“Mövlud kimi istedadlı bir insanın həyatına son qoyması çox ağrılı bir haldır. Allah o dünyasını versin. Quranda da var ki, qəlbləri Allahdan başqa heç kim bilməz. Heç kim bilmir ki, qarşındakı insan nə acılar çəkir, nələr düşünür.”
Xeberle.com bildirir ki,bu sözləri Moderator.aza açıqlamasında psixoloq Elnur Rüstəmov deyib. O, həmçinin qeyd edib ki, intihar hadisələrinə səbəb insanların daxilində olan ekstisional boşluqdan yaranır:
“İntiharların əksər hallarda səbəbi insanın həyatında məna görməməsidir. Nəticədə ani qərarlar belə hadisələrə səbəb olur. İnsanlar çalışmalıdırlar ki, həyatlarına məna qatsınlar”.
Qeyd edək ki, 1989-cu il təvəllüdlü yazar Mövlud Abdullayev kirayə yaşadığı Süleyman Sani Axundov küçəsi 31/23 ünvanındakı binanın 17-ci mərtəbəsində yerləşən mənzilin eyvanından özünü ataraq intihar edib.
http://xeberle.com/Maraql%C4%B1/28039-heyatinda-mena-gormemek-insani-intihara-tehrik-eden-esas-sebeblerden-biridir.html