Insan təbiətin ən mürəkkəb psixikaya, ən zəngin, ən həssas zövq,hiss və duyğulara malik canlısıdır. Hər bir insan ayrı-ayrılıqda fərd kimi xüsusı sirlər xəzinəsinə bənzəyir, bacarıb bu xəzinəni açmaq lazımdır. Təbiəti və onun qanunauyğunluqlarını dərk edən insan bundan öz məqsədləri üçün istifadə etdikcə onun psixikası da dəyişir, zövq, hiss və duyğuları da incələşib mürəkkəbləşir. Yaradılışdan insan dünyaya tək gəlsə də heç bir insan bu həyatda tənha yaşayıb uğur qazana bilməz. Mütləq ki, onun daxili komfortunu təmin edə biləcək, tələbatlarını ödəyə bilən ünsiyyət qura biləcəyi insanın olması vacib şərtlərdəndir. Bizim etnopsixologiyamızda şüuraltımızda isə bu yanaşma ailədir. Insan həyatda aldığı həzzlər içərisində ailədən, məhəbbətdən və dostluqdan aldığı həzlər müstəsna əhəmiyyət kəsb edır. Bu həzz mənbələri bir-biri ilə qırılmaz, sıx bağlıdır. Insanların həyatda ümumilikdə bir amalı var; yaşamaq mübarizə aparmaq, uğur qazanmaq, ailə qurmaq, övlad sahibi olmaq, irəliləmək və s. Bunların isə hər birisi insan beynindəki həzzə gedir ve orda ümumi nəticə xoşbəxtliyi tapır. Hər insana görə xoşbəxtliyə müxtəlif aspektlərdən yanaşmaq mümkündür. Çünki insanları eyni situasiyalar xoşbəxt etmir. Birini çox sevindirən məqam digər biri üçün çox sadə ola bilər. Amma aparılan çoxsaylı eksperimentlər, tədqiqatlar, kütləvi çoxluğun fikri eyni məcrada cəmləyə bilib. Ailə… Hər bir insanın tələsdiyi, rahatlıq tapdığı, daxilinin tamamlandığı bir ailəsinin olması vacib və ümumi yanaşmadır. Ailə insan üçü dəyərdir… Hörmətdir… Sevgidir və ali tələbatdır… Ailə qurmaqdan qorxmaq və ailə qurmağı əlçatmaz etmək ailəyə gedən yolu məhdudlaşdırır. Hər şey düşüncələrimizdən başlayır. Ailə modelini beyninizdə ilk olaraq gözəl qurun. Çətinliyi, ağrı-acısı, sevinci ilə bərabər qurun. Insanlar 2 cür formalaşır həyatda böyüdənlər və kiçildənlər. Bir düşün yıxıldın, əlindən tutub qaldıran səni ovudan o ağrını çəkdiyi sığalı ilə kiçildib unutduran birinin olmasımı daha gözəldi? Yoxsa ətrafına göz gəzdirib hər kəsin bir həyatı olduğunun fərqinə varıb o ağrını içində böyüdüb böyüyüb çəkməsimi? Həyatda maddi tələblərinizi kiçildin fərqinə varacaqsınız ki, yanınızda sevdiyiniz, sizi anlayan insan olarsa bahalı maşın tələbatınız sıfıra enəcək və siz hüzur tapdığınız ınsanın əlindən tutaraq ümumi nəqliyyatdan da istifadə edəcəksiniz. Sevib-sevilmək həyatın anlamı, mənasıdır. Həyatınızda Sizlə maraqlanan, dərdlərinizə həmdəm olan, bir süfrə arxasında otura biləcəyiniz, danışmaqdan doymadığınız, bərabər TV izlədiyiniz, saatlarla müzakirə edə biləcəyiniz birinin həyatınızda olması…
Sevin, gözəlləşdirin həyatınızı… Bu həyatda hər şey sevgidən başlayıb, sevgidə sonlanır… Qəlbizdən sevgini uzaq tutmayın…
Könül Cəfərova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu