Kalbimi kopardılar
Kim bilir kaç kez
Hiç Hakkım yok şikayete
Bile-bile Lades
xxx
İnsan kaç kere tutar
Yandıkça ateşi
Git-gide fark etmiyor
Yaranın üçü-beşi
Hər bir insanın həqiqətən də səbr kasasının dolduğu və daşdığı anlar olur. Hamıdan və hər kəsdən uzaqlaşmaq, tək qalmaq və bir az keçmişlə bağlı öz-özüylə hesabat aparmaq istəyir. Bu səbəbdən insanlardan yavaş-yavaş uzaqlaşır, bəzən bu cür halları depressiya ilə qarışdırırlar, əslində bu cür narahatlıqların oxşar və fərqli cəhərləri var
Tükənmişlik sindromu nədir? Hansı səbəblərdən və necə bir tərz həyat keçirən insanlarda daha çox rast gəlinir? Tükənmişlik sindromu əslində illərlə insanların üzüntüləri və stressləri tək başına atmaq istəyən əslində güclü insanlarda daha çox rast gəlinir.
Bəzi xarakter xüsusiyyyətinə malik insanlar var ki, daim güclü, cəsarətli və cəmiyyətin alqışını alan güclü xarakterə malik insanlardır. Ancaq bildiyimiz kimi hər bir insanın güc qaynaqları var. Hər bir insan zaman-zaman üzüntünü də üzüntü kimi atmalıdır. Əks təqdirdə bu illərlə yığılan üzüntülərdir və onları tək başına atlatma gücü bir müddətdən sonra azalır və nəticədə, insan o qədər acizləşir və gücsüzləşir ki, adi üzüntüləri belə atlata bilməyəcək hala düşür. Nəticədə “tükənmişlik” dediyimiz sindrom üzə çıxır. Bu vəziyyətdə artıq professional psixoloji dəstək almaq mütləq və qaçınılmazdır.
Professional psixoloq bu cür pasiyentlərlə daha səbrli və daha çox “psixoanaliz” metodu ilə onu incitmədən keçmişdə baş verən itki, stress və qorxuları ondan uzaqlaşdıraraq, həyatına yenidən nəzər yetirməyi təklif edir.
Bu cür pasiyentlər daha çox isterik xarakterli olduqları üçün terapiyaya uyğunlaşmaqda çətinlik çəkirlər. Axı onlar daim cəmiyyətdə çox güclü bir şəxsiyyət, bir sözlə, “daş insan” olmağa öyrəşiblər. Bu divarları , əlbəttə, yıxmaq çətin olacaq. Bu insanlar daha çox əzəmətli qalaları xatırladırlar. Bu qalanı fəth etmək və ordakı təmir işlərini aparıb onu əvvəlki əzəmətli halına qaytarmaq isə psixoloqun üzərinə düşür.
İnanın, təcrübəmə əsaslanıb deyə bilərəm ki, təmirdən sonrakı “qalanı” izləmək çox möhtəşəm duyğudur. Arzum, güclü və möhtəşəm qalaların daim öz əzəmətini qoruyaraq qalaların lazımi töhvələrini verməsidir.
Lalə Əhmədova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu