İslam mənəvi dəyərlərinin ailədaxili münasibətlərin formalaşmasında rolu

Muslim_family

İslam mənəvi dəyərləri milli kimliyimizin formalaşmasında əsas komponentlərdən biridir. Azərbaycan cəmiyyətinin mikro modeli olan Azərbaycan ailəsi milli kimliyimizin qorunub saxlanılmasında əsas bazis funksiyasını daşıyır. Xalqımızın milli və dini dəyərələri məhz Azərbaycan ailəsində formalaşmağa başlamışdır.Tarixin müəyyən dövrlərində islam dəyərləri müxtəlif şəkildə təzahür edib. Bu gün Azərbaycan ailələrində böyüyə hörmət,valideyn -övlad münasibətləri, yardımlaşma ,qadınlara verilən ülvi dəyər,ata haqqı, soy – kökə sadiqlik, halal – haram anlayışı, əxlaq və s. mənəvi dəyərləri bilavasitə islam dünyagörüşü ilə bağlıdır. Övladlara qoyulan dini adlar, ana haqqında deyilən ibrətamiz məsəllər (“cənnət anaların ayağı altındadır”)və s. kimi tövsiyə verici qQuran kəlamları öz dəyərini heç vaxt itirməmişdir. İslam əxlaqı insanın mənəvi aləmində olan nasazlıqları müalicə edər,onu saflaşdırar rəzil və çirkin xislətlərdən təmizləyib cəmiyyət üçün faydalı , pak bir üzvə çevirmək məqsədi güdər(Əhmədağa Əhmədov.”İslam əxlaqı”səh 16). İslam dininin tələblərinə görə hər bir insanın ailə qurub övlad sahibi olması vacib bir əməldir. Dini dəyərlər fonunda ailə tərbiyəsi , şəxsiyyət,mühit və psixi inkişaf konsepsiyaları arasında ahəngin olması saglam və savadlı cəmiyyətin bariz nümunəsidir. Hər bir adət və ənənə müəyyən əxlaqi dəyər daşıyır. İslam əxlaqı da , bəşəri hisslər təblig etməklə ailədaxili münasibətlərin qoruyucusu olmuşdur. Olduqca şərəfli ,məsuliyyətli ,mürəkkəb ailə modelinin qorunub saxlanması çətin prosesdir.Ailədaxili konfliktlər, ailə münasibətlərinin ahəngi pozulduğu zaman yaranır.Psixologiya elmində ailədaxili münasibətlərin pozulmasının episentrini məhz rolların uyğunlaşmaması,ünsiyyət kasadlığı, xarakter və temperamentin uyuşmaması həmçinin milli kimlik və milli dini dəyərələr sisteminin pozulması emosional və iradi sferanın laxlaması və.s.kimi xüsusiyyətlər təşkil edir.Ailədaxili münaqişələr, əksər boşanmalar məhz bu faktorlardan qaynaqlanır. Bir qisim cütlüklərdə inamsızlıq ,qarşılıqlı anlaşmanın pozulması,daxili senzuranın idarə olunmaması ,xəyanət, ailədaxili münasibətlərin gərginləşməsinə və əxlaq normalarının pozulmasına gətirib çıxarır.Ər və arvadın şəxsələrarası münasibətlərinin pozuqluğu onların əxlaq normalarına latent (gizli)fazada təsir göstərir.Həmçinin bu durumdan ailədə böyüyən uşaqlar çox böyük psixoloji travma ilə üzləşirlər və böyüdüyü qeyri – sağlam ailə mühitinin gələcəkdə daşıyıcısına çevrilir. Müasir Azərbaycan ailəsi öz yaranış və inkişaf modelini çağdaş dini – milli dəyərlər sistemi üzərində formalaşdırsa gələcək nəsillər intellektual baxımdan kamil, fiziki sağlam, psixoloji olaraq hazırlıqlı şəxsiyyətlərlə zənginləşər.

Gülər Məmmədova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki