Ailə Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin araşdırmaların da maraqlı faktlar üzə çıxarmışlar.Təhlillər göstərir ki, qadının ailənin maddi təminatı məsələsində məsuliyyətinin azaldılması ilə ictimai rəy onun üzərinə ev təsərrüfatının aparılması və uşaqlara qayğını əsas məsuliyyət kimi qoyur.
Kişilər qadınlara ev işində yardımcı olmalıdırlarmı?Əlbətdə,ailədə sağlam münasibət, sağlam ünsiyyətin bərqərar olması üçün kişilər bu halda öz yardımlarını əsirgəməməlidirlər.Nəzərə alsaq ki,qadınların ev qayğıları hədsiz dərəcədə çoxdur.(geyimlərə nəzarət,onların vaxtı vaxtında ütülənməsi,otaqların təmizliyi,gün ərzində üç dəfə yemek hazırlanması,qabların yuyulması,evə qəfil gələn qonağı yüksək səviyyədə qulluq və nəvazişi,uşaqların təlim- tərbiyə işləri ilə məşğulu və s.sadalamaqla bitməyən gərgin əmək sərf ediləcək işlər də istisna deyil.Qadınların əziyyəti müəyyən mənada bölünməlidir bu halda ailədə sevgi məhəbbət vüsət alar.Qadınlara ev işlərində kömək kişilərdə fərdi xarakter daşıyır.Bu konsepsiya çox aktual və qlobal problemlərdən biri sayılır.Onların bir qismi “mətbəx kişi məkanı deyil” deyə tutdurar,bəziləri ya bir istək nümunəsi kimi ya da özəl durumlarda yardım edər,bəziləri yalnız qadın xəstələndikdə, istiliyi yuxarı həddə qalxarsa o zaman daha empatik davranaraq ev işlərinə kömək edər,digəri ”bunlar mənlik deyil mən kişiyəm” deyə düşünər,bir qismi isə xislətindən doğan nəzakətliliyi sayəsində hər cür ev işlərində qadınına yardımını əsirgəməz.
Yemək bişirmək özü bir qabiliyyətdir.Bəzi kişilər bu işlərin öhdəsindən çox böyük məharətlə gələrək zövq alırlar.Amma qadınların bir qismi isə kişilərin ev işlərinə müdaxiləsini heç də yaxşı qarşılamırlar,hətta onlarla bu barədə mübahisə edərək “öz işlərinlə məşğul ol” deyə söylənirlər.Bəzən kişilər də ev işlərində qadınlarına yardımlaşma prosesini gizlədirlər bunu bilsələr özlərinə təhqir deyə sanarlar.Yalnız, ailədə anasına ev işlərində köməyini əsirgəməyən atanın göstərdiyi nəvazişin, qayğının şahidi olan oğlan övladı gələcəkdə ailə qurduğu dönəmdə öz həyat yoldaşına da bu cür davranışı tətbiq edər
Ümumən inteqrasiya dövründə yaşayırıq deyə bir çox ailələr artıq mətbəx yeməklərinin hazırlanmasına o qədər də önəm vermirlər.Əksər ailələrdə kişilər qadınlarını mətbəx işlərindən azad edərək, fastfood ,polifabrikatlara, hazır yeməklərə üstünlük verirlər.
Nəhayət öz düşüncələrimi bu cür qeyd etmək istərdim.Ailədaxili münasibətlərin bərpasında çox mühüm məsələlərdən biri də bu gərgin yaşam tərzimizdə bir-birimizi anlamaq bacarığımızın olmasıdır.Qadın və kişilərin bir-birlərinə daha empatik davranmaları dövrün ən bariz nümunəsidi.Qadınlar da bəzi incə məqamlarda daha həssas və empatik olmalıdırlar. Əlavə olaraq kişilərə bir tövsiyə.Gərgin iş rejimində işləyən,evə yorğun gələn həyat yoldaşı ,ailə başçısı xanımına ev işlərində yardımçı olmazsa bu təqdirdə,ömür yoldaşının hazırladığı təamları böyük iştahla yeyərək ona gözəl ürəkaçan sözlər deməli, onun zəhmətini bacarığını ən azından dəyərləndirməlidir.Həmçinin həyat dostunun sirdaşının ömür yoldaşının gün ərzində gördüyü işlərə gərgin əmək sərf etdiyini düşünərək ona qəlbi oxşayan sözlər söyləməyi bacarmalıdır.Bu ki ev işlərində yardımdan daha asandır,elə deyilmi?!
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu, Azərbaycan Dövlət Pedoqoji Universitetinin psixologiya kafedrasının müəlliməsi
Gülər Məmmədova