Archives

“İçimizdəki titrəşimlərə… Səslərdən sonsuzluğa” muzterapiya konfransı

51

12.02.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda “İçimizdəki titrəşimlərə… Səslərdən sonsuzluğa” adlı muzterapiya konfransı keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Psixologiya Elmi-Tədqiqat İnstitututunun sədri Elnur Rüstəmov açılış nitqi edərək qonaqları salamladı və konfransa uğurlar dilədi. Ardınca konfransda iştirak edən fəxri qonaqlara söz verildi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi psixologiya kafedrası”nın müdiri, psixologiya elmləri doktoru, professor Ramiz… Ətraflı

NLP Praktik Sertifikat Təlimi

51590742_398353444265495_7492223444579254272_n

10.02.2019-cu il tarixdə Psixologiya Elmi-Tədqiqat İnstitutunda institutun nəzdində fəaliyyət göstərən Nəzəri və Eksperimental Psixologiya şöbəsinin müdiri, ADPU-nun Ümumi Psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfi doktoru, NLP Təlimçisi Məhərrəm Əliyevin təqdimatında NLP Praktik Sertifikat Təliminin ilk dərs günü baş tutdu.Təlimdə iştirak edən hər bir iştirakçıya uğurlar diləyirik. Qeyd edək ki, təlimin növbəti dərsi 17.02.2019-cu il… Ətraflı

“Obsessiv-kompulsiv pozuntuların diaqnostikası və korreksiyası” təlimi

51849530_397772040990302_915257569432305664_n

09.02.2019-cu il tarixdə Psixologiya Elmi-Tədqiqat İnstitutunda institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya mərkəzinin psixoloqu Səbinə Ələkbərova Könüllü Fəaliyyət Proqramının üzvlərinə “Obsessiv-kompulsiv pozuntuların diaqnostikası və korreksiyası” mövzusunda təlim vermişdir. Səbinə xanıma təşəkkür edib, Könüllü Fəaliyyət Proqramının üzvlərinə uğurlar diləyirik.

“Panik-atakın terapiyasında koqnitiv bihevioral terapiya” təlimi

51419438_396686164432223_2079181654970073088_n

07.02.2019-cu il tarixdə Psixologiya Elmi-Tədqiqat İnstitutunda Narınc Psixologiya Mərkəzinin klinik psixoloqu Gülər Zamanzadə Könüllü Fəaliyyət Proqramının üzvləri üçün “Panik-atakın terapiyasında koqnitiv bihevioral terapiya” mövzusunda təlim vermişdir. Gülər xanıma və Könüllü Fəaliyyət Proqramının üzvlərinə təşəkkürümüzü bildiririk.  

“Pİ-Talk” – Çingiz Abdullayev

52100140_396052281162278_4196687955957383168_o

Psixologiya Elmi-Tədqiqat İnstitutu “Pİ-TALK” layihəsini təqdim edir. Belə ki, layihə çərçivəsində ayda bir dəfə olmaqla öz sahəsində tanınmış şəxslərlə görüş təşkil olunur. Qeyd edək ki,layihəmizin növbəti qonağı Azərbaycan Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin Katibi, PEN-Klubun Prezidenti, Milli Kitabxana Himayədar Şuranın Sədri, “Neftçi” Futbol Klubun Müşahidə Şurasının Sədri ÇİNGİZ ABDULLAYEVDİR. Müəllifin kitabları MDB ölkələrdə,Pribaltika, İsveçrə Norveç,… Ətraflı