“Guya onlar hər gün Şopenə, Bethovenə, Motsarta qulaq asırlar?” – ELNUR RÜSTƏMOV “Çay dəsgahı”nda

  • Home
  • Müsahibə
  • “Guya onlar hər gün Şopenə, Bethovenə, Motsarta qulaq asırlar?” – ELNUR RÜSTƏMOV “Çay dəsgahı”nda
170214_2891_thumb

Simsar.az “Çay dəsgahı” layihəsinə yenidən start verdi. Azərbaycanın tanınmış psixoloqlarından olan Elnur Rüstəmovu layihəmizdə iştirak etmək üçün “Dafne Restaurant”a dəvət edəndə “çox maraqlı olar, həm də istirahət etmiş olaram” – dedi. Qonağımızla çay içə-içə daha nədən danışmadıq ki? Yaponlardan başlayıb, arzularda bitən söhbətimizi sizə təqdim edirik. Göstərdikləri  dəstəyə görə “Dafne Restaurant”-a təşəkkürümüzü bildiririk!

Söhbətdə iştirak etdilər: İradə Nurəddinqızı, Nihadə Eyyubova, Cəmilə Məmmədova, Yasəmən Məmmədova

“Çayı nə ilə içməyi xoşlayırsız”

“Mən çayı daha çox qəndlə içməyi sevirəm. Arada konfet, şokoladdan da istifadə edirəm. Amma kəllə qəndlə çay içmək başqa aləmdir.

“Çay evinə gedirsiz?”

“Zərurət olmadıqca getmirəm. Vaxtım varsa, evimə gedib çayımı ailəmlə içirəm. Amma dostlarımla, ailə tanışlarımızla arada gedirik”.

“Deyirlər yaponların çox qəribə və özünəməxsus çay mərasimləri olur. Bu mərasimlər, xüsusi yerlərdə təşkil olunur və orada çay içmək üçün gərək 1 ay əvvəldən növbəyə yazılasan”…

“Əslində yaponlarla oxşar tərəflərimiz var. Ümumiyyətlə şərq fəlsəfəsi, şərq adət-ənənəsi və mədəniyyəti oxşardr. Əlbəttəki fəqli xüsusiyyətlər də var. Maraqlı və çalışqan xalqdır. Dediyiniz çay mərasimi də maraq doğurur”.

“Elnur müəllim, ümumiyyətlə istirahətinizi necə keçirirsiz?

“Mənim üçün konkret olaraq istirahət günü yoxdur. Elə olub ki, bazar günü də işləmişəm. Ancaq işdən sonra buna özümüz qərar veririk ki,  bu gün necə istirahət edək? Ümumiyyətlə, mən anlaya bilımirəm insan bir ay necə istirahət edə bilər? Təəccüblənirəm ki, 3gün iş görmədən necə dayana bilər insan? Mənim beynimdə dincəlmək müəyyən bir saatdır. Işimi görərəm sonra gedib dincələrəm. Bu cür istirahətimdən də işimdən də məmnunam.  Onu da deyim ki, əgər ailəmlə bir yerdəyəmsə, deməli mən istirahət edirəm”.

“Bəs dünya turu?”

“Hə, bax dünyanı gəzərəm. Həvəsim var, gedim gəzim, görüm, tanış olum. Dünyanı gəzmək çox maraqlıdır. Deyirlər çox gəzən, çox bilər.

 

 

“Ən çox görmək istədiyiniz hansı ölkədir?”

“Əksər ölkələrdə olmuşam, ancaq Tibetə getmək istərdim. Orda heç olmasa 1 ay yaşayım. Bakısız qala bilmərəm. Tələbəlik illərimdən bəri arzumdur ki, Tibetə gedim, lamalarla görüşüm. Düşünürəm ki, ora sivilizasiyanın beşiyidir.”

“Xaricə gedəndə markalardan alış-veriş etməyi sevirsiz?”

“Saatlara marağım çoxdur. Alanda brend saatlar alıram. Evimizdə bir guşə də ayırmışam saatlarım üçün.”

“Bəs geyim?”

“Geyimlərimi Narınc xanım seçir. Mən özüm tək geyim alanda yarıtmıram.”

“Deyirlər kişilərin bişirdikləri yeməklər daha dadlı olur. Sınaqdan keçirməmisiz?”

“Qətiyyən bacarmıram. Düzdür tələbə vaxtı eləmişəm, ancaq həmişə çalışmışam ki, yeməyi qardaşım hazırlasın. Indi də biz dostlarla yığışanda kabab çəkirlər, amma mən bacarmıram. Şişləri gətirərəm, nəyəsə kömək edərəm amma onu bişirə bilmərəm. Bunun üçün gərək adamda səriştə ola.”

“Axı “Gör-götür” dünyasıdır, oyrənə bilərsiz…”

“Bilirsiniz mən kinestetik insanam. Bu əgər mənim içimdən gəlmirsə, deməli onu etməyəcəyəm.”

“Ümumiyyətlə xüsusi olaraq mətbəx sevginiz var? Hansı yeməkləri daha çox sevirsiz?

-Daşdan yumşaq nə versələr yeyəcəm.

 

 

“Ev işi gördüyünüz vaxt olub? Məsələn heç pərdə asmısınız?”

“Xeyr mən heç bilmirəm pərdəni nə ilə vururlar? Düzdür mən demirəm ki, bacarmaram. Zərurət olmayıb ki eləməmişəm. Heç mənə təklif də eləməyiblər axı. Bəlkə də biliblər yarıtmıyacam.”(gülür)

“Musiqi ilə aranız necədir?”

“Demək olar ki, hər gün musiqiyə qulaq asıram. Muğamı çox sevirəm. Saatlarla oturub muğama qulaq asaram. Elə bura gələndə də radioda  “Gedək üzü küləyə” mahnısını səsləndirirdilər. O qədər ağır bir mahnıdır ki, mən çox ləzzət aıdım. Bayağı mahnılara da qulaq asıram. Niyə də olmasın?”

“Məsələn, Üzeyirə?”

“Bəli Üzeyirə də qulaq asmışam. Gəlin səmimi olaq, bizdə bir tendensiya var ki, hamı özünü ziyalı kimi göstərmək istəyir. Guya onlar hər gün Şopenə, Bethovenə, Motsarta qulaq asırlar? Youtube-da Üzeyirin baxış sayı milyondan yuxarıdır. Bu milyonun hamısı səviyyəsizdir? Keyfim istəyib qulaq asıram. Yazıq Üzeyir  kimə nə edib axı? Elə tərpənən ona söz deyir. Onun heç bir iddiası yoxdur axı, öz mahnısını oxuyur da.”

“Seriallara necə baxırsız?”

“Azərbaycan seriallarına çox baxmaq istərdim. Amma alınmayıb. Hazırda baxdığım bir türk serialı var  “Eşkiya dünyaya hükumdar olmaz”. Bu serialı müasir Türkiyə reallığı ilə uyğunlaşdırıblar.”

“Sizə öz sahənizlə bağlı kinodan rol təklifi gəlsə qəbul edərsiz?”

“Mən psixologiyaya aid A-dan Z-yə hər şey edərəm. Mənə desələr ki bu psixilogiya kitabını çıx şəhərdə sat, onu da edərəm.”

“Incəsənətə olan münasibətiniz maraqlıdır. İncəsənətin hansı sahəsi sizin üçün daha maraqlıdır?”

“Muzeylərə gedirəm, incəsənət əsərləri ilə maraqlanıram. Arada vaxt edəndə teatra, kinoya da gedirəm.

“Rəqs etməyi sevirsiz?”

“Xeyr xoşlamıram. Bunun sənətimlə heç bir bağlılığı yoxdur. Sadəcə olaraq beləyəm, hansısa toyda, nişanda ya ad günündə reqs etməyi sevmirəm. Düzdü çağıranda dururam biraz oynayıram, ancaq yenidən yerimə əyləşirəm. Bəzən söz də verirlər, təbrikimi edib, mahnı da sifariş edirəm.”

“Hansı mahnını sifariş edirsiz?”

““Qəmərim” mahnısını.”

“ Maraqlıdır, niyə “Qəmər”im?”

“Xüsusi bir izahı yoxdur” (gülür)

“Amma psixoloqlar deyirlər ki, insanın etdiyi seçimlər şüuraltı ilə də bağlıdır”

“Bizdə kənddə ağsaqqallar var idi, həmişə onlar bu mahnını sifariş edib oynayardılar. Ara mahnısı deyil, çox samballı, ağır mahnıdır. Ola bilsin şüuraltımda elə ordan qalıb.

 

 

“Romantik insansız?”

“Əgər mən romantikəmsə, görəsən romantiklər kimdir? (gülür) Daha çox realistəm. Amma bu o demək deyil ki, sevmirəm. Mən öz yoldaşımı çox sevmişəm və indi də sevirəm, o hisləri yaşayıram. Mən ailəmdən, həyatımdan çox məmnunam.”

“Sevdiyiniz xüsusi məşğuliyyət var?”

“Üzməyi çox sevirəm. Saatlarla üzərəm heç yorulmaram da.

“Heyvansevərsiz?”

“Bəli, ev heyvanlarını sevirəm, xüsusilə iti. Hazırda evimizdə balıq saxlayıram. Açığı həyət evinə köçmək istəyirəm ki, it saxlayım. Ailə qurana qədər itim var idi. Evlənəndən sonra öldü. Mən bunu belə dəyərləndirirəm ki, o qisqandı, dözə bilmədi.”

“Hansı cins itləri sevirsiz?”

“Alman çoban iti. Ölən də bu cinsdən idi. İnanırsız uşaqlıqda məni o qədər it qapıb ki, amma yenə də itləri sevirəm.

“Bütün kişilərin avtomobil sevgisi olur. Sizdə də var?”

“O əslində keçilmiş bir mərhələdir. Hamı istəyir ki, avtomobili olsun, təmiz saxlasın, yüksək səsdə musiqiyə qulaq assın. Mən o mərhələni keçmişəm. Tələbə vaxtı, yadımdadır ki, qaldığımız evin aşağısında balaca park var idi. Axşamlar həmişə o parka gedib biraz gəzişirdim ki, beynim açılsın. Bir gün orda oturub dincəldiyim vaxt, bir “maşın” sürətlə və yüksək səsli musiqi ilə keçdi. Həmin vaxt  dedim ki, bir gün mənim də “maşın”ım olacaq və bax elə bu yerdən sürətlə və yüksək mahnı səsi ilə keçəcəm. Və onu da elədim. İndi isə, deməzdim maşınlara qarşı xüsusi sevgim var. Hansı maşın fərqi yoxdur, amma təmiz olsun”.

“Siyasəti izləyirsiz?

“Bəli, amma çox da dərinə getmirəm. Bizim bir qohum var həmişə deyərdi ki, yaşamaq istəyirsənsə, bir siyasətdən, bir də narkotikdən uzaq dur. Mən siyasəti izləsəmdə rəy bildirmirəm. Fikirləşirəm ki, bu mənim işim deyil axı. Trampın prezident seçilməyini gözləyirdim. Onun kitabını da alıb oxumuşam. Çox maraqlı fikirləri var. Qoçaq adamdır və təpədən dırnağa özüdür.

“Sosial şəbəkələrdə aktivsiz. Zamanınızı çox almır ki?”

“O qədər də intensiv oturmuram sosial şəbəkələrdə. Işim düşəndən-düşənə istifadə edirəm. Çünki mən orada vaxt itirmək istəmirəm. Bacardığım qədər uzaq dururam.”

 

 

“Jurnalistlərlə aranız necədir?”

“Çox yaxşı. Hətta dostlarım da var.”

“Olubmu ki, sizin fikrinizi təhrif ediblər?

“O qədər”

“Ailədə neçə övlad olmusuz?”

“4 övladıq, 3 qardaş 1 bacı. Bacım tibb kollecini bitirib, o artıq ailəlidir. Bir qardaşım doktorantdır, Azərbaycan Dövlət Dəniz Admistrasiyasında məsul vəzifədə çalışır. Bir qardaşım da atamın yanındadır ona kömək edir.”

“Evdə uşaqların tərbiyəsi ilə kim məşğul olur?”

“Daha çox Narınc xanım məşğul olur. Təbii mənim də rolum var.”

“Özəl günlərinizi qeyd edirsiz yəqin ki. Bəs heç olubmu, unudasız, yaddan çıxarasız?”

“Əcəlimə susamamışam yaddan çıxarım.” (gülür)

“Kompleksiniz var?”

“Kompleks deyəndə mən çox vasvası insanam.”

“Böyük, əlçatmaz arzunuz var?

“Demək olar ki,  bütün arzularıma çatmışam. Nə istəmişəm Allah onu mənə verib. Hazırki arzularım, bəşəri arzulardır. İstərdim ki psixologiya ilə bağlı çoxlu kitablar nəşrl olunsun, klublar yaradılsın. İnsanlar bundan faydalansınlar.”

Cəmilə Məmmədova

Foto:Yasəmən Məmmədova

http://simsar.az/news/a-75136.html

Share to Odnoklassniki