Diqqət – Internet asılılıq !

87656789_0

                                    Həyatda ziyanlı heç bir şey yoxdur, ziyanlı həcm var

                                                                                                       D. Mendeley

  İnternet-asılılıq nədir ?????

İnternet-asılılıq (en. Internet аddiction) – psixi pozuntu, daima İnternetə bağlanmaq arzusu və vaxtında İnternetdən çıxmanın istifadəçi üçün çox çətin olmasıdır. Müasir dövrdə internet- asılılıq çox geniş müzakirələrə səbəb olsada , onun statusu hələlik qeyri-resmidir.  Belə ki, internet-asılılıq  bir xəstəlik kimi psixi xəstəliklər təsnifatına (DSM-IV) daxil edilməmişdir.

     İnternet-asılılığın 5 tipimövcuddur:

  • 1.       oyun asılılığı – obsessiv (təkrarlanan)  onlayn kompüter oyunları oynamaq cəhdidir;
  • 2.       virtual tanışlıqlar və ünsiyyət – müxtəlif sosial şəbəkələrdən asılılıqdır, virtual dünyada ünsiyyətlər;
  • 3.       təkrarlanan veb-sörfinq – İnternet saytlara  səyahətdir, bir linkdən (sürgündən) başqasına məqsədsiz keçid;
  • 4.       kiberseksual asılılıq – pornosaytlara daimi baş çəkmə  və virtual sekslə məşğuliyyətə cəhddir;
  • 5.       maliyyə asılılığı – internet mağazaları vasitəsilə lazımsız alış-veriş etmək ehtiyacıdır.

Internet asılılığının psixoloji xüsusiyyətləri:

  • elektron poçtun tez-tez  yoxlaması;
  • vaxtın hiss edilməməsi, nə vaxt ki,  insan kompüter arxasındadır;
  • real həyatdaki ünsiyyətlə müqayisədə on-line ünsiyyətiə üstünlüyün verilməsi;
  •  Şəbəkədə uzun müddət qalmağa  görə ailənin və dostların şikayətləri;
  • kompüter seansını sərbəst bitirməyin mümkünsüzlüyü;
  • qeyri-müntəzəm qidalanma, kompüter monitorun qarşısında  yemək;
  • yorğunluğun yaranması, qıcıqlanmalar, əhval-ruhiyyənin azalması
  • internet-asılılığın mövcudluğunun inkarı

İnternet-asılılıq yalnız insanın psixikasına pis (zərərli) tesir etmir, onun ictimai  durumu , həmçinin fiziki sağlamlığı dağıdır: komputer arxasında daimi oturuşlarına görə, doyunca yatmamalar , orqanizmin tükənməsi , qeyri- müntəzəm qidalanma – xroniki yorğunluğuna səbəb olur. Oturaq tərzi və daimi gözlərə yükləmə , dayaq-hərəkətedici aparatın və gözlərinin xəstəliklərinin səbəbi olurlar.

  İnternet-asılılığın nəticələri:

  • sosial statusun itməsi
  • ailədə daimi münaqişələr
  • əhəmiyyətli pul borcları

DİQQƏT!

İnternet asıllılıq  -  şəxsiyyətin pozulmasına  aparır

Bəli , bu gün hər birimizin internetdən istifadə etməyi zəruridir, lakin düzgün istifadə etməliyik.  Buna görədə , internetin müsbət və mənfi tərəflərini bilməliyik.

D. Mendeleyevin gözəl bir kəlamı var: “Həyatda ziyanlı heç bir şey yoxdur, ziyanlı həcm var”.

İnternetin «+» və «-» tərəfləri

«+»

  • texniki irəliləmənin inkişafı;
  • müxtəlif informasiyaya giriş;
  • On-line alış-verişin mümkünlüyü və  yüngüllüyü

«-»

  • geniş tanışlıqlar – asılılıqdır;
  • real ünsiyyətin bacarığı itir;
  • söz ehtiyatı pozulur ;
  • virtual reallıq həqiqini əvəz edir

İnternetdən asılı vəziyyətə düşənlərin əksəriyyətinin yeniyetmə və gənclər olduğuna görə valideynlər daha diqqətli olmalı və düzgün münasibət göstərməlidirlər.

Valideyn nə etməli ?

Sakitcəsinə: Valideyn,  uşağın hər bir stressli, agressiv, qəyri-normal davranışına sakit agressiyadan uzaq olan bir münasibət göstərməlidir.

Səbrlə: bu halda sizin sadəcə səbrlə davranışınız yeniyətməni və valideyni mübahisədən uzaq saxlayacaq.

Anlayış göstərmək:  bir yadınıza salın öz yeniyətməlik dövrünüzü. Onsuzda bilirsizki, buqədər böhranlı zamanda uşaq öz şəxsiyyəti ilə identifikasiya olmasında çətinlik çəkir.

Dost olmaq uşaqla: Bu mərhələdə uşaqla valideyn yox, dost olmaq zəruridir.

Uşağın hissləri ilə maraqlanmaq: problem yaşananda tənbeh etməyin,  günahlandırmayın. Hissləri ilə maraqlanın. Birgə düzgün çıxış yolu axtarmağa çalışın.

Kimə müraciət etmək lazımdır?

İnternet aludəçisinin ciddi müalicəyə ehtiyacı olduğu üçün psixoloqa müraciət etmək vacibdi. İnternet asılılığın müalicəsində psixoterapiyadan istifadə olunur. Psixoterapiya – psixoloji üsullar və metodlar vasitəsilə həyata keçirilən müalicədir. İnternet asılılığın müalicəsi zamanı psixoterapiya asılılığın əsasında duran müxtəlif psixoloji problemlərin ( emosional,şəxsi və s.) həllinə yönəlir.

Reyhan Mirzağayeva

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki