Altruizm

kto-takoj-altruist-300x225

Söhbət insanı təmənnasız sevməkdən, onu əzizləməkdən, onun dərdinə və sevgisinə şərik olmaqdan, iztirablarını bölüşməkdən gedir. İnsan başqalarının iztirabını öz iztirtabı kimi yaşayarkən, özünü yenidən tapır – öz daxilində başqasına qarşı gizlənən hissləri yenidən oyadır. Nəticədə insanda ümumən insanlara qarşı məhəbbət formalaşır.

Bu məhəbbəti insana aşılayan məqamlardan biri də İslam dinidir. Din insana başqalarının dərdini öz dərdi kimi anlamağa- özünə rəva görmədiyini başqalarına da rəva görməmək, məhəbbət, mərhəmət hissi kimi gözəl duyğuları özünə aşılamağa kömək edir.

Hal-hazırki cəmiyyətdə insanlarda rəhm, yazığı gəlmə hissinin itməsi, eqoizmin alturizmə üstün gəlməsinin bəzən şahidi oluruq. Bu harmoniyanı bərpa etmək hər bir fərdin üzərinə düşür.

Get-gedə cəmiyyətdə xeyirxahlığı – riyakarlıq, dostluğu – aldatma, vəfanı – birlik hesab edənlərin sayı durmadan artır.

İnsanlar bir-birindən uzaqlaşır, münasibətlər üzücü də olsa sırf maddiyyat üzərinə qurulur. Mənəvi dəyərlərə qiymət verilməsi bəzən o qədər azalır ki, adi bir yaxşı əməl heyrət doğura bilir.

Bəs cəmiyyəti uçuruma aparan bu problrmlə necə baş etmək lazımdır.? Burda tərbiyənin, əxlaqi dəyərlərin, islami düşüncələrin rolu dnılmazdır.

Uşaqlara hələ az yaşlarından etibarən söhbətlər aparılmalı, paylaşmağı, bölüşməyi öyrətmək və bunun yaxşı bir əməl olduğunu izah etmək lazımdır. Çünki bəzi anlayışlar elə uşaqlıqda formalaşdığı üçün o insanın həyatına, mövqeyinə, düşüncə tərzinə, inancına təsir göstərir. Ədalət, bərabərlik, rəhm, paylaşma, etibar, mərhəmət, qayğı, empatiya qurma hissini yaradır. Bunun da nəticəsində insanlar daha xoş düşüncəyə, mehribanlıq və qayğıya sahib olurlar. “Özünə rəva görmədiyini, başqasına da rəva görmürlər”. Əvvəllər çox uşaqlı ailələrin sayıı hədsiz çox idi və bu cür ailələrdə böyüyən uşaqlar daha mərhəmətli, paylaşmağı bacaran bir şəkildə yetişdirilirdilər. Ailədə özündən başqa digər balacaların qayğısına qalmaq iqtidarında olduqları üçün artıq “mən” yox, “biz” faktı daha çox üzə çıxırdı.

Bu cür ailələrdə böyüyən uşaqlarda ailə fərdlərinin çoxluğu onlara xüsusi bir güvən hissi verirdi ki, bu tək uşaqlı ailələrdə daha az hiss olunur. Başqa bir prizmadan baxsaq, tək uşaqlı ailədə böyüyən fərd daim dost arayışında olur, güvən duyacağı insanlara ehtiyac hiss edir ki, çox uşaqlı ailələrdə qardaş və bacılar bu hissi tamamlayır və güvən sorunu deyə bir şey qalmır.

Ailənin tək övladı, hər şeyin ona məxsus olduğunu düşündüyü üçün bir mənalı olaraq özündən asılı olmadan eqoistləşir. Çünki onun paylaşacaq, bölüşəcək, sevgi və mərhəmət göstərəcək heç kimi yoxdur. Əksinə bütün sevginin onun üzərinə yönəldilməsi bəzən onun xarakterində “eqoist” gizgilərin yaranmasına gətirib çıxarır.

Əlbəttə istisna halların olduğunu biz də təsdiq edirik. Sadəcə statistik araşdırmalar daha çox bu mövqeyin üstündə dayanır ki, tək övladlı ailələrdə valideynin bütün sevgisi bir övladının üzərinə cəmlənə, hətta bəzi hallarda (varım, yoxum, gözümün ağı-qarası, bircə övladımsan) kimi sözlər belə uşağın şüur altında valideynin tək sevgisinin, maddiyatının ona məxsus olduğunu düşünməyə və bunun da nəticəsində hər şeyi edə biləcəyinə əsas yaranmasına səbəb olur.

Demək cəmiyyətdə olan eqoizmin alturizmə keçməsinin yollarından biri də ailələrdə olan uşaqların sayının artırılması, tək uşaqları isə hər şeydən öncə bir vətəndaş kimi tərbiyə etməyə çalışmaqdır.

Lalə Əhmədova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki