Şizoaffektiv pozğunluq şizofreniyadan fərqlidirmi?

1_100

Şizoaffektiv pozuntu, diaqnoz olaraq bir insana ya da ailəyə deyildikdə,olduqca təəccübləndirici qarşılanır. Narahat bir baxışdan sonra ilk eşitdiyimiz söz, “yəni şizofreniyamı?” olar. Buna görə şizofreniya və şizoaffektiv pozuntunun fərqlərini açıqlamaq faydalı olardı.

Bütün dünyada aparılan tədqiqatlar, şizoaffektiv pozuntunun,  həm şizofreniya həm də əhval pozuntularından fərqli bir gedişata sahib olduğunu vurğulayır. Psixiatriyada istifadə edilən standartlaşdırma məqsədli inkişaf etdirilmiş diaqnoz təlimatında, şizoaffektiv pozuntu, psixotik pozuntular qrupunda, ayrıca xəstəlik olaraq qeyd olunub. Diaqnoz qoymaq üçün adamın şizofreniyanın bəzi əlamətlərini və depressiya ya da maniya kimi affektiv pozuntunun bəzi əlamətlərinin birlikdə müşahidə olunması mütləqdir. Məsələn, adam xəyallar görə bilər, xəyali səslər eşidə bilər, təqib edildiyinə dair bir paranoyası ola bilər, digər tərəfdən isə zaman-zaman çöküklük, zövq ala bilməmə, yuxu pozuntuları ilə müşahidə olunan depressiya, ya da özgüvənin artması, ruhi və fiziki sürətlənmə, yuxusuz olmağa baxmayaraq yorğun hiss etməmə, yüksək sürətlə danışma kimi manik əlamətlər özünü biruzə verər.  Bir insanda bəhs etdiyim üzrə psixotik əlamətlər və depressiya əlamətləri bir yerdə görülürsə, üç diaqnoz düşünülə bilər ki, hər üçünün də gedişatı və müalicə prosesləri bir-birindən fərqlidir.

Birincisi, şizofreniya və ikinci diaqnoz olaraq depressiya düşünülə bilər. Bu ən pis gedişatlı formadır. Ortada iki müxtəlif diaqnoz var. Depressiya əlamətləri ortadan qalxdıqda da psixotik əlamətlər müxtəlif fazalarda davam edəcək.

İkinci ehtimal, psixotik xüsusiyyətli depressiyadır. Tək diaqnoz depressiyadır. Lakin şübhələr, xəyali səslər kimi psixotik əlamətlərlə birlikdə müşahidə olunur. Ən yaxşı gedişatlı qrupdur. Depressiyanın müalicəsi ilə psixotik əlamətlər də ortadan qalxır. Göstəricilər bir-birinin üstündə yaranır. Yəni, adamın psixotik əlaməti həmişə depressiv atak əsnasında meydana çıxar.

Üçüncü qrup isə şizoaffektiv pozuntudur. Yenə ortada tək diaqnoz var. Klinik gedişat şizofreniyaya görə daha yaxşı, depressiyaya görə daha ağırdır. Depressiv (və ya manik) əlamətlər xəstəliyin gedişatında xüsusi yer tutur, təkrarlayıcı olur. Ancaq əhəmiyyətli olan depressiya və ya maniya kimi əhval əlamətləri olmadan da ən az iki həftə müddət ilə adamın psixotik əlamət göstərməsidir. Məsələn,bir adam 3 ildir davamlı psixotik əlamət göstərmiş, bu üç il ərzində də bir dəfə altı ay depressiya keçirmişsə, diaqnoz böyük ehtimalla şizofreniya və depressiya olarkən, adam üç il ərzində üç dəfə depressiya atakı, bir dəfə də maniya atakı keçirmiş, bu ataklardan başqa digər vaxtlarda psixotik əlamət də müşahidə olunubda, diaqnoz şizoaffektiv pozuntu ola bilər.

Şizoaffektiv pozuntunu tamamilə ortadan qaldıran bir müalicə forması yoxdur. Amma əlamətlər müvəffəqiyyətli şəkildə idarə oluna bilər.Şizoaffektiv pozuntunun əlamətləri insandan-insana böyük miqyasda dəyişə bilər və yüngül və ya şiddətli ola bilər. Ən çox müşahidə olunan şizoaffektiv pozuntu əlamətləri bunlardır:

Depressiya dövrü:

  • İştahsızlıq
  • Çəki itkisi və kilo alma
  • Yuxu vərdişlərində dəyişikliklər (çox az və ya çox yatmaq)
  • Təşviqat (həddindən artıq narahatlıq)
  • Enerji əskikliyi
  • Adi fəaliyyətlərə qarşı maraq itkisi
  • Dəyərsizlik və ya ümidsizlik duyğuları
  • Günahkarlıq düşüncələri
  • Düşünə bilməmək və ya konsentrə ola bilməmə
  • Ölüm və ya intihar düşüncələri

Maniya dövrü:

  • Biznes və sosial fəaliyyət də daxil olmaqla artmış fəaliyyət
  • Artan və / və ya sürətli danışma
  • Sürətli,bir-biri ilə yarışan düşüncələr
  • Yuxu ehtiyacında azalma
  • Mənlik hörmətindən şişmə
  • Diqqət dağınıqlığı
  • Zərər verici və riskli davranış (məsələn,həddindən artıq xərcləmə,sürətli avtomobil istifadə etmə)

Psixotik əlamətlər:

  • Sayıqlamalar (gerçəyə söykənməyən və əksinə isbat edilsə belə israr edilən qəribə inanclar)
  • Hallüsinasiyalar (məsələn,səslər eşitmə kimi gerçək olmayan hisslər)
  • Düşüncələrin sıralı olmaması
  • Qeyri-adi davranışlar
  • Yavaş hərəkətlər
  • Üz ifadəsi və danışmada duyğu əskikliyi
  • Səhv motivasiya
  • Danışma və ünsiyyət problemləri

Psixoz əlamətləri hər insanda fərqli şəkildə görülür və bu məzmunda psixotik bir xəstəliyə müəyyən bir ad vermək ya da etiketləmək erkən mərhələlərdə hər zaman faydalı deyil. Bununla birlikdə, bir insanda psixoz əlamətləri görüldüyündə ümumiyyətlə, müəyyən bir psixotik xəstəlik diaqnozu qoyulur.

Diaqnoz,bir xəstəliyin insanda göstərdiyi simptomlara görə təyin olunmasıdır. Diaqnoz, xəstəliyin səbəblərinə və təzahür formasında  bağlı olaraq qoyulur. Bir adamda psixoz əlamətləri ilk dəfə görülürsə, xəstəliyin təyinatında müəyyən əlamətləri dəqiqləşdirmək çətinolduğundan psixotik pozuntu diaqnozunu qoymaq xüsusilə çətindir.

Nərmin Quliyeva
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

Share to Odnoklassniki