Hünər göstər,bir şey apar…

o-WORLD-facebook

Nüfuz,hörmət heç də öz-özünə əmələ gəlmir,o əldə edilir,qazanılır.Başqa sözlə,hörməti insanın  fəaliyyəti,onun əməyə sevgisi,başqalarına və özünə münasibət,ailə,ev,vətən üçün etmək istədiyi ,habelə onun düşüncə tərzi,insanlara münasibəti kimi yaxşı düşüncələr gətirir.

İnsanın özünə qoyduğu qiymət uşaqlıqdan formalaşır,məsələn məktəbdə yaxşı oxuyan şagirdi hamı sevir,deməli,ona hörmət qazanmaq instinkti var.Hər kəs istəyir ki,başqasına bir kömək mi,himəyadarlıqmı,nə isə başqa bir şeymi edərək onların hörmətini qazansın.Avtobusda öz yerini yaşlılara,qadınlara verən gənc heç də qarşıdakından bir şey ummur,o sadəcə onun nəzakətinin etiraf edilməsini göstərən minnətdarlıq işarəsi gözləyir.

“Həyat-borcdur”-insan dünyaya gəldiyi andan etibarən borc almağa ,zaman keçdikcə isə onu qaytarmağa cəhd göstərir.Düzdür bəzi borcları biz nə qədərdə qaytarmağa çalışsaq yenədə nafilə.Biz ananın övladı üçün çəkdiyi əziyyətin qarşılığını yalnız ona olan gözəl münasibətlə müəyyən qədər onun könlünü şad edərək qaytarmağa çalışmaq olar.

Bir daha qeyd etməyə dəyər ki,hörmət,nüfuz verilmir,qazanılır.Hörmət qazanmaq var-dövlət qazanmaqdan daha çətindir.

Insanın əldə etdikləri yəni onu bu dünyada rahat yaşaması üçün olan (ev,maşın və s.) amillər insana həqiqi hörmət gətirə bilər.İnsan həqiqi hörməti-rəftar,ünsiyyət,özünü sevdirməyə çalışma,əxlaqdan doğan normalar,əməlləri sayəsində qazana bilir.

İnsana hörmət qazandıran əsas dəyərlərdən biri də onun “sözə” verdiyi qiymətdir.İnsan özünə və sözünə qoyulan dəyər və hörməti özü qazanır.

Yuxarıda da qeyd etdiyim kimi hörmət qazanmaq əgər illərlə verilmiş əziyyət nəticəsində olursa,o nüfuzu,hörməti itirmək bir anın içində formalaşır.

Hörmət qoymadığımız insanın dediyi sözlərində bizim yanımızda dəyəri olmur.Cəmiyyətdə hörmət və nüfuz qazanmağın ən gözəl yollarından biri də “Ədalətli” olmağı bacarmaqdır.Ədalətli insan həm də vicdanlı və başqasının haqqına girməyən insandır.

İnsan o zaman kamilliyə doğru gedir ki,bu dünyanın əbədi olmadığını hər bir insanın müəyyən missiyanı başa vurduqdan sonra gedəcəyini dərk edərək ona görə addımlar atır.Yalan danışmamağa,başasının malına və mülkünə göz dikməməyə  çalışan insan həm bu dünyada,həm də axirətdə savab qazanır.

İnsanlar illərlə əldə etdikləri hörməti və etibarını bir dəqiqənin içərisində itirə bilər.Əslində hər şey daha çox istəmə və daha çox əldə etmə istəyindən başlayır.

Verilən vədlər və sözlər tutulmamağa başlayır və illərlə qazandıqları hörmət və nüfuzu itirməyə başlayırlar.Nüfuz sahibi olan insan öz nüfuzunu itirdiyinin fərqində belə olmur ya ki,o vəzifə əldən getməyənə qədər.

Nüfuzunu və ya vəzifəsini itirən insanlar bəzən ağır xəstəliklərə belə  düçar ola bilirlər.Çünki həyatda əldə etdiklərinin əksəriyyəti o oturduqları vəzifə ilə əlaqədar olur və günlərin bir günü vəzifələrinin olmadığı bir vaxtda əslində hörmətlərinin hansısa qorxuya dayandığını görürlər.

Bəzən vəzifədən gedən insanlar bu həqiqətə o dərəcədə inana bilmirlər ki,intihara belə əl atırlar.

Demək həyatda hörmət və nüfuz qazanmaq onun üçün lazımdır ki,o hörmət və nüfuz sizin şəxsiyyətinizə verilsin,tutduğunuz mövqeyə yox.

Çünki dünya elə köhnə dünyadı ,yəni yalan dünyadı.Məqaləni Şəhriyarın bir şeriylə tamamlamaq istərdim.

  Heydər baba dünya yalan dünyadı

                                                          Süleymandan,Nuhdan qalan dünyadı.

                                                          Hər kimsəyə hər nə verib alıbdır,

                                                          Əflatundan bir quru ad qalıbdır.

Lalə Əhmədova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki