Özgüvən insanın özünə qoyduğu hörmət deməkdir. Özgüvənli olmaq isə insanın özu ilə əlaqəli pozitiv düşünməsi , özünə inanması vəziyyətidir. Özgüvən əskikliyi isə bunun tam əksidir . Bu zaman biz özümüzü passiv, yetərsiz, dəyərsiz hiss edirik. Özgüvən insan həyatında önəmli faktordur! Özgüvən probleminin yaranmasında isə ən çox rol oynayan ailə, yetişdirilmə formasıdır.Özgüvəni yüksək olan insanlar istədikləri bir yolda bir çox əngəl çıxsa da irəliləyən və mövqeyinə çatan insanlardır. Özgüvənin həddən artıq çox olan insanlar narsist insanlardır ki, onlarında özgüvən problemləri vardır. Özgüvəni aşağı olan insanlarda qərarsızlıq, depressiv hallar, alçaldılma hissi, yalnızlıq hissləri olur. Bütün işlərdə özlərini yetərsiz gördükləri üçün aktiv olmurlar. İstər iş, istər ailə, istər də dost münasibətlərində müsbət nəticə əldə edə bilmirlər.
Bəs özgüvəni necə yüksəldə bilərik ?
* Müsbət və qabilliyətli olduğunuz tərəflərinizi kəşf edin
* Yeni hobbi sahiblənin
* Özünüzə real hədəflər qoyun və bu hədəflər üçün çalışın
* YOX deməyi öyrənin
* Səbirli və cəsarətli olun
* Psixoloq dəstəyi alın
Özgüvənimiz cəhdlərimizə bərabərdir!
Aytən Əlizadə
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu