Blog Archives

“Psixologiyaya giriş” təlim proqramı

46234474_350126435754863_721120709736136704_o

Psixologiya Elmi-Tədqiqat İnstitutu “Nəzəri və Eksperimental Psixologiya Şöbəsi” növbəti təlimini təqdim edir. Psixologiya üzrə fəlsəfə doktoru, psixoloq Məhərrəm Əliyevin təqdimatında keçiriləcək “Psixologiyaya giriş” təlim proqramına daxildir: MODUL 1. PSİXOLOGİYA ELMİNİN MAHİYYƏTİ VƏ FİZİOLOJİ ƏSASLARIMODUL 2. ŞÜUR, ŞÜURSUZLUQ VƏ MOTİVASİYAMODUL 3. ÖYRƏNMƏNİN ƏSASLARI VƏ İNKİŞAF PSİXOLOGİYASI MODUL 4. DUYĞU VƏ QAVRAYIŞ MODUL 5. DİQQƏT VƏ HAFİZƏ… Ətraflı

“Özünüdərk və Etnopsixologiya” təlimi

45803455_348009812633192_8753784128303792128_o

10.11.2018 tarixində, Psixologiya Elmi Tədqiqat İnstitutunda, Psixologiya üzrə elmlər doktoru, professor Ramiz Əliyevin təqdimatında “Özünüdərk və Etnopsixologiya” təlimi keçirildi.Mövzuyla bağlı dəyərli fikirlərini bildirən Ramiz müəllim tədbirin ikinci hissəsində iştirakçıların suallarını ətraflı şəkildə cavablandırdı. İnteraktiv aparılan müzakirədən sonra tədbir yekunlaşdı və iştirakçılarla xatirə fotosu çəkildi.

“ÖZÜNÜDƏRK VƏ ETNOPSİXOLOGİYA” təlimi

45596889_346024542831719_1464805798960955392_o

Psixologiya Elmi-Tədqiqat İnstitutu “Nəzəri və Eksperimental Psixologiya Şöbəsi” 10 noyabr tarixində Psixologiya elmlər doktoru, professor Ramiz Əliyevin təqdimatında “ÖZÜNÜDƏRK VƏ ETNOPSİXOLOGİYA” təlimini təqdim edir. Təlim saat 12:00da başlayacaq və 3 saat müddətində davam edəcəkdir! İştirak ödənişsizdir, öncədən qeydiyyat mütləqdir!  Təlimdə yalnız qeydiyyatdan keçmiş şəxslər iştirak edə bilərlər! Qeydiyyat üçün aşağıdakı nömrə ilə əlaqə saxlamağınız kifayətdir.… Ətraflı