Halüsinogenlər (psixodeliklər) və onların yaratdığı deliriy vəziyyəti

tumblr_static_abstract-wallpaper-surrealism-images-array-wallwuzz-hd-wallpaper-2846

Addiktologiya sahəsində maraqlı bir anlayışlardan biridə halüsinogenlərdir. Halusinasiyaları yaratmağa malik olan (hətta az dozada qəbul edildikdə belə) maddələrə halüsinogenlər adlanır. Farmakologiyada psixomimetik adı daşıyan bu maddələr “qısamüddətli psixoz yaradanlar” mənasını daşıyır.  Buraya biz LSD, meskalin, həşiş, benzin, aseton, yapışqan, dərmanlar (siklodol, astmatol, dimedrol) və s. maddələr aiddir.

Halüsinogenlərdən istifadə nəticəsində  deliriy vəziyyəti yarana bilər. Daha gözəl anlayış üçün siklodol təmsilində deliriyin yaranışına diqqət yetirək.

Siklodol deliriyi.

70-ci illərin axırından yeniyetmələr arasında siklodoldan sui istifadə başladı. Siklodol alüdəçiləri onu böyük dozalarda  (10 yüksək olan miqdarda), pivə və çaxırla qəbul edirlər. Alkoqoldan istifadə sikloqolun əks təsirini dahada gücləndirir və deliriy vəziyyətini dahada dərinləşdirir. Burada ilk öncə emosional pozuntular gözə çarpır.Ya eyforiya, ya qorxu, ya sevinc və ya təşviş bir birini əvəz edir. Intoksikasiyanın ssenarisi 4 ardıcıl fazadan ibarətdir: eyforiya, şüurun daralması, halüsinogen faza və çıxış fazası. Bəzən bu fazalara yuxu fazasıda əlavə oluna bilər.

Siklodoldan və ya başqa halüsinogen maddədən istifadə artıq istifadə bəzi vegetativ (sinir sistemi ilə bağlı) dəyişikliklər yarada bilər:

  1. Üzün hiperemiyası (qızarması)
  2. Taxikardiya (ürək döyüntüsü)
  3. Təziqin oynaması
  4. Yuxu pozuntuları
  5. Bəzən isə “qeyb olan siqaret simptomu” müşahidə oluna bilər

Deliriy – səhnəyəbənzər halüsinasiyalar aiddir. Halüsinasiyaların tərkibi intoksikasiyadan əvvəl nə baş verdiyindən asılıdır: əgər dərmanın qəbulu davadan, söz söhbəttən sonra yaranıbsa, deməli halüsinasiya qorxulu və təşvişli olacaq.

Əgər, sevincli əhval ruhiyə ilə qəbul edilibsə, halüsinasiyalar sevincli olacaq.

Deliriy halı görmə halüsinasiyaları ilə müşahidı olunur və onlar  tez tez  dəyişərək bir birini əvəz edir. Bir səhnə bir neçə dəfə təkrarlana bilər.

Bəzən, deliriy halında halüsinasiyalara tənqidi münasibət itə bilər, və o zaman xəstə ətrafdakılar üçün zərərli ola bilər.

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Aydan Xasməmmədzadə

Share to Odnoklassniki