Uşaq iflici, epilepsiya, beyin travmaları, qəzalar və irsi faktorlar səbəbindən qüsurlu uşağa sahib olan ailələr, normal tempdə həyatı davam etdirə bilmirlər. Çünki uşaq baxımının gətirdiyi müəyyən çətinliklər mövcuddur. Bu ailələrdə maddi dəstəklə yanaşı mənəvi dəstək də mütləq şəkildə olmalıdır.
Bir uşağın ailəyə gətirdiyi xoşbəxtlik müzakirə edilməzdir. İnkişaf edib danışmağa, yeriməyə başlayıb ilk vərdişlərini qazandıqca övlad sahibi olmağın gətirdiyi çətinliklər də ortaya çıxamağa başlayır. Bununla yanaşı qüsurlu uşaqların valideynləri bu gözəllikləri eyni tərzdə və eyni tempdə yaşaya bilmir. Keçirilən qəzalar, xəstəliklər və ya bəzi irsi səbəblərdən dolayı müəyyən qrup uşaqlar üçün inkişaf uzun müddəti əhatə edir. Autizm, down sindromu, uşaq iflici, epilepsiya, baş və ya beyin travmaları kimi sağlamlıq problemləri bu uşaqların bir çox funksiyasına mənfi şəkildə təsir edir. Buna görə də qüsurlu şəxsin valideynləri kimi digər yaxın insanlar da problemin gətirdiyi çətinliklərlə qarşılaşırlar. Bəzi qüsurlu uşaqlar bir yerdən başqasına getmə, yemək yemək, su içmək kimi adi işlər üçün belə valideynlərinin və ya yaxınlarının qayğı və dəstəyinə möhtacdırlar.
Ailədə qüsurlu fərd olduğu zaman onun dərəcəsinə əsasən ailənin bir üzvü; xüsusən də ananın vaxtının çoxunu uşaqla keçirməsi qənaətinə gətirib çıxarır. Ana müəyyən bir sahə üzrə fəaliyyət göstərirsə, məcburiyyət qarşısında qalaraq işdən uzaqlaşa bilər. Müalicə və reabilitasiya prosesi bir çox qüsurlu şəxs üçün uzun müddət və əməklə yanaşı müxtəlif sağlamlıq mərkəzlərinə getməyi, bir çox mütəxəssislə görüşüb tibbdə və əlaqədar digər elm sahə və tətbiqlərindəki inkişafları təqib etməyi tələb edir. Bunun iqtisadi istiqaməti olduğu qədər fiziki və psixoloji cəhd tələb edən istiqaməti də mövcuddur. Son illərdə bu mövzuda həm dövlətin həm də qeyri-hökumət təşkilatlarının dəstəyi artmaqla yanaşı belə ailələrə dəstəklə bağlı müxtəlif maarifləndirici tədbirlər təşkil edilir. Bəzi valideynlər isə qüsurlu uşaqları ilə maraqlanarkən digər övladlarına qarşı qeyri-kafi münasibət bəsləyirlər. Valideynlərin vaxtının çoxunu qüsurlu uşağıyla keçirmək məcburiyyətində olması, sosial həyatdan qopmasına da gətirib çıxara bilər.
Qüsurlu şəxslər və yaxınları, klinik depressiya mövzusunda məlumatlı olmalıdır. Depressiya həm qüsurlu insanın, həm də ailəsinin problemlərini həll etmə bacarıqlarını istifadə etməyə mənfi şəkildə təsir göstərir. Depressiya reabilitasiya olunan bir problemdir və enerji əksikliyi, dəyərsizlik hissi, bədbəxtlik, maraq və istək əskikliyi, ölüm düşüncələri, yuxu və iştahta artım və ya azalma, davamlı ağrılar və təkrarlanan sağlamlıq problemləri, konsentrasiya çətinlikləri kimi şikayətlər artdıqda professional kömək alınmalıdır. Əlil və ailəsində müşahidə olunan posttravmatik stress pozuntusu kimi başqa psixoloji problemlər də var və psixoloji strukturdakı bütün uzun müddət davam edən mənfiliklər eyni şəkildə mütəxəssis dəstəyi tələb edir.
Bir uşağın qüsurlu olması kimi duyğusal travma və ya çətinlik yaradacaq səbəblə qarşılaşan hər kəs psixoloji problem yaşamır. Psixologiyada bu vəziyyət üçün “posttravmatik böyümə” yəni “yetkinləşmə” termini istifadə olunur. Bəzən uşağın və ya qüsurlu adamın problemindən qaynaqlanan “posttravmatik stress pozuntusu” yaşansa da, fiziki qüsuru olan insanın ailəsində daha sonrakı aylar və ya illər ərzində interpersonal münasibətlərdə optimist olma, ailədaxili həmrəylik və yardımlaşma, özgüvən, dini duyğularda artım və s. istiqamətlərdə müsbət bir inkişaf müşahidə edilir.
Fiziki qüsurlu övladları olan ailələr hansı çətinliklərlə qarşı-qarşıya gəlirlər? Psixoloji sağlamlığı daha əvvəl pozulmuş şəxslər bu travmadan daha çox təsirlənir. Qüsurlu uşağın problemi barəsində məlumatlanmamaq da problemin həllinə mənfi şəkildə təsir göstərir. İqtisadi vəziyyətin yaxşı olmaması da təbii olaraq bu problemi aradan qaldırmağı çətinləşdirir.
Nərmin Quliyeva
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi