Özümüzü düzgün tanıyaq və sevək!

Woman_removing_mask

Özümüzü necə tanıyaq? Bilirəm ki, indi çoxunuz bu sualı eşidib təəcüblənirsiniz? Öz içinizdə deyirsiniz: “Necə yəni özümüzü necə taniyaq, mən özümü yaxşı tanıyıram.” Bəs heç düşünmüsünüz ki, nəyə görə keçmişə nəzər saldıqda bəzi hərəkət və davranışımız elə özümüzün təəcübünə səbəb olur. Özümüzü anlaya bilmirik, bu hərəkəti necə etdiyimizə cavab tapa bilmirik. Deməli, insan nə qədər özünü tanısa da bəzi situasiyalarda necə reaksiya verə biləcəyini qabaqcadan deyə bilməz.  Özümüzü tanımaq üçün keçmişə nəzər salmalıyıq. Keçmişdə etdiklərimiz, seçdiklərimiz, üz çevirdiklərimiz, bacardıqlarımız gələcəkdə nələr edə biləcəyimizi göstərir. Özümüzü tanıyıb tanımadığımızı anlamaq üçün özümüzə belə bir sual verək. Özümüzü necə bilirik və necə görürük? Başqaları bizi necə bilir və necə görür. Bu iki sualın cavabı üst-üstə düşürsə, deməli, biz azda olsa özümüzü tanıyırıq.

Bəs hər şey özümüzü tanımaqla bitirmi. Bilirəm ki, bütün insanlar özündəki bəzi xüsusiyyətləri eləcə də, fizioloji görünüşündə bəzi bəyənmədiyi cəhətlər var. Biz gərək özümüz özümüzdə müsbət fikirlər formalaşdıraq və öz enerjimizi yüksək tutaq. Bilirəm indiki həyat şərtləri bunu etməyə çox imkan vermir. Ancaq düşünün ki, bu həyat bizə bir dəfə verilir və çalışmalıyıq ki, bu şansı ən yaxşı şəkildə dəyərləndirək. Özümüzü sevək, dəyər verək. Bunu etmək üçün keçmişlə barışmaq, olanı qəbul etmək, bu günü əzmlə yaşamaq və sabaha inanmaq bizi rahatladar və sevgi üçün zəmin hazırlayar. Özünü sevmək özünü saymaqla başlayar. Özün ilə keyfiyyətli vaxt keçirmək, özünü inkişaf etdirmək üçün şərtdir. Özünü sevən insan yaşam enerjisinin önəmli bir bölümünü özünün dəyərlərini açığa çıxartmaq və istifadə etmək üçün sərf edər. Bu enerjimizin üçdə biri qədərdir. Digər üçdə birini ətrafımızdakılar ilə düzgün əlaqələr qurmaq üçün istifadə etməliyik. Qalan bölüm isə yaşamaq üçün vacib olan ehtiyacları ödəmək üçün yetərli olmalıdır. İdeal yaşama bölgüsü budur.

Əgər bu yaşam bölgüsü ilə yaşamağı bacarsaq həyatımız daha maraqlı və dəyərli keçər. Bunu etməyə bu gündən başlayın sabahları gözləmək gec ola bilər. Ətrafımızda bəzi insanlar görürük onların yaşama həvəsinə heyran qalırıq. Şəxsən mən ətrafımda bəzi yaşlı insanlar görürəm, 70-80 yaşlarında özlərini hələ də bəyənir, qocalmadıqlarını düşünür və həyata müsbət baxırlar. Ona görə də uzun ömürlü və sağlam həyat tərzi keçirirlər. Bu yolu seçmək istəyənlər varmı?

Elvira Kərimova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki