“Kürdəxanıdan çıxan “Mehdi” üçün xüsusi komissiya yaradılmalıdır”

  • Home
  • Müsahibə
  • “Kürdəxanıdan çıxan “Mehdi” üçün xüsusi komissiya yaradılmalıdır”
10384677_379781402193035_4689792418569879202_n

“Kazım Əziz, böyük ehtimalla ruhi sarsıntılar keçirir”.

Bunu Simsar.az-a psixoloq Elnur Rüstəmov Kürdəxanı qəsəbə sakini Kazım Əzizin özünün İmam Mehdi olduğunu iddia etməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirərkən deyib.

Psixoloq hesab edir ki, Kürdəxanı sakini bu cür fikir səsləndirməklə digər insanlara ciddi zədə vura bilər: “O, dediklərinə inanır və insanları da inandırmağa çalışır. Elə həssas insanlarımız var ki, ona inanmağa başlayacaqlar və hətta gedib ondan şəfa da istəyəcəklər. Əslində, bunun məsuliyyətini daşımaq lazımdır. Bu cür fikirləri, açıqlamaları gündəmə çıxarmaq olmaz”.

Onun sözlərinə görə, normal düşüncəli insan həmin videonu izləsə, deyilənlərin reallıqla uyğun olmadığını görəcəklər: “İnsanların düşüncəsində ilahi inam var. Belə insalar bu cür qabiliyyətlərini dinlə və Quranla əlaqələdirməyə çalışırlar. Yaxşı olardı ki, ilahiyyatçılar da bu məsələyə münasibət bildirsinlər. Belə bəyanatlar vermək doğru deyil. O kankret ad çəkir ki, filankəslərə yardım göstərmişəm. Bu bir az məsuliyyətdən kənar fikirlərdir”.

E. Rüstəmov bunu cəmiyyət üçün zərərli sayır və həmin iddiada olan şəxsin qarşısının alınmasını zəruri görür:
“K.Əzizin söylədikləri ilə bağlı qəti fikir söyləmək olmaz. Belə fikirlər yalnız fantaziyadır. Ümumiyyətlə, çalışıb belə sözlərə fikir verməmək lazımdır. Əks halda sona kimi gedib sözlərin arxasında nəyin yatdığını aşkar etmək lazımdır. Çox yaxşı olardı ki, xüsusi komissiya yaradılsın. Müayinələr aparıldıqdan sonra bu adamın psixoloji və psixatrik durumu ilə bağlı ümumi rəy verilsin. Bu, həm tədqiqat üçün maraqlı olar, həm də bu məsələ bir mənalı şəkildə çözülər. O deyir ki, mən “İŞİD”-la vuruşacam, yayda Suriyaya gedəcəm. Birdən 5 nəfər də ona qoşulub getdi, onda necə olacaq? Xüsusilə, psixoloji problemi olan insanlar var ki, onun dediklərinə inana bilərlər. Bizi bu məqamlar narahat etməlidir” – deyə psixoloq əlavə edib.

Hüseyn İbadlı

http://simsar.az/news/a-70413.html

Share to Odnoklassniki