
Konfrans 4-mərhələdən ibarətdir.
1.Təntənəli açılış (Təbrik və dəstək çıxışları)
2.Plenar iclas (Spikerlərin müvafiq mövzular üzrə çıxışları)
3.Bölmə iclasları (Müxtəlif mövzular üzrə müzakirə-seminarlar)
4.Təntənəli bağlanış mərasimi və sertifikatların təqdimi
KONFRANSIN KEÇİRİLMƏ YERİ:
Bakı şəhəri, Ziya Bünyadov pr.38,
Psixologiya Elmi-Tədqiqat İnstitutu
KONFRANSIN KEÇİRİLƏCƏYİ TARİX:
25 YANVAR 2019-cu il, saat 9:00 – 18:00
PLENAR İCLASIN MÖVZULARI:
1. Psixoloji xidmət – ixtisasartırma və yenidən hazırlanma məsələləri.
2. Məktəb psixoloqu hazırlığının praktik aspektləri.
3.Məktəbdə psixoloji xidmətə yeni baxış: problemlər və perspektivlər.
4. Sağlam təhsildə psixogigiyenanın sosial-psixoloji aspektləri.
5. Psixoloq hazırlığının nəzəri məsələləri.
6. Ruhda “kağız kəsiyi” izlər.
7.Məktəbdə aşkar olunan psixoloji problemlər və onların həlli yolları.
8.Təxəyyül məktəbinə keçidin psixoloji problemləri.
PLENAR İCLASIN SPİKERLƏRİ:
1. Vəfa Yaqublu – Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru, əməkdar müəllim.
2. Ramiz Əliyev – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının müdiri, psixologiya üzrə elmlər doktoru.
3. Elxan Bəylərov – Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya üzrə elmlər doktoru.
4. Aynur Bünyatova – Psixologiya üzrə fəlsəfə doktoru, yaşam lideri və uşaq psixoloqu.
5. Diyanə İbrahimova – Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müəllimi.
6. Bahar Bəylərova-Ələkbərova – Azərbaycan Respublikasının Təhsil İnstitutu, Psixologiya və yaş fiziologiyası şöbəsinin böyük elmi işçisi, dissertant.
7.Mehriban Verdiyeva – Təhsil Nazirliyinin “Məktəblinin Dostu” layihəsində psixoloq.
8. Raziyə Quliyeva – Azərbaycan Respublikasının Təhsil İnstitutu, Psixologiya və yaş fiziologiyası şöbəsinin fəlsəfə doktoru proqramı üzrə doktorantı və həmin şöbənin böyük elmi işçisi.
1 saatlıq nahar fasiləsindən sonra aşağıda qeyd olunan mövzular üzrə Bölmə İclasları baş tutacaq:
1.Psixoloqu uğura aparan yol.
2.Fobiya və nitq ləngiməsi.
3. Kəkələmə.
4.Disleksiya – müasir təhsilin psixoloji problemi kimi : diaqnostika və korreksiyası
5.Praktik psixoloqun işində metaforik kartlardan istifadə metodları.
BÖLMƏ İCLASLARININ SPİKERLƏRİ:
1.Sevinc Əmirova-Azərbaycan Dillər Universiteti Psixologiya kafedrasının baş müəllimi.
2.Arzu Şıxəlizadə-Narınc Psixologiya Mərkəzi, İnkişaf və Yaş Psixologiyası şöbəsinin müdiri.
3. Ləman Quliyeva – 53 nömrəli məktəb, psixoloq.
4.Türkan Mikayıllı – Narınc Psixologiya Mərkəzi, İnkişaf və Yaş Psixologiyası şöbəsinin müdiri, psixoloq, Arzu Məmmədova -18 nömrəli məktəb, psixoloq.
5. Aynur Bünyatova – Psixologiya üzrə fəlsəfə doktoru, uşaq psixoloqu, yaşam lideri.
Bölmə iclasları bitdikdən sonra çay fasiləsi, daha sonra bağlanış və sertifikatların təqdimi mərasimi olacaqdır.