Sonu dəhşətli bitən 6 psixoloji tədqiqat

1389275388_d

Bugünkü mənada istifadə olunan psixologiya elmi göründüyü kimi gənc bir sahədir. İnsanın özünü və başqaları ilə təsirini başa düşməklə bağlı dərin bir məna qazandırmışdır. Bir çox psixoloji təcrübə etik və keçərliliyi olan üsullarla tətbiq olunmuş və daha yaxşı medikamentoz və ya terapiya yolu ilə üsullar yaranmasına kömək etmişdir. Lakin, neqativ istiqamətdə tətbiq olunan və qorxulu nəitcələrlə bitən təcrübələr aparılıb. Nəzarət xaricinə çıxmış psixoloji təcrübələr….

wendell-johnson-16. Canavar İşi – The Monster Study

1939-cu ildə aparılan bu tədqiqatda, 22 valideyn himayəsindən məhrum qalmış uşaqdan istifadə edildi. Bunlardan 10-u daha əvvəl nitq problemi olan və kəkələyən uşaqlar idi. Uşaqlar, bərabər sayda olmaqla iki qrupa bölündü. Bir qrupun loqopedi, uşaqlarda müşahidə etdiyi inkişaf və axıcı danışıq vəziyyətində onları mükafatlandıran davranışların göstərdiyi “pozitiv terapiya” dan istifadə etdi, digər loqoped isə ən xırda bir yanlışda belə uşaqları açıqca cəzalandırdığı bir üsul tətbiq etdi. Nəticələr göstərdi ki, neqativ davranılan uşaqlar psixoloji mənada çox ağır travmalar aldılar. Lakin bundan da neqativ hadisə terapiyanın əvvəlində nitq pozuntusu göstəməyən uşaqların da nitqlərində müəyyən pozuntuların yaranması oldu. 2007-ci ildə valideyn himayəsindən məhrum qalmış bu uşaqların altısı məruz qaldıqları bu vəziyyət qarşısında 925.000 USD təzminat aldılar.

monster-study

Theodore5. MK-ULTRA

CİA, 1950 və 1960-cı illərdə MK-ULTRA proyekti vasitəsilə zehin və psixoloji nəzarətilə bağlı bir çox etika xarici tədqiqat apardı. Theodore Kaczynski, digər adıyla Unabomberin, CİA-ın narahatlıq yaradan tədqiqatına məruz qaldı və bu təcrübələr onun zehni proseslərində disbalans yaratdı. Başqa bir hadisədə də amerikan ordusu bioloji silahlar üzrə mütəxəssis Frank Olsona LSD tətbiq etdi və bu tətbiqin nəticəsində kriz baş verdi, beləliklə, tədqiqatla bağlı bütün dünyada açıqlama tələb olundu. Bundan başqa Olsonun, cinayətə qurban getdiyi ilə bağlı tam dəqiq sübutlar olmasına rəğmən, qaldığı otelin 13-cü mərtəbəsindən özünü ataraq intihar etdiyi söyləndi. Digər təcrübə aparılan şəxslər arasında isə yaranmış psixoloji travmalar barədə ümumiyyətlə heç bir məlumat verilmir

.Theodore_Kaczynski

Tusko4. Fillər üzərində istifadə olunan LSD

1962-ci ildə, Oklahoma Cityd olan Lincoln zooparkının direktoru, Warren Thomas, Tusko adlı bir filə insana tətbiq olunan LSD dozasının 3000 qat artığını inyeksiya etdi. (LSD, tibbi sahədə olan ən təsirli keyləşdirici maddələrdən biridir. 25 milliqram LSD, bir insanı yarım gün boyunca keyləşdirə bilər. Tuskoya verilən miqdar isə ümumilikdə 297 milliqramdır.) Tədqiqat, keyləşdirici maddənin cinsi təcavüz və dəlilik deyə adlandıracağı “musth” təsirini ölçməyi hədəfləyirdi. Tusko bu prosesdən qısa bir müddət sonra yerə yıxılır və titrəyərək ölür.

Milgram3. Milgram Təcrübəsi

1963-cü ildə soyqırım faciəsinin nədən qaynaqlandığını öyrənmək üçün Stanley Milgram, alman xalqının soyqırıma qatılmasına və buna icazə vermələrinə səbəb olan xüsusi detalın olduğu iddiasını sübut etmək üçün tədqiqat hazırladı. İnsanın necə öyrəndiyinə dair bir yalandan təcrübə altında tədqiqata qatılan normal şəxslərə, görə bilmədiyi otaqda kimsə olduğunu, onlara suallar verəcəklərini və yanlış cavab verdikləri təqdirdə elektrik şoku vermələrini istədiklərinə uyğun struktur hazırladı.Şok verilən adam aktyor və elektrik şoku da real deyildi, lakin tədqiqat iştirakçıları bunu bilmirdi. Bu təcrübənin ürküdücü tərəfi nə idi? Şoku vermələri istənilən tədqiqatlar əzici bir üstünlüklə tədqiqat iştirakçısının təlimatlarına uydular. Ən maraqlı tərəfi, aktyor vəzifəsindəki şoku alan şəxsin yüksək qışqırıqları və mərhəmət istməsinə qarşı qardiyanların bunu davam etdirmələridir. Burdan belə ir nəticəyə gəlmək olar ki, hamımızın daxilində bir parça pislik var.

milgram3

Chambers Hotel 13 W. 56th2. Tony LaMadrid

Medikamentozla terapiyaya görə bir çox şizofren, 1983-cü ildə Kaliforniya Universitetində başladılan bir proqram qeydiyyatdan keçdi. Proqram, terapiya əsnasında medikamentoz almağı şərt kəsmişdi. Bu tədqiqatın məqsədi, şizofreniyanın müalicəsində reabilitasiya üçün yeni məlumatlar əldə etmək idi. Lakin işlər daha da pisləşir və iştirakçıların 90%-də bu zehni xəstəliklə bağlı reqressiya olur. Araşdırmaya qatılanların biri olan Tony LaMadrid, tədqiqatın aparıldığı binanın üst qatından, ilk qeyd olduğu tarixdən altı il sonra özünü aşağı atdı və öldü.

e.cinsellik1. Homoseksuallıqdan Uzaqlaşdırma Terapiyası

1960-cı illərdə homoseksuallıq davamlı zehni xəstəlik olaraq müşahidə edilirdi. Eyni cinsdən bir-birinə cinsi olaraq cazibədar gələn şəxslərdin öz-özlərini reabilitasiya etmələrinin yolunu tapmaq üçün könüllülər axtarılırdı. Təcrübəyə qatılanlara, homoseksual görüntülər ilə eyniləşdirilmiş elektrik şoku verilərək və inyeksiya yolu ilə mədə bulantısına yol açan, diksinmə terapiyaları kimi təcrübi terapiyalar edilirdi. Buradakı əsas fikir, xəstə olduğu düşünülən şəxsin homoseksuallıqla ağrını eyni tutacağı düşüncəsi idi. Aparılan bu tədqiqatlar, homoseksuallığı “terapiya etmək”dən çox, psixoloji olaraq ağır travma yaratdı. Hətta bir dəfə “terapiya” əsnasında komaya girən xəstə ölürdü.

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

Share to Odnoklassniki