Blog Archives

“Abituriyentlərin imtahana psixoloji hazırlığı”

56795645_426865381414301_4564729424448061440_n

05.04.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmovun təqdimatında “Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı ÖDƏNİŞSİZ təlim keçirildi. Abituriyentlər, müəllimlər, valideynlər və psixoloqların iştirakı ilə keçən təlimdə Elnur Rüstəmovqəbul imtahanına psixoloji hazırlıq, imtahan stressinin idarə olunması, özünə inam, hədəfə yönəlmə, müvvəffəqiyyətə köklənmə, motivasiya və s. mövzular üzrə məruzə etdi, həmçinin təlim iştirakçılarının suallarını cavablandırdı. 

“PSİXOLOJİ XİDMƏT VƏ PSİXOTERAPEVTİK FƏALİYYƏTƏ GİRİŞİN ƏSASLARI” təlimi

55908416_426833784750794_4927653924736860160_o

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi, təlim-tədris mahiyyəti daşıyan, ierarxik texnologiyaya əsaslanan İnkişafetdirici və İstiqamətləndirici Təlim Layihəsini təqdim edir. Biz sizi Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloq-psixoterapevti, Bakı Dövlət Universitetinin psixologiya müəllimi Şükran Dədəyevin təqdimatında 3 hissədən və 15 xüsusi istiqamətdən ibarət, tam fərqli konsepsiyalı “PSİXOLOJİ XİDMƏT VƏ PSİXOTERAPEVTİK FƏALİYYƏTƏ… Ətraflı

Qazaxıstanın Turan-Astana Universitetinin Pedaqogika və Psixologiya fakültəsinin tələbələriylə görüş

56589753_426594391441400_3179998007911251968_n

04.04.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Qazaxıstanın Turan-Astana Universitetinin Pedaqogika və Psixologiya fakültəsində magistr pilləsi üzrə təhsil alan tələbələrilə görüş keçirildi. Qeyd edək ki, Azərbaycanda səfərdə olan tələbələr Qlobal Karyera İnstitutunun dəstəyilə Azərbaycanın bir sıra institutlarını gəzmiş, bu gün isə Psixologiya Elmi-Tədqiqat İnstitutunun qonağı olmuşlar. Baş tutan görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov, institutun nəzdində… Ətraflı

Könüllü Fəaliyyət Proqramı – ilk görüş

55719244_424815144952658_1755856005826084864_n

30.03.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi Könüllü Fəaliyyət Proqramına müsahibə əsasında qəbul olanlarla ilk görüşümüz baş tutdu. Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov, institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Nərmin Quliyeva, Marketinq şöbəsinin müdiri Şahin Şərifov və həmin şöbənin digər əməkdaşları iştirak etmişlər. Elnur Rüstəmov çıxış edərək institutun nəzdində fəaliyyət… Ətraflı

HƏYƏCANIN İDARƏ OLUNMA TEXNİKALARI” təlimi

55826999_424713171629522_8459018091827822592_n

31.03.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, “Gənc Tədqiqatçılar” komandasının rəhbəri Fuad Əsədovun təqdimatında “HƏYƏCANIN İDARƏ OLUNMA TEXNİKALARI” adlı praktik təlim baş tutdu. Həyəcan pozuntusunun yaranma səbəbləri, digər problemlərə keçid etməsi və həyəcanın aradan qaldırılma texnikalarından bəhs edən təlim, iştirakçıların da aktiv iştirakı ilə, praktik çalışmalar, sual-cavab,… Ətraflı