Yamanca dəyişib dövranın üzü, Adamı tərsinə dindirir indi

Angry-People-at-Risk-of-Heart-Disease-800x390

Yamanca dəyişib dövranın üzü,

Adamı tərsinə dindirir indi

Atlını atından endirib, düzü,

Ulağı belinə mindirib indi

Qəribədir… Yer üzünün əşrəfi, təbiətin ən uğurlu kəşfi olan insanı tanımaq, anlamaq bir az çətindir… Bəlkə də yumşaltmağa çalışdım bir az kəlməsi ilə bu məqamı amma çox çətindir hər bir insanı anlamaq, duymaq, hiss etmek. Insanın özünə və bir-birinə vurduğu ziyanı insana heç nə, nə zəlzələ, nə vəhşi heyvanlar, nə də heç bir təbii fəlakət vurmur. Insan özünün həm dostu, həm düşməni ola bildiyi halda nədənsə hər zaman neqativ olanı düşmən mövqeyini seçir. Baş verən xoşagəlməz situasiyalarda isə başqalarını günahlandırıb özünə nəzər salmağa tapmır. Başqalarını təqsirkar hesab etməkdənsə, günahı başqasının üstünə atmaqdansa, başqalarının gözündə qılı seçib, tiri görməməkdənsə özümüzlə öz hiss və ehtiraslarımızla mübarizə aparmağı bacarmaq daha vacib və zəruridir. Baş vermiş situasiyalar zamanı hisslərimizi və ehtiraslarımızı deyil ağlımızı, zəkamızı hakim etsəydik, yəqin ki, çox xoşagəlməzliklərdən qurtulmuş olardıq. Qəzəb, hirs bizim həzzlərimizin, nəşəmizin qənimidir. Kiçik, ötəri hallardan belə qəzəblənmək, hirslənmək ömrü bihudə, havayı məsrəf etmək deməkdir. Onsuz da psixi yükün son dərəcə ağır olduğu indiki dövrdə tez-tez qəzəblənmək, emosional partlayışlara tabe olmaq aşkar surətdə intihar deməkdir. Əgər sən özünü qəzəbə öyrətmək istəmirsənsə hər vasitə ilə öz qəzəbini boğ və hirslənmək vərdişinin yaranmasına imkan vermə. Qəəbə yalnız başlanğıcda asanlıqla qalib gəlmək olur, ona görə də başlanğıcda onu söndürməyə çalış. Hirslənmədiyin günləri say və müqayisə et. Hansı halda daha rahatsan? Ətrafındakıların sənə münasibəti hansı halda sənə xoş təsir bağışladı? Və aşkar hiss edəcəksən ki, əhvalın yaxşılaşır. Bir neçə gündən sonra öz-özünə deməyə başla: Əvvəl hər gün əsəbləşirdim, indi iki gündən bir, sonra həftədə daha sonra ayda bir dəfə əsəbləşirəm. Əgər bu düzümə özünü tabe etməyə iradən çatsa artıq situasiyalara sinirli deyil ağılla cavab reaksiyası versəz demək sakit reaksiya sizin artıq vərdişlərinizə çevrilir. Hər bir hiss belə əvvəlcə zəiflətmək daha sonra tamamilə aradan qaldırmaq olar. Bu insanın ağlından və iradəsinin gücündən daha çox asılıdır. Etiraz edə bilersiniz ki, hirslənmək insanın özündən asılı deyil, mütləq şəraitdə hirsləndirən olur. Doğrudur, qıcıqlandıran olmadan əsəbləşməmək hünər deyil, əsl hünər hirsləndirildiyin anda sakit davranmaqdır emosiyaları cilovlamağı bacarmaqdır. Sağlam düşüncəyə görə əsəbləşən insan onu əsəblərini çilədən çıxarana deyil, birmənalı şəkildə özünə ziyan vurur. Qəlbinizdən və fikrinizdən paxıllığı, qəzəbi, mərdiməzarlığı, bədxahlığı, şəhvəti, qorxunu, ehtiras düşkünlüyünü qova bilərsiniz və sağlam psixikaya sahib olmaq üçün rahat yaşamaq, özünüzə və ətrafınızdakılara, sevdiklərinizə ziyan verməmək üçün qovmalısınız. Bunu reallaşdırmaq sadəcə ağlın gücü ilə mümkündür. Qəbul edək ki, kompleks ideal insan yoxdur həyatda. Hər bir insanın çatışan və çatışmayan cəhətləri var. Çalışaq ki, çatışan cəhətlərimizi bir addım önə çıxarıb, çatışmayanlarımızla sublimasiya edək. Görəcəksiniz, bir azca cəhd etsəniz özünüz və sevdikləriniz rahat olacaqsınız!!!))

Könül Cəfərova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki