Turetta sindromu

1402087461_sorg

Turetta sindromu – spesifik psixonevroloji pozuntudur. İnsanda bir və ya bir neçə müxtəlif tiklər,bəzi hallarda isə koprolaliya ( insanın qarşısını ala bilmədiyi nalayiq sözləri qışqıraraq ifadə edilməsi) ilə müşahidə olunur. Bu xəstəlik genetik meylinə malik olan insanlarda uşaq və yeniyətmə yaşlarında başlanır. Əksər  hallarda insan yetkinlik yaşına çatanda simptomların göstəricisi azlır.

Sindrom fransız həkim- nəvroluqu Jil de la Turettanın adı ilə adlandırılmışdır. Turetta sindromu- məhz Turret xəstəliyin ümumi xüsusiyyətlərini və simptomlarını əsaslandırdığı üçün , onun şərəfinə adlandırdılar.

 Sindromun səbəbləri aşağıdakılardır:

Hesab edilir ki, bu xəstəlik spesifik genə sahib olan insanlarda imkişaf edir. O, autosom yolla ötürülə bilər: həm dominantlara,  həm də  resessivlərə. Validəydən uşağa keçmə riski 50%-dir. Bu sindrom qızlara nisbətən, oğlanlarda daha çox rast gəlinir.

Bəzi hallarda Turetta sindromu valideynləri sağlam olan insanlardada rast gəlinir. Əgər hamiləlik zamanı ana dərman preparatlarını, anabolizm steroidlərini qəbul edib, və ya yüksək temperaturla müşayiət olunan xəstəliyi keçiribsə, xəstəliyin inkişafının riski əhəmiyyətli dərəcədə artır. Bu sindromun başlaması aşağıda qeyd edilmiş səbəblərin nəticəsində yaranır:

  • mikrobla yoluxan xəstəliklərdə (angina, skarlatin,  qlomerulonefrit, revmatizm)
  • stress
  • intoksikasiyalar: alkoqollu, zəhərli maddələrlə
  • bədənin temperaturunu artıran xəstəliklər
  • psixotrop maddələr

Simptomlar:

Turetta sindromunun əsas əlamətləri çoxsaylı hərəki və səs tikləridir

Səs ( vokal) tiklər:

müəyyən səslərin, ayrı sözlərin, sözbirləşmələrin təkrarlanmasıdır.

1) Exolaliya – hansısa oxuduğu və ya eşitdiyi sözün və sözbirləşməsinin təkrarlanması

2)  Palilaliya- şəxsi sözləri təkrarlama

3)  Koprolaliya – heç bir səbəb olmadan nalayiq sözlərdən istifadə edilməsi

Motor( hərəki) tiklər- əzələlərin ( baş, çiyin və s.) qeyri-ixtiyari olaraq atması. Turetta sindromu zamanı motor tikləri daha mürəkkəb olur. Xəstə başını bir tərəfdən o biri tərəfə hərəkət etdirə,  göz qırpa,  ağzını aça və ya boğazını darta bilər.

Diaqnostika:

Diaqnostika üçün xüsusi testlər yoxdur. Klinik müsahibə yolu ilə müəyyənləşir.

a)     tiklər qeyri-ixtiyari məqsədyönsüz hərəkət formasında yerinə yetirilir.

b)    tiklər 20 yaşdan əvvəl yaranıb

c)     1 ildən az olmayaraq müşahidə edilir

d)    simptomların göstəricisi dəyişə bilər, hansı ki, remissiya və residiv ilə xarakterizə edilə bilər

MRT,EEQ organik patologiyanı istisna etmək üçün edilir.

Turetta sindromunun müalicəsi nevroloq, psixoterapevt və psixiatr tərəfindən xüsusi müəssələrdə həyata keçirilir. T.s. yüngül formalarında medikamentoz müalicə lazım olmur.

Müalicə aşağdakı yollarla aparılır:

  • psixoterapiya
  • hipnoterapiya
  • autotrening
  • kognetiv-davranış terapiyası
  • ailədə mənəvi vəziyyətin düzəlməsi
  • uşağın gün rejiminin dəyişdirilməsi. Axşam vaxtı kinolara baxmaq və komputer oyunlar oynamamaq. Vaxtında yatmaq.

Proqnoz:

Xəstəliyin göstəriciləri yeniyetməlik dövrünün bitməsi ilə azalır. Yetkin insanda sindromun bəzi göstəriciləri qala bilər:  tiklər, koprolaliya və bəzi psixi pozuntular ( depressiya ,panik atak , əhvalın oynaması, antisosial davranış)

Reyhan Mirzağayeva

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki