‘Elnur Rüstəmov – Ailə psixoloqu’

“Aytacın günahı nə?!” –

11146374_406733092831199_1457354987957233941_o

Vəsf et məni şair! Vəsf zamanı deyil, afət! “Nəsimi” filmindən Bu məsələ baş verəndən sonra həm sosial şəbəkələrdə, həm də mətbuatda faciə ilə bağlı müxtəlif fikirlər səsləndi. Bir yeniyetmənin bu cür amansızlıqla qətlə yetirilməsi, evində uşaq olan bütün valideynlər üçün həyəcan təbili oldu. Övladlarına diqqətləri artmağa başladı. Bəlkə də bəzi valideynlər bu hadisədən sonra 2-3… Ətraflı

Niyə intihar edirlər?

Pills

Gələ bilməyəcəm sənnən görüşə, Bu gün vaxtım yoxdu, bu gün Ölürəm. Salam Sarvan  Həyatını intihar yolu ilə dəyişənlərə həsr olunur! Hər bir insanın həyatında ümudsiz anlar olur. İnsanların böyük bir qismi həyatlarının bəlli bir dönəmində fikrən intihar etmək düşüncəsində olurlar. Şübhəsiz ki, insanları intihara sövq edən daxilindəki ümidsizlikdir. Ümidsizliklə intihar arasında rabitə necə olur? Necə… Ətraflı

Müəllimin özünü göstərmək bacarığının böyük əhəmiyyəti var

Teacher-Education-degree-courses

Sirr deyil ki, məktəblilər xasiyyətcə çətin olurlar. Uşaqlar böyüyənə qədər çoxlu səhvlərə yol verirlər. İntizam qaydalarının pozulması ilə rastlaşdıqda, pedaqoqların bir hissəsi səsini qaldırır, digərləri isə əhəmiyyət verməməyə çalışırlar. Bəzi müəllimlər direktoru dəvət edir, şagirdi sinifdən qovurlar. Bundan başqa, cəzalar töhmətdə, pedaqoqun qəzəbli, qeyzli baxışlarında, davranışa görə qiymətdə, şagirdin üzərinə əlavə vəzifələrin, məsələn, sinfin yığışdırılması… Ətraflı

Tanışlığın ilkin mərhələsində yaşanan problemlər və onların həlli yolları!

man-and-woman-talking-21

İstənilən münasibət məsuliyyət deməkdir. Hər kəs də bu məsuliyyəti daşımaq iqtidarında olmur. Tərəflər evliliyin ilk 3 ilini daha çox yeni mühitə – ailə mühitinə uyğunlaşma kimi dəyərləndirməli, qarşı tərəfin ailə üzvlərini tanımağa çalışmalı, gözlədiklərinin nələrdən ibarət olduğuna diqqət etməlidirlər. Adaptasiyanı doğru formada keçən ailələr zaman keçdikcə daha dayanıqlı ailə modelinə çevrilirlər. Ötən sayımızdakı məqalədə ailə… Ətraflı

Ailə Psixologiyası

family-home

Xoşbəxtliyi ailədə tapmayan onu başqa yerdə axtarmağa da qalxmamalıdır! Əziz dost! Həyat sürətlə axır. Ətrafında çox şeylər də dəyişir. Elə sənin özündə də. Əvvəlki insan deyilsən, zahiri görkəmindən tutmuş, daxili aləminə qədər. Çox şeylər dəyişdi. Dəyişməyən tək şey isə həyatda xoşbəxt olmaq istəyindir. Xoşbəxtlik də ailədən başlayır. İndinin özündə də bir çox şeyləri əldə edə… Ətraflı

“Anasına aşiq olan oğullar…”

oedipus complex

Özünə qayıdır hər şey, özünə, …Günəş istisini çəkir içinə, Küləklər hirsini çəkir içinə, ətrini içinə çəkir çiçəklər. Özünə qayıdır hər şey, özünə, Qoy, ana, başımı qoyum dizinə, mən də qayıtmışam… (Ramiz Rövşən) Bu hal nə zaman baş verir? Ümumiyyətlə, tez-tezmi təkrar olunur. Psixologiyada belə bir anlayış var: Psixoloji travma. Bu travma haqqında danışaq, amma kişilərin… Ətraflı

“Deyəsən başıma hava gəlir..”

life

Hər bir dərdə dözən adam, Heç bir şeydən dəli olur. Özü də xəbər tutmadan, Qəflətən gülməli olur. Qəribədi, son dönəmlərdə psixoloji problemlər miqyasına görə həm eninə, həm də uzununa daha da dərinləşib. Hər addımda bizi müşayət edir. Hər kəsə bəllidir ki, psixi problem insan faktoru ilə bağlıdır. Yəni insan yaranandan psixi problemlər olub. Araşdırmalar aparılıb,… Ətraflı

Müharibə Stresi Azaldırmı?

war

III Dünya müharibəsində hansı silahlardan istifadə ediləcək bilmirəm, ancaq dördüncüsü daş və çubuqla olacaq Albert Eynşteyn Görünən odur ki, müharibə artıq informasiya müharibəsinə çevrilib. Hər kəs döyüşür – kimi səngərdə düşmənlə, kimi isə bilgisayarın klaviaturası ilə… Qəribə bir zamana gəlib çıxmışıq. Uzun müddət atəşkəs şəraitində yaşadıq. İtkilərimiz ara-sıra olurdu. Ancaq etiraf edək ki, indiki miqyasda… Ətraflı

Hansı səbəbdən psixoloqa müraciət etməliyəm?!

consulting

Tez-tez belə bir sualla rastlaşırıq. Sözlə insan düzələrmi? Problemi həll etmək üçün neçə seans gəlməliyəm? Nələr qazanacağam? Siz dərman yazırsınızımı? və s. Məqaləni bu suala veriləcək cavablar üzərində yazmağa qərar verdim. Öncə onu qeyd edək ki, yaşadığımız dövr əvvəlkilərlə nisbətdə daha çox psixoloji gərginliyi, “egzistensional boşluğu” ilə seçilir. Hər şey var, ancaq heç nə yoxdur.… Ətraflı

Ailə mifi

wedding

Gəlinliklə girib ağ kəfənlə çıxarsan! Mif ailə parametrinin önəmli məqamlarından biridir. Hər bir ailənin, tayfanın qorunub saxlanmasında mif əsas rol oynayır. Mifin də öz mahiyyəti olur. Misal üçün: “biz həkim ailəsiyik”, ”biz mehriban ailəyik yaxud tayfayıq”, “biz ziyalı ailəsiyik”, “biz kübar ailəyik” və s. Bunların hər biri o mifin daxilində yaşayan insanların həyat tərzinə, dünyagörüşünə,… Ətraflı