Nigahdan qabaq övladlarınızı psixoloqa aparın

o-COUPLE-COUNSELING-facebook

Hər bir insan doğulduğu andan etibarən sevgiyə qarşı bir aclıqla doğulur.İnsanlar həyatları boyunca bir sevgi arayışında olurlar.Qızlar daim o nə vaxtsa gələcək ağ atlı oğlanı,oğlanlarda gözəlliyindən doya bilməyəcəkləri Şahzadə xanıımı gözləyirlər.

İllər keçir,insanlar zaman dilimində həyatlarını tənzimləməyə,bir şəkildə qurmağa çalışırlar.Biri təhsilə  önəm verir,biri işləyir pul qazanır və kamil bir yaşa gəlib çatdıqlarında nəhayət ailə və övlad sahibi olmaq istəyirlər.

Sevgi arayışı içərisində keçən illər ərzində bəziləri böyük və fırtınalı sevgilər,ayrılıqlar yaşayırlar.Aldıqları travma sonrasi nəhayət ki,ağıllı bir qərar verməyin vaxtının gəlib çatdığını düşünürlər.İstər ailənin məsləhəti,istər özünün tanış olduqları insanla ailə qururlar.Qadınların ailə haqqındakı təsəvvürləri başqa,kişilərin ailə haqqında təsəvvürləri başqadır.Qadın hədsiz nümunəvi,onu sevən,ona dəyər verən,qoruyan təkcə ona məxsus (bəziləri nigahı şəxsi mülkiyyət hesab edirlər),hər gün ona yeni surprizlər edəcək birinin xəritəsini  öz beyinlərində canlandıırlar.

Üzücü budur ki,bu xəritədə pis heç nə yoxdur,yalnız pozitivə köklənmiş bir xəritə.Sadəcə istər qadın olsun,istərsə də kişi bəzən bunu unudur ki,”Nümunəvi insan deyə bir şey yoxdur həyatda”,ağ varsa qarada,yaxşı gün varsa yaman gündə var.

Heç  bir insan nümunəvi deyil,heç olada bilməz,Adi batareyaların belə müsbət və mənfi tərəfi var.Yəni insanda belədir.Biz heç kimi dəyişib istədiyimiz hala sala bilmirik.

İnsan xarakteri dəyişmir.Sadəcə insan yaxşı insanların arasında olub özünə yaxşı nümunələr götürə bilər.Demək həyatdakı əsas prinsiplərdən biri  yaxşılardan nəyisə götürməyə çalışmaqdır.

Ailədə isə müəyyən rol modelləri olur.Adətən oğlanlar analarına,qızlar atalarına bənzəyən insanları özlərinə ömür-gün yoldaşı seçməyə çalışırlar.Vay o gündən ki,indi bu rol modellərinin əksi ilə qarşı-qarşıya gəlirlər.Onda işlər sözün əsl mənasında qarışır.

Ailə qurulub,hətta uşaq belə dünyaya gəlibsə,bəziləri həyatları ilə barışıb həyatı bu cür davam  etdirməyi,bəziləri isə razılaşmamağı,mübarizə aparmağı seçir.Ailə quran insan demək olar ki,o toy nişan təlaşı içərisində hər şeyi unudur və o an gəlib çatanda ki,həqiqətlərlə burun buruna gəlir,onda şimşəklər çaxmağa başlayır.Yuxudan ayılan insan üçün yaşamaq artıq dəhşətli bir vəziyyət alır.

İnsan illərlə öz yalanlarına və yaxud xəyallarına özünü inandırıb,indi həqiqətlə üzləşməyə onun psixikası hazırdırmı?

Məsələn qızlar ailə qurduqlarında heç vaxt o sualı özlərinə vermirlər.”Mən ana olmağa hazıram? “ .”Mən ailəmin problemlərini həll etməyə yetəri qədər gücü çatdırar bilərəm? “.Yox əsla,o anda hamını maraqlandıran tək sual “Ağ gəlin donu “ ,”Təzə ev əşyaları” və beyində ideallaşdırılmış ailə həyatı.Məsələ və ya problem burdadır ki,heç bir ailə öz övladını ailə qurmamışdan öncə bir psixoloqa aparıb müayinə etdirmir ki,”Mənim övladım psixi cəhətdən ailə qurmağa hazırdırmı? “.Hər hansı bir çətinliklərlə qarşılaşsa onun psixikası buna nə reaksiya verəcək?

Lalə Əhmədova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki