Əlaqə, ümumiyyətlə, bir mesaj alışverişidir. Bu, bir adamdan (qaynaq) digər şəxs və ya şəxslərə (alıcı) kanal vasitəsilə məlumatın ötürülməsi müddətidir. Sağlam ünsiyyətin qurula bilməsi üçün qaynaq , mesaj, mesajın kodlanması,uyğun bir kanal vasitəsilə mesajın göndərilməsi,alıcı şəxs, alıcının mesajın kodunu həll etməsi və mesajın alındığı istiqamətli feedback verməsi proseslərinin, əskiksiz yerinə yetirilməsi lazımdır.
İnsanlar arası əlaqələrdə fərdlərin şüurlu və ya şüursuz olaraq etdikləri bir çox davranış ünsiyyət toqquşmasına, səhv anlaşılmaq və qurulan ünsiyyətin yarasızlaşmasına səbəb olmaqdadır. Bunlar arasına; əmr vermək, öyüd-nəsihət vermək və həll təklifləri gətirmək, əxlaq dərsi vermək, mühakimə etmək, tənqid etmək, günahlandırmaq, sorğulamaq, lağ və ya iynələyici davranmaq daxildir.
Bu cür davranışlar qarşıdakı fərdin ünsiyyəti davam etdirməsinə və özünü tam olaraq açıqlamasına mane olar. Qarşıdakı fərddə anlaşılmadığı hissini yaradaraq, hirs ya da küskünlük kimi mənfi duyğuların ortaya çıxmasına səbəb olar. Çox vaxt, bu cür ünsiyyət quran fərdlər ətrafdakılar tərəfindən “çətin” fərdlər olaraq xarakterizə edilir.
Əgər valideyn və övlad arası münasibətdən söz açırıqsa, burada əlaqə, sadəcə məlumat axınından ibarət olduğu mənasına gəlmir. Bu münasibətdə eyni zamanda, qarşılıqlı duyğu və düşüncə ötürülməsi başverir.
Valideynlərin fərqli münasibət formaları:
Valideynlərin uşaqlarıyla ünsiyyətini müəyyənləşdirən və aralarındakı əlaqəni formalaşdıran fərqli ana-ata mövqeləri vardır. Bu mövqelər; tamamilə azad və icazə verici ilə, tamamilə qatı və məhdudlaşdırıcı mövqe arasında dəyişə bilər.
Azad və icazə verici ana-atalar: Bu ana-atalar uşaqlarına sevgiylə yaxınlaşsalar da, ümumiyyətlə qoyulması lazım olan sərhədləri, qaydaları qoymurlar. Uşaqlar içlərindən gəldiyi kimi davranır və istədikləri şeyləri, istədikləri zaman edə bilirlər. Bu şəkildə yetişdirilən uşaqların adətən, yaradıcı və orijinal fikirli olduqları müşahidə edilir. Ancaq onlar mühitə uyğunlaşmada çətinlik çəkir, impulslarını nəzarət etmədə və məsuliyyət almada istəksiz davranırlar.
Passiv ana-atalar: Bu tip ana-ataların gözləntisi azdır və buna bağlı olaraq verdikləri reaksiya də minimum dərəcədədir. Uşaqla tərs düşməmək üçün qaydalar qoymazlar və beləliklə, uşağın öz başına böyüməsinə icazə verdiklərini düşünərlər. Buna əks olaraq isə, uşaq, valideynlərinin ona qarşı laqeyd olduğunu düşünər.
Bu cür ailələrin uşaqları adətən, sosiallaşma qabiliyyətlərini inkişaf etdirməkdə çətinlik çəkir, ya utancaq ya da eqoist olurlar.
Avtoritar ana-atalar: Avtoritar valideynlər itaətə dəyər verirlər. Onlara görə həyatın necə yaşanacağı qaydalarla idarə edilir və formalaşdırılır. Lakin bu zaman uşaq, özünü necə idarə edəcəyini öyrəndiyindən deyil, cəzadan qorxduğu üçün itaət etməyi öyrənir.
Bu cür valideynlərin uşaqları davamlı şəkildə əmr almağa uyğunlaşdıqları üçün, gələcəkdə də özbaşına hərəkət edə bilməz hala gəlir və davamlı olaraq onu bir başqasının idarə etməsini gözləyər.
Əlaqəli və demokratik ana-atalar: Bu qrupa aid valideynlər, uşaqlarına şərtsiz bir sevgi təqdim edirlər. Ancaq bunu edərkən lazım olan bir sıra qaydaları da qoymağı ehmal etmirlər. Uşağın məsuliyyət alması təhsilin prioritetləri arasındadır. Bu səbəblə də,uşağa seçim etməsi üçün bir çox fürsət təqdim edilir və etdiyi seçimin nəticələrini yaşayarkən də, ona ehtiyacı olan köməklik verilir. Bu şəkildə böyüdülən uşaq, məsuliyyət duyğusu inkişaf etmiş, daha ağıllıca ( sağlam) seçimlər edən, dəyişikliklərə ayaq uyduran və özünə etibarı olan bir şəxs kimi formalaşır.
Valideynlərə, Uşaqlarıyla Sağlam və Təsirli Əlaqə Qurmaq Üçün Təkliflər:
• Uşağınızla maraqlandığınızı, ehtiyacı olduğu zaman yanında olduğunuzu, ona kömək edəcəyinizi bilməsini təmin edin.
• Danışmaq üçün kimsənin olmadığı, sakit bir yer seçərək, onunla əlaqənizi xüsusi tutun.
• Başqa insanların qarşısında utandırıb, çətin vəziyyətə salacaq şəkildə danışmayın.• Axmaq, gerizəkalı, tənbəl kimi alçaldıcı sözlərdən istifadə etməyin.
• Çox sinirli və yorğunsanız, daha təsirli əlaqə üçün bunu sonraya saxlayın.
• Uşağınız sizinlə danışmaq istədiyi zaman televiziyanı bağlayın, qəzeti əlinizdən buraxın, telefon danışığınızı tamamlayın.
• Uşağınızla danışarkən, onun səviyyəsinə enərək göz təması qurun.
• Uşağın mənfi bir davranışını düzəldərkən “sən” mesajı yerinə, “mən” mesajı verin.
• Hadisələrin səbəbini soruşmayın, nə olduğunu soruşun.
• Uşaqlarınıza yox deməyi bir kənara qoyub, onu dinləməyə çalışın.
qeyd etmək lazımdır ki, uşaqları ilə təsirli ünsiyyət qurmaq istəyən valideynlərin sahib olması lazım olan bəzi əsas bacarıqları var. Bunlardan ən başlıcası isə, dinləmədir. Bu, təkcə valideyn övlad münasibətində deyil , bir şəxsin müxtəlif istiqamətli münasibətlərində böyük rol oynayır. Pierre Corneillenin dediyi kimi “Qarşınızdakını dinləyin, başqalarına özündən bəhs etmə fürsəti verin.”
Sevgiylə qalın…
Psixoloq, İsmayılova Qədəmli