Terror xofundan necə qurtulmalı…

15369645_10205984891981784_1098813302_o
Qardaş Türkiyədə ard-arda baş verən terror olayları Azərbaycan cəmiyyətində də gərginlik, xof yaradıb. 
İnsanlarımız artıq nəqliyyatdan, xüsusən də metrodan istifadə etməkdən, insanların çox olduğu toplum yerlərə, hətta məclislərə getməkdən çəkinir, qorxu hissi yaşayır. Bəs terror xofundan necə qurtulmaq olar?
Mövzu ilə əlaqədar psixoloq Elnur Rüstəmov öz tövsiyələrini verib. 
O “ümumiyyətlə bu gün bir qədər qarışıq bir durumda yaşayırıq, ətrafımızda baş verən proseslər, hər gün terror xəbərləri eşidirik və sairə” deyə, qeyd edib: “Lakin dövlətin sayəsində bu terrorlardan müəyyən qədər sığortalanmışıq. Buna baxmayaraq insanlar arasında bir qədər gərginlik yaşanır.
Картинки по запросу Elnur Rüstəmov
Bəziləri bilərəkdən. yaxud bilməyərəkdən insanlar arasında xof yaratmağa çalışır; müxtəlif xəbərlər yayır, guya ki, Azərbaycana terrorist keçib və ya Avropadan ölkəmizə terrorist gələcək və sairə. İlk növbədə insanlarımız bu tip informasiyalardan uzaq durmalıdır. İkinci bir tərəfdən insanlarımız müəyyən qədər diqqətli olmalıdır, proses və hadisələrə soyuqqanlı yanaşmalıdır. Bu cür hallarda əsas məqsəd insanları tarazlıqdan çıxartmaq, psixoloji cəhətdən zərbə vurduqdan sonra müəyyən problemlərə yol açmaqdır. Ona görə də mətbuat bu cür məsələlərdə son dərəcədə həssas olmalı, terrorla bağlı məlumatlara diqqətlə yanaşmalıdır. Çünki bu insanlarda psixoloji gərginlik, sarsıntı, narahatlıq yaradır. Əslində, ən böyük zərbə elə bu cür psixoloji zərbədir. Digər tərəfdən də düşünmək lazımdır ki, heç kim terrordan sığortalanmayıb və hər an ölüm məni tapa bilər”.
Təhlükəsizlik üzrə eksperti Arzu Nağıyev isə qeyd etdi ki, hazırda Azərbaycanda terror təhdidi doğuracaq qruplaşmalar yoxdur: “Bu məsələyə müxtəlif prizmadan yanaşmaq lazımdır. Məlumdur ki, Türkiyə bu gün NATO-nun üzvü olaraq koalisiyaya daxildir. Və ərəb ölkələrində, eyni zamanda Suriyada baş verən bir çox antiterror əməliyyatlarında iştirak edir. Eyni zamanda Suriyada Kürdüstan dövlətinin yaranması,  İraqda Mosul əməliyyatları ilə bağlı özəl maraqları var və sairə. Yəni bütün bunlar Türkiyədəki proseslərə təsir edən faktorlardır. Azərbaycana gəldikdə isə bu gün bizim üçün ən böyük təhdid Dağlıq Qarabağ münaqişəsi, o ərazidə olan terror təşkilatları ilə bağlıdır.
Картинки по запросу Təhlükəsizlik üzrə eksperti Arzu Nağıyev
Bu gün Azərbaycanda terroru həyata keçirmək istəyən əsas qruplar məhz ermənilərlə bağlı olan qruplar ola bilər. Çünki Türkiyə ilə müqayisə etsək, orada terroru həyata keçirən əsas PKK-dır, İŞİD-dir və Qərbin bir çox mərkəzlərindən idarə olunan terror təşkilatlarıdır. Və əsas məqsəd Türkiyəni sanki Əfqanıstana çevirməkdir. Onu da unutmayaq ki, Türkiyə NATO-nun üzvüdür və istər ABŞ, istərsə də Qərb ölkələri ona imkan verməz ki, Türkiyə sona qədər məhvə getsin. Bundan başqa, Türkiyə çoxpartiyalı dövlətdir. Çoxpartiyalı dövlətin içərisində müxalif qüvvələr də var; hansı ki, PKK, FETO və digər qurumlarla əlaqədardırlar. Müqayisədə Azərbaycanda bu cür şərait yoxdur. Ölkəmizdə həm vətəndaşların sayı azdır, həm də geopolitik vəziyyət fərqlidir; bir tərəfdən Xəzər dənizi, bir tərəfdən İran, digər tərəfdən Rusiya və ən qorxulu tərəf olan Ermənistan sərhədi var. Yəni bu gün Azərbaycana hər hansı bir  terror təhdidi olsa, bu yəqin ki, Rusiya ərazisi üzərindən bir sıra İŞİD və digər radikal cərəyanlarla əlaqəli terror aktlarını törədən qruplar tərəfindən yarana bilər. Digər tərəfdən Ermənistanın terrorçu qrupları bunu İran ərazisindən etməyə cəhd göstərə bilər.
Amma bu gün Azərbaycanda elə bir təhdid doğuracaq qruplaşmalar yoxdur. 
 
Ölkəmizdə xüsusi xidmət və mühafizə orqanlarının son keçirdiyi əməliyyatlar, həmçinin yüksək səviyyədə həyata keçirilən mühafizə işləri terrorçuların bura ayaq açmasına imkan vermir. Türkiyədə baş verən hadisələrin Azərbaycanda təkrar olunması mümkün deyil. Çünki dövlət, məram, dövlətə qarşı olan münasibət başqadır. Eyni zamanda Rusiya nüansı var. Rusiya heç vaxt istəməz ki, onun sərhədləri yaxınlığında terrora məruz qalan dövlətlər olsun. Buna görə də çalışır ki, öz sərhədlərindən bu terroru, münaqişəni uzaqlaşdırsın.
Lakin qeyd etdiyim kimi, heç bir ölkə terrordan sığortalanmayıb. Nəqliyyatda, insanların çox olduğu toplum yerlərdə, əyləncə mərkəzlərində  məqsədyönlü şəkildə terrorun qarşısını almaq üçün insanların şüurunda müəyyən dəyişikliklər etmək lazımdır”.
Xalidə Gəray
http://musavat.com/mobile/gundem/terror-xofundan-nece-qurtulmali_405877.html
Share to Odnoklassniki