Son yazılar
Ən çox baxılanlar

Son yazılar

ajax-loader

Evlənmək çətin deyil, evli olmaq çətindir

wedding-rings-wallpaper1

Ailə həyatı yalnız sevgi və sevinc hisslərindən ibarət deyil. Düzdür, insanlar tək qalmamaq, birlikdə xoşbəxt olmaq, səadətə, sevgilisinə qovuşmaq, oğullu-qızlı olmaq üçün ailə qururlar. Lakin mükəmməl insan olmur. Səhv etməksə hamıya məxsusdur. Ümumiyyətlə, qadınların psixologiyası münasibətlərdə kişilərin psixologiyasından fərqlənir və nəticədə fikir ayrılığına gətirib çıxarır. Həm qadın, həm də kişilər səhv edirlər. Lakin bu yazıda… Ətraflı

İşinizdən bezmisiniz?

adrenalin-burnout

Emosional yanma sindromu. Çox tez-tez belə vəziyyətlə rastlaşırıq: insan həvəslə hansısa bir işə başlayır, tam fədakarlıqla çalışır, sonra birdən-birə ruhdan düşür. Ətraf onun üçün əhəmiyyətsiz olur və passivlik, laqeydlik yaranır. İnsan daxilində bir boşluq hiss edir. Qarşısına qoyduğu məqsədlər belə maraqsız olur. Mütəxəssislər bu prosesi “emosional yanma sindromu” adlandırırlar. Ümid edirik ki, bizim məqaləmizi oxuyaraq… Ətraflı

Hallusinasiya

halusinasyon

Hallusinasiya ilə bağlı zarafatlar əyləncəli və gülməli gələ bilər. Lakin bu hallusinasiyalar sizdə baş verdikdə artıq elə də gülməli olmur. İndiki zamanda daimi stress hallusinasiyalara gətirib çıxarda bilər. Amma bunlardan qurtulmaq elə də asan deyil. Bəs hallusinasiya nədir? Hallusinasiya — mövcud olmayan bəzi obyektləri görmək, eşitmək, qoxusunu hiss etmək, toxuna bilmək kimi səhv duyğuların beyin… Ətraflı

Tanışlığın ilkin mərhələsində yaşanan problemlər və onların həlli yolları!

man-and-woman-talking-21

İstənilən münasibət məsuliyyət deməkdir. Hər kəs də bu məsuliyyəti daşımaq iqtidarında olmur. Tərəflər evliliyin ilk 3 ilini daha çox yeni mühitə – ailə mühitinə uyğunlaşma kimi dəyərləndirməli, qarşı tərəfin ailə üzvlərini tanımağa çalışmalı, gözlədiklərinin nələrdən ibarət olduğuna diqqət etməlidirlər. Adaptasiyanı doğru formada keçən ailələr zaman keçdikcə daha dayanıqlı ailə modelinə çevrilirlər. Ötən sayımızdakı məqalədə ailə… Ətraflı

Ailə Psixologiyası

family-home

Xoşbəxtliyi ailədə tapmayan onu başqa yerdə axtarmağa da qalxmamalıdır! Əziz dost! Həyat sürətlə axır. Ətrafında çox şeylər də dəyişir. Elə sənin özündə də. Əvvəlki insan deyilsən, zahiri görkəmindən tutmuş, daxili aləminə qədər. Çox şeylər dəyişdi. Dəyişməyən tək şey isə həyatda xoşbəxt olmaq istəyindir. Xoşbəxtlik də ailədən başlayır. İndinin özündə də bir çox şeyləri əldə edə… Ətraflı

“Anasına aşiq olan oğullar…”

oedipus complex

Özünə qayıdır hər şey, özünə, …Günəş istisini çəkir içinə, Küləklər hirsini çəkir içinə, ətrini içinə çəkir çiçəklər. Özünə qayıdır hər şey, özünə, Qoy, ana, başımı qoyum dizinə, mən də qayıtmışam… (Ramiz Rövşən) Bu hal nə zaman baş verir? Ümumiyyətlə, tez-tezmi təkrar olunur. Psixologiyada belə bir anlayış var: Psixoloji travma. Bu travma haqqında danışaq, amma kişilərin… Ətraflı

“Deyəsən başıma hava gəlir..”

life

Hər bir dərdə dözən adam, Heç bir şeydən dəli olur. Özü də xəbər tutmadan, Qəflətən gülməli olur. Qəribədi, son dönəmlərdə psixoloji problemlər miqyasına görə həm eninə, həm də uzununa daha da dərinləşib. Hər addımda bizi müşayət edir. Hər kəsə bəllidir ki, psixi problem insan faktoru ilə bağlıdır. Yəni insan yaranandan psixi problemlər olub. Araşdırmalar aparılıb,… Ətraflı

Müharibə Stresi Azaldırmı?

war

III Dünya müharibəsində hansı silahlardan istifadə ediləcək bilmirəm, ancaq dördüncüsü daş və çubuqla olacaq Albert Eynşteyn Görünən odur ki, müharibə artıq informasiya müharibəsinə çevrilib. Hər kəs döyüşür – kimi səngərdə düşmənlə, kimi isə bilgisayarın klaviaturası ilə… Qəribə bir zamana gəlib çıxmışıq. Uzun müddət atəşkəs şəraitində yaşadıq. İtkilərimiz ara-sıra olurdu. Ancaq etiraf edək ki, indiki miqyasda… Ətraflı

Hansı səbəbdən psixoloqa müraciət etməliyəm?!

consulting

Tez-tez belə bir sualla rastlaşırıq. Sözlə insan düzələrmi? Problemi həll etmək üçün neçə seans gəlməliyəm? Nələr qazanacağam? Siz dərman yazırsınızımı? və s. Məqaləni bu suala veriləcək cavablar üzərində yazmağa qərar verdim. Öncə onu qeyd edək ki, yaşadığımız dövr əvvəlkilərlə nisbətdə daha çox psixoloji gərginliyi, “egzistensional boşluğu” ilə seçilir. Hər şey var, ancaq heç nə yoxdur.… Ətraflı

Ailə mifi

wedding

Gəlinliklə girib ağ kəfənlə çıxarsan! Mif ailə parametrinin önəmli məqamlarından biridir. Hər bir ailənin, tayfanın qorunub saxlanmasında mif əsas rol oynayır. Mifin də öz mahiyyəti olur. Misal üçün: “biz həkim ailəsiyik”, ”biz mehriban ailəyik yaxud tayfayıq”, “biz ziyalı ailəsiyik”, “biz kübar ailəyik” və s. Bunların hər biri o mifin daxilində yaşayan insanların həyat tərzinə, dünyagörüşünə,… Ətraflı

ajax-loader