Çox təəssüf olsunki, bir qayda olaraq, adətən ,insanlara onları itirəndə dəyər verməyə qiymətləndirməyə başlayırıq.
Həyatımızda hər şey müqayisə ilə ölçülür. İtirən zamanı müqayisə üçün ən uyğun bir imkandı: əvvəl necə idi və indi necə oldu? Əgər yaxşı oldusa ,deməli ağır yükdən azad oldunuz .Əgər heç itki hiss olunmursa, dəməli sizin üçün heç bir əhəmiyyəti olmayıb. Amma əgər pis oldunuzsa ,deməli çox dəyərli birini itirmisiz. Nəzəri cəhətdən insan əldə etdiklərinin nisbi dəyərini həmin an əldə edəndə bilir.Lakin həyatı təcrübədə həmin an insan eyforiya halında olur.Yəni məmnuniyyət içində olur.
İnsan o qədər ziddiyatlı bir varlıqdıki, itirməyənə qədər dəyərini bilmir. Niyə zamanında qiymətləndirmirik? Xəyal etdiyimizi əldə edəndən sonra bu normaya çevrilir və dəyərini itirir. Yanımızda olana vərdiş edirik, bu bizim üçün adiləşir. Yaxınımızda olanı düşünmürük ,hətta unuduruq. Elə blirik ki hər zaman yanımızda olacaq…
Valideynlərimiz, dostlar, bacı,qardaş və s…bu hər kəsə aiddir.Məşğul olduğumuzu, işimizi bəhanə gətirərək, yaxınlarımızla vacib görüşləri, söhbətləri təxirə salaraq bizi sevən doğma insanlardan uzaqlaşırıq. Amma zaman durmur, vaxt gedir və heçnə geri qayıtmır. Hətta elə ola bilərki, vacib olanı deməyə belə imkan tapmayaq.
Həyatımızda hər günü hər ana dəyər verməyimiz gərək.Həyatımızda olan yaxın insanlara qayğı sevgi və sevinc bəxş edək!
Həm özünüzü həm yaxınlarınızı zamanında qoruyun!!!
Aygün Ağabalayeva
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu