Vüsalla dəyərləndirmə və ilkin psixoloji müayinə apardıq. Bir hadisəni tam təfsilatı ilə bilmədən fikir yürütmək çətin olur. Vüsal keçdiyi həyat yolunun nəticəsini yaşayır. Şükürlər məsələ ictimailəşdi. Bu isə o deməkdi onu yenidən sağlam həyata qaytarmağa bir ümid var. Yeniyetməlik insan həyatının ən həssas dönəmidi. Ən böyük problem isə bir yeniyetmənin təhsildən uzaqlaşdığı təqdirdə yaranır. Xüsusən natamam ailədə böyüyən uşaqlarda bu problem irəlidə daha böyük fəsadlara yol açır. Nəzərə alaq ki, Vüsalımız çətin tərbiyə olunan yeniyetmədi. Bu tip uşaqlar isə terapiyaya gec tabe olurlar. Allah hər birimizə yardımçı olsun. Bu sınaqdanda üzüağ çıxıb bir yeniyetmənin sağlam həyata qaytarmaqda yardımçı olarıq. Vüsal üzərində əməyi olan, dəstək olan, problemi ictimailəşdirən hər bir İnsana təşəkkür edirik.
Xəzər TV-də yayımlanan “Bizə danış” verlişi
PSİXOLOGİYA VƏ KONSULTASİYA MƏRKƏZİNİN PSİXOLOQ Təhmasib Cavadzadənin SPACE TV-DƏ YAYIMLANAN “QAYNANA” VERLİŞİNDƏ İŞTİRAKI
PSİXOLOGİYA VƏ KONSULTASİYA MƏRKƏZİNİN PSİXOLOQU Elnur Rüstəmovun ATV TELEKANALINDA YAYIMLANAN “HƏKİMSƏN” VERLİŞİNDƏ ÇIXIŞI, Mövzu: “Yeniyetmə psixologiyası”