Depressiya və Suisid

trapped-in-depression-claude-mccoy

Suisidal davranış müasir dövrdə öz aktuallığı ilə seçilən problem­lər­dəndir. Müxtəlif səbəblərdən baş verən ölüm hadisələri içərisində özünü qəsd etmə geniş yer tutur. Hər il dünyada 500 min özünüqəsd və 7 milyona yaxın özünüqəsdə cəhd etmə halları baş verir. Bununla bərabər açıqlanmayan suisid halları da olduqca çoxdur. Bir sıra ailələr bu halı gizlətməyə çalışır, hətta bəzən öz yaxınlarından belə gizlətməyə çalışırlar. Buna səbəb kimi müxtəlif amilləri qeyd etmək olar. Haqlarında yayılacaq söz-söhbətlərdən, insanların qınağından v.s. Suisid sağlam şəxsin məqsədli, kənar təsirdən təcrid olunmuş formada özü tərəfindən özünü həyatdan məhrum etməsi kimi izah edilir.

İntiharla bağlı bir sıra ziddiyyətli fikirlər vardır. Son dövrün tədqiqatları bunlara da aydınlıq gətirmək imkanı verir:

  1. İnsanlar həyata son qoymaq arzusunu bildirməklə sadəcə özlərinə diqqəti cəlb etmək istəyir. Əslində isə bu çox dərin psixoloji travmadan xəbər verir. İnsan müxtəlif yollarla ətrafdakıları xəbərdar etmək istəyir. Bu cür fikirlərə etinasız yanaşmaq olmaz.
  2. İnsan intiharı xəbərdarlıq etmədən həyata keçirir. Əslində isə intiharı düçünən insan bununla bağlı bir çox işarələr verir. Hər özünə qəsd edən 10 nəfərdən 8-i bu xəbərdarlıq edir.
  3. Özünə qəsd edən insanlar psixi pozuntulardan əziyyət çəkirlər. İntihar etmiş insanların heç də hamısı psixi pozuntulardan əziyyət çəkmir. İntaharı düşünən insan dözülməz psixoloji mənəvi ağrı hiss edir, ümidsizləşir, yaranan konfiliktdən uğurla çıxa bilmir. Bu heç də onun psixi pozuntudan əziyyət çəkdiyini göstərmir.
  4. İntihar etmək qərarına gələnlər yaşamaq istəmir. Əslində isə bu insanlar ölümlə həyat arasında tərəddüd edirlər. Həyatdan yox, mənəvi ağrıdan yaxa qurtarmaq istəyir.
  5. Suisidal cəhdlər zamanı bütün hərəkətlər düşünülməmiş olur. Əslində isə intihar haqda düşünən bütün şəxslər əksər hallarda intiharı uzun müddətdən bəri planlaşdırırlar.

Psixoloji baxımdan hər bir insan həyatında müəyyən çətin situasiyalara dü­şür ki, onlardan heç cür çıxış yolu tapa bilmir. Xarici təsirlər nəticəsində insanda daxili boş­luq yaranır, insan qarşılaşdığı maneələrlə bacarmır. Bu zaman o, dözülməz psi­xo­loji mənəvi ağrı hiss edir, ümidsizləşir, yaranan konfliktdən uğurla çıxa bilmir. Bu şəraitdən çıxış yolu tapa bilmir. Səbəb çox müxtəlif ola bilər: sevdiyi şəxsin itirilməsi, fiziki zorakılığa məruz qalma, şantaj, borc, böyük vəzifənin itirilməsi, hədə qorxu, əsəb pozuntusu,tənhalıq, dərin depressiya, kumirini təqlid və s.

İntiharın səbəbləri kimi daha çox –cinsiyyət, aşağı sosial-iqtisadi vəziyyət, ata-ana münaqişələri, ixtilaf, immiqrasiya, psixi pozuntular, şiddətə meyllilik və düşünmə (fikirləşə bilmə) pozuntuları göstərilir.

İntiharın səbəblərini aşağıdakı kimi qruplaşdıra bilərik:

  1. Psixiatrik xəstəliklər
  2. Sosial səbəblər
  3. Psixoloji səbəblər
  4. Bioloji səbəblər
  5. Genetik yaxınlıq
  6. Fiziki xəstəliklər

İntihara səbəb olan psixiatrik problemlər bunlardır:

üDepressiya ,şizofreniya; intihar edənlərin 10%-ində şizofreniya müşahidə olunur

üSpirtli içkilərdən Narkotik maddələrdən istifadə

üŞəxsiyyət pozuntusu ,yüksək həyacanlılıq

Sosial səbəblər. Cəmiyyətin sosial xarakteri ilə bağlı olaraq intihar faizi də ölkədən – ölkəyə fərqlilik göstərir. Ailə bağları zəif olan ölkələrdə intihar faizi daha çoxdur

Psixoloji səbəblər. Şəxsi yaxınlıq da intihar ehtimalını artırır.

Bioloji yaxınlıq. Beyindəki serotonin maddəsindəki azalma intihar ehtimalını artırır.

Ailəvi yaxınlıq. Ailədə intihar edən qan bağı olan yaxının olması insanlarda intihar etmə ehtimalını artırır.

Fiziki xəstəliklər. Xərçəng, ürək xəstəliyi, AİDS kimi xəstəliklərə tutulan insanlarda intihar ehtimalını normal insana görə daha çoxdur.

İntihara sosial-iqtisadi problemlərin səbəb olduğu fikri cəmiyyətdə tez-tez vurğulanır: “Amma intihar hadisələrinin baş verməsini təkcə bu səbəblə bağlamaq olmaz. Çünki bu il intihar göstəricisinə görə, İsveçrə birinci yerə çıxıb. Bundan başqa, Hollandiya, Almaniyada, ABŞ-da intihar edənlərin sayı sürətlə artmaqdadır. Adətən ailəsində münaqişə, dava-dalaş olan uşaqlar intihara cəhd edirlər: “Uşaqlar görür ki, evdə hər gün davadır, valideynləri dalaşır, ata ananı döyür. Evdə hamı bir-birinə biganədir. Təbii ki, uşaq bu vəziyyətdən bezir”. Və çıxış yolunu…

Uşaqlarda suisidal davranışın əsas amili ailədəki vəziyyətlə bağlıdır. Uşaq yaş­la­rında 92% suisidlərin səbəbi uğursuz ailə situasiyasıdır. Yeniyetmələrdə suisidin ümumi səbəblər-sosial psixoloji dezadaptasiyadır. Bu da kəskin psixotravmatik situasiyanın təsiri altında yaranır, şəxsin yaxın ətrafı ilə qarşılıqlı ünsiyyəti pozulur. Belə ki, yeniyetmələr üçün bu ümumi, hər han­sı bir pozuntu deyil, yaxınları və ailəsi ilə ünsiyyətin pozulmasıdır.

Yeni­yet­mə­lər­də suisidal davranış təqlidçilik xarakteri daşıya bilər. Onlar ətrafında gördüyü, məsə­lən tv, kütləvi nəşrlərdə oxuduğu hərəkətləri təkrarlamağa çalışır. Kütləvi intiharlara da rast gəlmək olur. “Verter effekti” fenomeni də kütləvi intiharlara misal ola bilər. “ Verter effekti” ilk dəfə dahi alman yazıçısı İohan fon Hötenin “ Gənc Verterin iztirabları” adlı əsəriylə əlaqədar müşahidə olunduğundan, bu əsərin qəhrəmanının adı ilə də adlandırılıb. Əsər Verter adlı personajın intiharı ilə bitir. Əsərin təsir gücü o dərəcədə böyük olur ki, onun təsiri ilə özünüqəsd epidemiyası Avropanı bürüyür.

Təəssüfləndirici faktlardan biri də mənəvi gərginlikdən çıxış yolunu intiharda görənlər arasında yeniyetmələrin üstünlük təşkil etmələridir. Əyləncəni həyatın məqsədi qəbul edən yeniyetmələr bir müddət sonra bunun sonunun arzu etdikləri kimi olmadığını görürlər. Bundan sonra onlar özlərini uçurumun kənarında hiss edirlər. Geriyə baxdıqda zəhərli həyat, gələcəyə baxdıqda isə qaranlıq bir yol onların yaşamağa olan sevgilərini öldürür. Bu səbəbdən onlar qurtuluşu özlərini uçurumdan atmaqda görürlər. İntiharın ən böyük səbəblərindən biri ümidsizlik və özünə güvənmə duyğusunun olmamasıdır. Belə insanlar ən xırda çətinliklərə belə tab gətirə bilmirlər. Onlar çətinliklərə qarşı mübarizə aparmaqdan-sa, özlərini həyatın axarına buraxmaq yolunu seçirlər. Daşlı-qayalı çaya bənzəyən həyatda belə insanların maddi və mənəvi cəhətdən zədələnmə ehtimalları olduqca yüksəkdir.

Mətbuatda rəsmi statistikaya istinadla yayılmış məlumata görə, ötən il Azərbaycanda 482 intihar hadisəsi qeydə alınıb. Mütəxəssislər bu rəqəmlərin “daha yüksək” olduğunu hesab edir, çünki intihar hadisələri adətən ailələrin açıqlamaq istəmədiyi mövzulardandır. Az qala hər gün kiminsə intihar, özünə qəsd etməsi barədə xəbərlər eşidirik. Bu, son vaxtlar adi bir hala çevrilib.

İnsanlar müxtəlif səbəblərdən həyatlarına son qoyurlar. İntihar qarşısı alına biləcək ölüm səbəbidir. Bu qərarın alınmasına səbəb olan amillər qeyd olunduğu kimi çox müxtəlifdir. Çox vaxt bir neçə faktor birgə bu davranışın meydana çıxmasına səbəb ola bilər.  Beləliklə, bir qayda olaraq suisiddə günahkar yoxdur. Hər bir intihar-insanın özünün şəxsi,dərk olunmuş qərarıdır. Öz həyatı haqqında sərəncam vermək-hər bir şəxsin hüququdur.Lakin intiharın ən yaxşı profilaktikası – hər şəxsə bu hüququ hiss etməyə imkan vermək, problemin həllində başqa yollar axtarmaqdır.

Nuriyyə Mustafayeva

Bakı Dövlət Universitetinin, Sosial Elmlər və Psixologiya fakültəsinin, Təhsildə sosial-psixoloji xidmət ixtisasının III kurs tələbəsi

 

Share to Odnoklassniki