Hekayə satırsınızmı?

hekayə satırsınızmı

Ölkəmizdə belə işlər, jurnalistlər və xəbərə birbaşa aid olan adamlarla əlaqə əsasında həyata keçirilir. Bir müddət əvvələ qədər İngiltərədə də işlər belə gedirdi. Ancaq indi insanların öz hekayələrini satmaq üçün qurulmuş bir şirkət var. Üstəlik Nataşa Smit adlı təcrübəli jurnalist bir qadının qurduğu bu şirkət, 300 şirkət arasında 2009-cu ilin qadın təşəbbüskarı mükafatını aldı. 1998-ci ildə jurnalistikaya başlayan Smit, “Talk to the Press”i qurmazdan əvvəl bəzi qadın jurnallarında və Yeni Zelandiyadakı “Sunday Times”də işləmişdi. Peşəkar həyatı boyunca o, jurnalist olaraq, “romantik həyat hekayələri” sahəsində ixtisaslaşmışdı. Bir müddət ştatdankənar jurnalist kimi işləyən Nataşa Smit, 2007-ci ildə qurduğu “Talk to the Press” adlı şirkətiylə insanların gerçək həyat hekayələrini qəzet və jurnallara satmasına köməkçi olur. Eyni zamanda “media fırtınasına” düşüb xilas ola bilməyənlərə müxtəlif strateji məsləhət xidmətləri göstərir. Yarandığı gündən bu yana 300-dən çox hekayə satan şirkət, yaxında yayımlanacaq bir sənədli filmin də əsas mövzusu oldu.

“Talk To The Press”, İngiltərənin tanınmış “Daily Mail”, “Mail on Sunday”, “News of the World”, “Mirror” kimi qəzetləri ilə əməkdaşlıq qurmuşdur və bir çox həftəlik qadın və maqazin jurnallarını hekayələrlə təmin edir. “Talk to the Press”in bütün personalı, Smit kimi jurnalistlərdən ibarətdir. Hekayənin satılması və ya müştərinin istədiyi şəkliylə istifadə edilməsi ilə əlaqədar bütün işləri Smit və qrupu idarə edirək, özünün, yaxud bir tanışının başına gələn bir hadisəni mediaya açıqlayanların sözlərinin təhrif edilməsinə mane olur. Bir mətbu orqanı ilə razılaşana qədər, hekyə şey gizli qalır və hekayə sahibləri bu xidmətin əvəzində heç bir ödəniş aparmır. Pul, hekayəni satın alan media orqanından qazanılır və “Talk to the Press” şirkəti ilə hekayə sahibi arasında bölüşdürülür.

NLP Master, Fərdi İnkişaf Ustası

Babək Bayramov

Share to Odnoklassniki

Tags: