İlin yekunlarına əsasən gələcək uğurları necə müəyyənləşdirmək olar?

3985302-old-antique-clock

Yeni ilə saylı günlər qaldı…Bəs sizin üçün bu il necə keçdi?

İnsanların əksəriyəti ötən illərə baxdıqda avtomatik olaraq düşüncələrini neqativ hadisələrə yönəldirlər.Nəticədə hər hansı müsbət hadisə olsa belə,ötən ilin uğursuz keçdiyini düşünürlər və bu səbəbdən çox vaxt yeni gələn ilə olan bütün ümüdlərini itirirlər.

Bəs ilimizi düzgün şəkildə necə yekunlaşdıra bilərik?

Düzgün şəkildə yekunlaşdırmanı aparmaq üçün ilk növbədə plan qurmaq vacibdir,çünki qurduğunuz plan vasitəsi ilə daha asan şəkildə ötən ili analiz edə bilərsiniz.Analizi etmək üçün isə “həyat çarxı”ndan istifadə etmək olar.Həyat çarxı dairədən və hissələrdən (sferalardan) ibarətdir və hər bir hissə müəyyən vacib bir həyat sahəsinə cavab verir.

Bunun üçün bir kağızın üzərində dairə şəkili çəkin,daha sonra onu hissələrə (sferalara) ayırın.Hissələrin hər birinə öz həyat sahənizi qeyd edin(məsələn:karyera,sağlamlıq,yaradıcılığınız,şəxsi həyatınız və ailəniz,dostlar,istirahət,şəxsi inkişaf və s. ola bilər)

IMG_0720-29-12-18-08-08

Hər bir sahənin mövcud vəziyyətinə(inkişafından asılı olaraq ) görə 0-10 bal arasında qiymətləndirin.

Bunun sayəsində hansı həyat sferanıza daha az diqqət yönəltdiyinizi asan şəkildə görə biləcəksiniz.

Daha sonra başka bir təmiz vərəq götürüb ,birinci kağızdan istifadə edərək (çəkdiyiniz həyat çarxından),aşağıdaki suallara cavab verməyə çalışın:

  • İlk olaraq ağlınıza nə gəlir?
  • Daha çox diqqətiniz nələrə yönəlmişdi?
  • Bu il həyat sektorunuzun hər birində nə baş verdi?Hansı sahələr daha çox aktiv idi?
  • Məksədiniz nə idi və nələri əldə etdiniz?Qarşınıza qoyduğunuz məksədləri hansı güclü xsusiyətlərinizə görə yerinə yetirə bildiniz?

Uğurlarınızı analiz etdikdən sonra ,uğursuzluqlarınızı analiz etməyə başlayın:

  • Hansı problemlərlə üzləşdiniz?
  • Hansı imkanlar yaranmışdır və siz onları istifadə edə bilmədiniz.İstifadə etməməkdə səbəblər nələr idi?( bir çox şey səbəb ola bilər:uğursuzluq qorxusu, özgüvən əksikliyi, anlamaqda çətinliklər çəkmə və s.)
  • Ötən ilə baxdıqda ,bu il fərqli olaraq nə edə bilərsiniz?
  • Həyatınzın hansı hissəsi ən çox diqqətinizdən kənar qalmışdır ,və növbəti ildə hansı dəyişikliklər etmək istəyirsiniz?

Ötən ilin təhlilini başa vuraraq, əvvəlki təcrübələrinizə əsaslanıb, yeni gələn ili planlaşdırmağa başlayın.

Özünüzlə ən pis şeylərdən nələri götürə biləcəyinizlə bağlı düşünməyə başlayın.(Məs: qazandığınız təcrübə ,güc və daha çox müdrüklük və s. ola bilər)

Nərmin Sucayeva

Klinik psixoloq

Share to Odnoklassniki