ZAMANIMIZIN DƏYƏRİNİ BİLİRİKMİ??!

time

DÜNƏNKI GƏLƏCƏYIMIZ VƏ SABAHKI KEÇMIŞIMIZ OLAN “BUGÜN”

Vaxt həyatdır. Keçən zamanı yerinə qoymanın və geri gətirməyin imkanı yoxdur. Zamanı bosa keçirmək, həyatı boşa keçirmək deməkdir. İnsanın keçən zamana hökm etməsi, onun öz həyatına hökmetməsi mənasına gəlir. Vaxtından düzgün istifadə edən bir insan həyatının keyfiyyətini yuksəldir, keçən zamandan özu ve məqsədləri üçün istifadə edir. Zamandan düzgün istifadə etmək qısa muddətdə çox iş görmək mənasında deyil, tam əksinə insanın məqsəd və planlarını müəyyənləşdirərək vaxtını həqiqətən görmək istədiyi işlərə ayırması və həyatından çox zövq alması mənasına gəlir.

Dünyada bütün insanlara demokratik olaraq verilmiş tək şey zamandır.Uğurlu ya da uğursuz insanların günləri 24 saat, həftələri 7 gün,ayları 30 (31) gündür . Vaxtindan düzqün istifadə etməyən bir insan həmişə stress altındadır. Dövrümüzdə ən çətin iş zaman darlığıdır. Bu elə maraqlı bir məqamdır ki,evdar qadın da , bir çox işin məsuliyyətini daşıyan şəxs də vaxt məhdudiyyətindən şikayətlənir.

İşə gedəndə keçən vaxt, TV və internetə ayrılan vaxt da zamanımızdan gedir. Əvvəllər çox işləmək uğurun açarı sayılırdı. Indi isə zamandan planlı şəkildə istifadə etmək əhəmiyyətlidir. Belə bir planda istirahətə də yer qalır.

Çox vaxt başını qaşımağa vaxtı olmayan iş adamlarının başqalarına təhkim edəcəkləri işlərlə özləri məşğul olaraq işi gərəyindən çox uzadaraq vaxt itirdikləri müşahidə olunur.

Vaxtının olmadığını deyənlər çox vaxt vaxtdan düzgün istifadə etməyən insanlardır. Çox təəssüf ki,vaxtı idarə etməmək həyatın nəzarətini itirməyə gətirib çıxardır. İnsan zamanın təzyiqini çiyinlərində hissetməkdən çox, vaxtdan düzgün istifadə etməyi və gördüyü işdən zövq almağı bacarmalıdır. Zamandan düzgün istifadə etməməyin nəticələri nələr ola bilər?
Tələsgənlik,
Xoşa gəlməyən hadisələr içində narahatçılıq,
Boş zamanın düzgün qiymətləndirilməməsi,
Vaxtında qurtara biləcəyiniz işləri çatdıra bilməmək,
Xırdalıqlar ya da görüləcək işlərin altında əzilmə hissi , zamanın böyük bir bölümündə istəmədiyiniz işləri görmək,
Istirahət və insanlar arası münasibətə vaxtın olmaması,

Vaxtın düzgün idarə edilməsi nəticəsində yuxarıda sadaladığımız səbəbləri ortadan qaldıra bilərik. Vaxtı planlaşdırmaq gələcəyi bu günə gətirmək deməkdir.

Aşağıda zamandan istifadə də nələr edə biləcəyinizin üçün alternativ yollar göstərilir.

v Həyatdaki rolum nədir? Bu suala cavab vermek çətindir.

Gözlərinizi yumun dərindən bir nəfəs alın. Artıq həyatınızdan 10 il keçib. Haradasınız? Özünüzü 10 ildən sonra harada görmək istəyərdiniz? Sizi nə xoşbəxt edər?Həyatda hansı uğuru qazanmaq istərdiniz? Özünüzü belə xəyal etməniz məqsədlərinizi müəyyənləşdirməyə kömək edir.

v Məqsədlərinizə uyğun olaraq plan qura bilərsiniz. Bu plan məqsədinizə gedəcək yolda kiçik addımlar kimi qiymətləndirilə bilər. Hər həftə, hər ay planınızı gözdən keçirərərək nələr etdiyinizi və nələri edə bilmədiyinizi qiymətləndirə bilərsiniz.

v İnsan yeri gəldikcə “vaxtim yoxdur”, “xeyr” deməyi bacarmalıdır.Bu vaxtınıza qənaət etmənizə səbəb olacaqdır.

v Əsas işlərinizi gördükdən sonra əlavə işlərə keçin.

v Planınızda özünüzü rahat hiss edəcəyiniz saatlara mütləq yer verin.

v Eyni anda iki işi görməyi öyrənin.

v Yuxudan tez durun.

v Televizor və internet vaxt itgisinə səbəb olan əsas vasitələrdir. Yalnız izləmək istədiyiniz verilişlərə baxın. İnternet üçün də nə qədər vaxt sərf edəcəyinizi əvvəlcədən qərarlaşdırın.

v Səhv edə biləcəyinizi,ani işlər çıxa biləcəyini nəzərə alın və bu kimi vəziyyətlərin sizi narahat etməməsinə çalışın.

v Sosial əlaqələrinizi yenidən gözdən keçirin və sizin vaxtınızı mənasız yerə sərf etmənizə səbəb olan insanlardan uzaq durun.

v Sosial əlaqələrinizə vaxt ayırın. Sevdiyiniz və sizi sevən insanlarla birlikdə olmaq, sizin uğurlarınıza sevinən,sizə dəstək olan və sizin dəstək ola biləcəyiniz insanların da həyatınıza rəng qatmasına şərait yaradın.

Mələk Kərimova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu, Xəzər Universitetinin psixologiya fakültəsinin dekan müavini

Share to Odnoklassniki