Yazın gəlməsi ilə birlikdə uşağınızın inkişafını və böyüməsini dəstəkləmək, maraqlı vaxt keçirməsini təmin etmək üçün idman fəaliyyətlərinə yönləndirə bilərsiniz. Araşdırmalar, idmanın böyüməyə və bədən inkişafına təsiri ilə yanaşı bir çox psixoloji faydası olduğunu da göstərir. İdmanın psixoloji faydaları …
Özünə inam
İdman etməyin, uşağın özünə olan hörmətini, mənlik dəyərini və özünə inamını yüksəltmək kimi bir potensialı vardır. Tennis, üzgüçülük, basketbol və ya futbol kimi hər hansı bir idmanla məşğul olmaq uşaqlara yeni fəaliyyətləri sınamaq üçün özünə inam yaradır. Həmçinin müəyyən bir idmanla məşğul olan uşaq və ya gənc özünün hansı bacarığa sahib olduğunun fərqinə varır və özü haqqda formalaşdırdığı fikirlər onu uğura aparacaq bir şəkildə motivasiya edir.
Amerika Pediatriya Akademiyasında aparılan araşdırmalar, idmanın uşağın özü haqqındakı fikirlərinə müsbət təsir etdiyini göstərmişdir . Xüsusilə narahatlıq, qorxu problemləri yaşayan uşaqların idmanla məşğul olduqları təqdirdə bu problemlərinin azaldığı görülür.
Liderlik bacarıqları
Liderlik bacarıqları insan həyatında əhəmiyyətli sayılır və bu uşaqlıqdan formalaşdırılmalıdır. İdman uşağın liderlik bacarıqlarının inkişaf etməsinə təsir edən amillərdən hesab edilir. Xüsusilə basketbol və ya voleybol kimi komanda idmanlarında liderlik rolu, uşağın boynuna götürməsi lazım olan bir rol olaraq qarşısına çıxır və bu onun bacarığını artırır. Uşaq, qrupun lideri olaraq məsuliyyətini başa düşür və duyğularını idarə edə bilir.
Şəxsi inkişaf
İdman ilə məşğul olmaq uşağın xarakter inkişafına da müsbət istiqamətdə təsir edir. Məsələn, futbolun, meydançada yalnız qol vurmaqdan ibarət olduğunu düşünə bilərik , ancaq uşaq bu oyunu oynamağa başlayanda etik qaydaları, paylaşmağı, ünsiyyəti, zamanı idarə etməyi və qarşıdurma kimi bacarıqları mükəmməlləşdirəbilir. Əgər uşaq bu gün məşğul olduğu idman növünün qayda-qanunlarını öyrənir və onlara əməl edirsə, o gələcəkdə hüquq və cəmiyyət normalarını da normal şəxsiyyət kimi mənimsəyəcəkdir. Yəni, idmanın yalnız bir əyləncə və ya məşq vasitəsi deyil fərdi inkişaf üçün də əhəmiyyətli olduğu unudulmamalıdır.
Dost qazanmaq
İdmanın müsbət təsirlərindən biri də yeni dostluqlar qurulmasıdır. Xüsusilə daha içinə qapanıq uşaqlar dost qazanmaq mövzusunda çətinlik yaşaya bilir və bu vəziyyət onları kədərli və təcrid edilmiş kimi hiss etdirə bilər. Ancaq, bir idman komandasının üzvü olmaq, üzvlərin birlikdə keçirəcəkləri zamana bağlı olaraq dost qazanmaq prosesi daha da asanlaşır. Saatlarla edilən məşqlər zamanı üzvlər arasında daha səmimi mühit yaranır. Uşaq bu sayədə sosiallaşma bacarıqlarını inkişaf etdirir və uzun müddətli dostluqlara sahib olur.
