Bu əsər ədəbiyyat tarixinə girmiş olmasaydı tam əminliklə demək olardı ki ,A. S. Puşkinin poemasındakı qəhraman indiki mobil telefonun kamerasına müraciət edir. İki kameralı telefonların çıxmasıyla insanların özlərini və sevdiklərini əks etdirmək və yaddaşlarda saxlamaq arzusu o qədər çoxalır ki, XXI əsrdə dünyaya selfimaniya adlı yeni bir xəstəlik gətirəcəyini cox az adam təxmin edə bilər. İnsanoğlunun öz obrazını əks etdirmək, tarixə salmaq istəyi antik dövrə qədər gedib çıxır. Misir fironlarının , Roma imperatorlarının heykəllərini buna misal olaraq göstərə bilərik. Onlar mühüm işlərə imza atdıqları, hər hansı müharibədən uğurla döndüklərini tarixin yaddaşına salmaq ücün bunu etdirdilərsə, bu gün insanlar hec bir səbəb olmadan özlərini sevdikləri ücün, obrazlarını fərqli rakusdan görmək arzusunda olduqları ücun bunu edir və üstəlik tanıdıqları, bəzən tanımadıqları insanlarla da bölüşürlər. Hətta həyati təhlükəsi olsa belə selfie cəkib paylaşanlar da az deyil. Başqalarının gözündə necə olması, onun haqqında digərlərinin fikirləri insan üçün hər zaman maraqlı olub. Özəl durumlarnı, hər davranışını qeydə alaraq selfie cəkməsinə, özünü özəl və önəmli görmə duyğularını bəslədiyi ücün psixologiyada narsistik bir doyum olaraq adlandırılır. Əgər bir insan gündə bir və ya iki dəfə özəl hadisələri selfie cəkərsə, bu normaldır ancaq getdiyi hər yeri, hər davranışını cəkib paylaşırsa bu onun mənmərkəzciliyinin təşvik etdiyi hala cevirər. Bir insan özünü yaxşı tanımırsa, obyektiv dəyərləndirməsi yoxdursa ətrafdan aldıgı müsbət rəylərə, başqalarının fikirlərinə böyük ehtiyac duyar. Nəticədə obraz dəyərləndirilir, amma daha dərinə baxmaq unudulur. Amerika Psixologiya Assosiasiyası [APA] selfie çəkib sosial medyada paylaşmanı, obsessiv kompulsiv pozuntu, özgüvən əksikliyi kimi psixoloji problemlərlə əlaqələndirir.
Sevinc Əlizadə
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu