Blog Archives

Uşaq Psixologiyası Kursumuzun ikinci modulu

Instagram_psixologiya_institutu_75244461_1027585597586118_3928948629842075137_n (1)

Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında tədris olunan Uşaq Psixologiyası Kursumuzun ikinci modulu 11.11.2019-cu il tarixində baş tutdu. İştirakçılar tərəfindən böyük marağa səbəb olan kursun tədrisi üçün Narınc xanıma dərin təşəkkürümüzü bildirir, kurs iştirakçılarına növbəti modullarda görüşmək ümidilə uğurlar arzu edirik.

Məktəb Psixoloqlarının Peşəkar İnkişafı Kursunun ikinci modulu

Instagram_psixologiya_institutu_73240692_978721635859850_7335662652697026853_n

Dəyərli izləyicilər, 09.11.2019 tarixində Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya elmləri doktoru Elxan Bəylərovun təqdimatında Məktəb Psixoloqlarının Peşəkar İnkişafı Kursunun ikinci modulu baş tutdu. Kursda Bakı məktəbləri ilə yanaşı, ölkəmizin digər şəhər və rayon məktəblərinin psixoloqları da iştirak edirlər. Arzuolunan kursun tədrisi üçün Elxan müəllimə təşəkkürümüzü bildirir, bütün iştirakçılara uğurlar arzu edirik.

Klinik Psixologiya Kursunun ikinci modulu

Instagram_psixologiya_institutu_74599475_206178063718204_2876902755885778658_n (1)

09.11.2019 tarixində Elmi-Psixoloji Layihələrin İdarə Edilməsi Şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris olunan Klinik Psixologiya Kursunun ikinci modulu baş tutdu. Qeyd edək ki, kurs proqramı Amerika Psixoloqlar Assosiasiyasının yeni proqramına əsaslanaraq hazırlanmışdır. Nərmin xanıma uğurla tədris olunan kurs üçün təşəkkürümüzü bildirir, kurs iştirakçılarına növbəti modullarda görüşmək ümidilə uğurlar arzu edirik.