Düzgün bədən qiymətləndirilməsi
Xüsusilə yetkinlik dövründəki gənclərin bədənləri haqqda fikirləri doğru istiqamətdə olmur. Bu dövrdə vücudu ilə əlaqədar qayğılar yaşayan gənclər daha aşağı özgüvənə malik olurlar. İdman növlərindən biri ilə maraqlanmaq isə, onların daha sağlam, daha fit olmalarını təmin etməklə yanaşı özgüvənlərinin artmasına da kömək edəcəkdir. Erkən yaşda idman vərdişi qazanıldığında uşaq boş vaxtlarından daha faydalı istifadə edəcək , internetdə vaxt keçirmək və ya TV izləmək kimi passiv fəaliyyətlərdən uzaqlaşacaqdır. Müntəzəm idmanla birlikdə sağlam kilosuna çatacağı üçün, obezite ya da digər yemə pozuqluqları kimi problemləri yaşama ehtimalı ortadan qalxacaqdır.
Akademik bacarıqlar
İdman və digər fiziki fəaliyyətlərlə məşğul olan uşaqlar, akademik yöndə öz yaşıdlarına nisbətən daha yaxşı bir performans göstərirlər. Uşağınböyük bir diqqətlə fəaliyyətinə fokuslanması zehni performansı artırır və idrak etmə müddətini sürətləndirir. Araşdırmalar, idmanla məşğul olmağın – nörotrofin (sinir toxumasıyla əlaqədar) istehsalını artırdığını, kiçik zülalların sinir sistemindən ifrazında böyük rol oynadığını göstərir. Bu da unutqanlıq və irəli yaşlarda demans, alzeimer kimi narahatlıqların yaranma riskini azaldır.
Stress və depressiya
Araşdırmalar, fiziki məşqlərin çox yüksək səviyyədə olmayan depressiya əlamətlərini və narahatçılığı azaltmağa köməkçi olduğunu göstərir. Stresslə bağlı araşdırmalar isə ,idmanın stressə qarşı qoruyucu bir xüsusiyyəti olduğunu göstərir. İdman vasitəsi ilə uşaq enerjsini atmaqla yanaşı, həmçinin emosional gərginliyini də azaldır. Bu baxımdan demək olar ki, idman uşaqlarda stressin səbəb olduğu problemlərə qarşı qoruyucu rola malikdir.
Həyat bacarıqlarının öyrənilməsi
İdmanla məşğul olmaq, uşaqlara liderliyi, komanda işini və əməkdaşlığı da əhatə edən bir çox əhəmiyyətli həyat bacarıqlarını öyrədir. Uşaqlar hədəf təyin etməyi və bir hədəfə çatmaq üçün var gücüylə çalışmağı öyrənirlər. İdmanla məşğul olmaq, uşaqların yaşıdları ilə daha yaxşı əlaqə qurmalarına kömək edir. Bütün bu təcrübələr, onların evdə, məktəbdə və ya gələcəkdəki işlərində digər insanlarla necə çalışacaqlarını öyrənmələrinə də kömək edir .
Qeyd etmək lazımdır ki, hər idman növü fərqli motor və ictimai bacarıqları formalaşdırır və hər idman sahəsi ayrı-ayrı, bəzi bacarıqları ön plana çıxarır. Məsələn;
Basketbol və voleybol; liderlik bacarıqları, komanda fəaliyyəti , paylaşma, inam yaratma, yaxın əlaqələr qurma bacarıqlarını daha çox inkişaf etdirərkən Tennis; tez qərar vermə, zaman rəhbərliyi, sabit olma, özünə inam və fərdi olaraq hərəkət edə bilmə bacarıqlarını artırır.
Üzmə; daha çox hədəf, konsentrasiya, fərdi intizamı artırarkən Qılıncoynatma; qarşı tərəfi analiz etmə, risk alma və qərar vermə bacarıqlarını artırır. Digər tərəfdən Atletizm bütün idman sahələrinin təməli sayılır və koordinasiya və konsentrasiya bacarıqlarını artırır.
Valideynlər və müəllimlər hər zaman uşaqlara idmanla məşğul olmağı aşılamalı və bunun üçün şərait yaratmalıdırlar. Ancaq, burada çox vacib bir məqama toxunmaq lazımdır. Uşaqları ´´Önəmli olan performans deyil, səydir ´´ düşüncəsi ilə idmana həvəsləndirməli və onları qazandıqları ya da məğlub olduqları oyunlara görə deyil, məhz göstərdikləri səyə görə qiymətləndirildiklərini vurğulamalıdırlar.
İsmayılova Qədəmli
Xəzər Universitetinin, Psixologiya fakültəsinin III kurs tələbəsi