Ən çox intihar hadisələri iyul ayının sonu ilə avqust aylarında baş verir.
Bəli, çox insan məhz qış tətillərinin depressiv aylar olduğunu hesab edir, ancaq bu bele deyil. İntihar hadisələri digər aylara rəğmən daha çox iyul ayının sonu və avqust aylarında baş verir.
Mənim fikrimcə, bunun başlıca səbələrindən biri, insanların tətil gözləntilərinin çox olmasıdır.Onlar, özlərini rahat və gümrah hiss etmək üçün bir-iki həftə içində böyük bir səy göstərirlər. Bəzən keçirdikləri ağır günləri məhz bu tətillə öhdələyəcəklərini düşünürlər. Lakin həmin müddəti bir tramplin kimi görüb, öz emosiyaları üzərində işləməyi üstün tutanlar daha az olur.
Bizi nələrin gözlədiyini bilmədiyimiz həyatda depressiv bir vəziyyətə düşəcəyimizin zamanını da bilə bilmərik. Bu nöqtədə, əgər sizi narahat edən məsələlər varsa, onunla bağlı yardım almaq həyatınızın geri qalan müddətində daha xoşbəxt olmağınıza səbəb olar, nəinki qısa müddətlik bir tətildə.
Yay fəsli bəzən üzərinizə bir problem topu kimi gələ bilər. Bəziləri üçün, bu, sadəcə havanın isinməsi və nəmlənməsi kimi gəlsə də, bəziləri üçün problemlərinin daha da dərinləşməsi hesab edilə bilər. Yalnız yaşayan və evdən çölə çıxmayanlar üçün dostlarının və ya digər ailə üzvlərin yay partiləri təşkil etməsi, xarici bir ölkəyə səyahəti və bunun kimi bir çox yay əyləncələrində iştirak etdiyini duymaq mənfi bir hiss doğura bilir.
Yay depressiyasında insan həyatdan zövq almamağa başlayır. Diqqət və konsentrasiya çətinliyi, əvvəllər xoşbəxt olduğu şeylərə qarşı maraqsızlıq, yorğunluq, enerji itkisi, motivasiya itkisi, cinsi istəksizlik, yuxu pozuqluğu, həddindən artıq küsəyənlik, səbirsizlik, iştah itkisi, çəki itirmə ya da həddindən artıq iştahlanma görülə bilər. Bu vəziyyət içə qapanma, təcavüzkarlıq, həyatı dəyərsiz görmə və intihar düşüncələrinə qədər gedə bilər.
ABŞ-da yay depressiyası üzərində edilən bir araşdırmada bu müddətdə yaranan depressiyada intihar riskinin daha yüksək olduğu görülür. Bunlara əlavə olaraq, yay depressiyası deyə bilmək üçün narahatlığın mövsümi olması, yəni əlamətlərin bu istiqamətdə olması və ən az iki həftə davam etməsi lazımdır.
Səbəbi nə olursa olsun, isti və uzun günlər insana düşünmək üçün daha çox vaxt verir və əgər şəxs depresiv vəziyyətdədirsə, həyatı ilə bağlı problemləri durmadan yenidən analiz edəcəkdir. Bu bir mənada yaxşı hesab edilə bilsədə, uzun müddətli düşüncələr onu gerçək həyatdan qopara bilər.Öz canına qıymanın kiçik bir ağrı xaricində acıdan qurtula bilmək üçün asan bir yol olduğu fikrinə düşə bilər. Lakin, bu belə deyil. Onlar həmin an sevənlərinə, eləcə də özlərinə necə böyük, real bir zərbə vurduqlarını unudurlar.
Belə fikirləşirəmki, suisid bir şəxsi deyil, onun ətafındakı çox şəxsləri öldürür. Susid bəzi insanlar üçün sadəcə bir hadisə hesab edilsə də, bəziləri üçün həyata dair yeni bir xəzinənin tapılmasıdır. Hər bir şəkildə bu sadəcə bir davranış deyil və onun duyğusal izləri hər zaman şəxsdə qalır.
Tətilinizin xəyal qırıqlığı ilə keçməməsi üçün, bu dönəmdə olan plan və gözləntiləriniz önəmlidir. Təxirə salınan işləri görmək üçün tətilin bitməsini gözləmədən fəaliyyətə keçilməlidir. Şəxs həyatını hər zaman olduğu kimi davam etdirməli, yay fəaliyyətlərinin dadını çıxarmalı və yeni gözləntilər meydana gətirməyə fokuslanmalıdır.
Yay fəslində də özünüzü kefsiz,enerjisiz hiss edə bilərsiz, bunu normal qəbul etmək lazımdır. Ancaq, əgər bu ruh halı gündəlik funksiyalarınızı yerinə yetirmənizə mane olursa mütləq psixoloji dəstək alınması lazımdır.
Sevgiylə qalın…
İsmayılova Qədəmli