‘Nərmin Quliyeva – Psixoloq’

Paranoid şəxsiyyət pozuntusu

1336676886_shizofrenicheskiy-psihoz-i-metody-ego-lecheniya

Ümumi xüsusiyyətləri: Paranoid şəxsiyyət pozuntusu, uşaqlı və ya yeniyetməlik dövründə başlayıb şəxsin həyatına nüfuz edən bir şəxsiyyət pozuntusudur. Paranoid şəxsiyyət pozuntusuna sahib şəxslərin göstərdiyi ən əsas xüsusiyyət “güvənsizlikdir”. İnsan münasibətlərində məntiqlə fikir ifadə etmə yolları ilə əks iddia edilməyəcək bir güvənsizlik yaşayırlar. Məntiqli düşüncə nümunələri və reallığı dərk etmələri deqredasiya olmuş, başqalarının onlara zərər verəcəyi… Ətraflı

Dissosiativ şəxsiyyət pozuntusu (multiple-çoxlu)

dissociative_identity_disorder_by_x_sinister_chaos_x-d5uegwj

Dissosiativ şəxsiyyət pozuntusu, insanın şüur səviyyəsində bir-birindən fərqli ən azı iki şəxsiyyətə sahib olması və bu şəxsiyyət strukturları arasında keçidlər yaşaması ilə xarakterizə olunan psixoloji xəstəlikdir. Bu şəxsiyyət pozuntusu mütləq travma və ya sarsıntı nəticəsində ortaya çıxan tablodur. Daha çox uşaqlıq dövründə şüurun yeni formalaşmağa başladığı zaman travma yaşayan insanlarda müşahidə olunur. Bu travmalar fiziki,… Ətraflı

Onkoloji xəstənin psixologiyası

1098381_620x410

Tibbin inkişafı onkoloji xəstəliklərin yayılmasını azaltmadığı kimi qarşısını da ala bilmir. Digər tərəfdən ciddi bir xəstəliklə birlikdə yaşamaq çətindir və mübarizə gücü tələb edir. Onkoloji xəstələrdə ağrı, iştahsızlıq, öz işlərini görə bilməmək, möhtac qalma kimi narahatlıqlara bağlı olaraq xəstənin psixoloji vəziyyəti daha da pisləşir. Bu zaman duyğu və düşüncələrini aradan qaldırmaq məqsədilə mütəxəssisə müraciət etmək… Ətraflı

Təşvişli nevrotik pozuntu

anksiyete

Təşviş Təşviş hər zaman mənfi deyil. Stressli vəziyyətlərdə diqqətinizi fokuslamağa və motivə olmanıza kömək edir. Lakin təlaş və qorxu həyat keyfiyyətlərinizə mane olmağa başlayırsa, bu halda təşviş problem olaraq dəyərləndirilir. Təşvişli nevrotik pozuntunu anlamaq… Təzyiq altında və ya stress situasiya ilə qarşılaşdıqda narahatlıq, gərginlik və qorxu hisslərini keçirmək normaldır. Təşviş orqanizmin təhlükəyə qarşı verdiyi təbii… Ətraflı

Fobiya

9cc168273e6647c2ae838ec1046ba41e

Reallıqda qorxu yaratmayan obyekt, fəaliyyət və ya situasiyaya qarşı qorxu hissi və qaçma davranışına fobiya deyilir. Fobik insanlar müəyyən vəziyyət, obyekt və ya fəaliyyətlə qarşılaşdıqda hədsiz təşviş hissi keçirirlər. Fobik insanlar qorxularının mənasız olduğunun fərqindədirlər, lakin onlara məntiqi yolla mane ola bilmirlər. Bu qorxular fobik insanların həyat keyfiyyətlərində problemlərin yaranmasına gətirib çıxarır. Fobiya cəmiyyətdə tez-tez… Ətraflı

Psixoloji dəyərləndirmə

therapy_session_400_clr_5143

Psixoloji testlər nədir? Psixoloji test, insana xas davranış formasının standart və obyektiv dəyərləndirmə vasitəsidir.  Testin nəticələri, insan davranışlarına dair müəyyən məlumatlar verir. Psixoloji testlər digər elm sahələrində istifadə olunan testlərə bənzəyir. Məsələn, qandakı dəmirin miqdarı qandan nümunə alınaraq təyin olunursa, psixoloq yetkin insanın şəxsi keyfiyyətlərini şəxsiyyət testləri vasitəsilə qiymətləndirir. Psixoloji testlərdə fiziki xüsusiyyətin birbaşa ölçülməsi… Ətraflı

Yeniyetməlik dövründə rast gəlinən intihar cəhdləri

cody-duty-8-4

İntihar, müxtəlif istiqamətlərdə uzun illərdi ki, üzərində araşdırmalar aparılan çox vacib məqam olmaqla yanaşı son 25-36 il ərzində xüsusilə yeniyetməlik dövründə intihar cəhdlərinin artması problemin miqyasını daha artırmış və bu sahədə tədqiqat işlərinin, profilaktik tədbirlərinin artmasına səbəb olmuşdur. İntihar, ölmək məqsədiylə planlı və qəsdən törədilən cəhd olaraq dəyərləndirilir. Jobes, Berman və Josselsan (1987) intiharda iki… Ətraflı

Fiziki məhdudiyyəti olan şəxslərin psixologiyası

291120141957040847175

Fiziki məhdudiyyət; “insanın şəxsi və ya sosial həyatındakı işlərini, somatik və ya ruhi bacarıqlarında müəyyən məhdudiyyət olduğu üçün edə bilməməsidir”. Bir insanın fiziki funksiyalarında yaranan hər hansı pozuntu və bunların hərəki bacarıqlarında yaratdığı əksiklik və çətinlik, onu cəmiyyətin digər üzvlərindən fərqləndirir. Bu fərqlilik, fiziki məhdudiyyəti olan şəxslərin yaşadığı ayrıseçkiliyin əsas səbəbidir. Bildiyimiz kimi hər növ… Ətraflı

Bipolyar-affektiv pozuntu

Terms-to-Know-On-Teen-Bipolar-Disorder-–-Part-One

Bipolyar-affektiv pozuntu nədir? Bipolyar pozuntu, əvvəlki təsnifatda manik-depressiv psixoz olaraq adlandırılırdı. “Bipolyar” sözünün təcüməsi iki qütblü deməkdir və affektiv xəstəliklər qrupuna aiddir. Bipolyar pozuntu diaqnozu qoyulan insanda maniya, depressiya, hipomaniya kimi xəstəliyin mərhələləri müşahidə olunur. Qeyd olunan mərhələlərdən yalnız depressiya müşahidə olunduğu təqdirdə bipolyar pozuntu diaqnozu qoyulmur. Əgər depressiya ilə yanaşı həyatı boyu ən azı… Ətraflı

Stress

3D Character with head in hands, sitting on the word Stress

Stress nədir? İnsanın özünü narahat və təzyiq altında hiss etdiyi zaman verdiyi fiziki, zehni, duyğusal və davranış reaksiyalarının bütünüdür. Modern cəmiyyətin xəstəliyi olaraq ifadə olunan stress, əslində gündəlik həyatın bir hissəsidir. Hazırda bir çox insan, fərqinə varmasa belə ağır stress yükünə sahibdir. Həyatımızdakı müsbət yaxud mənfi baş verən bütün zehni dəyişikliklər stressli vəziyyətlərdən qaynaqlanır. Rutin… Ətraflı