Xidmətlər

Ailə psixoterapiyası

Hər bir ailə özəldir, özünəməxsusdur. Bəzi ailələrdə səhər yeməyini birlikdə yemək çox önəmlidir, bəzilərində isə doğum günlərini qeyd etməyin önəmi yoxdur. Sosial, mədəni, coğrafi, mənəvi və s. xüsusiyyətlər bu fərqliliklərə səbəb ola bilər. Bir-biri ilə davamlı qarşılıqlı əlaqədə olan yeganə sistem ailədir. Bu sistemdə problem olan cütlüklərin uşaqlara olan təsiri, eləcə də uşaqlarda problem olarsa cütlüklərə olan təsiri qaçılmazdır. Məhz çətin ailə münasibətlərində və çıxılmaz vəziyyətlərdə Ailə psixoloqu seanslarına ehtiyac yaranır. Ailə psixoloqu seanslarında cütlüklərin psixoloji diaqnozu təyin edilir və yaranmış çətinliklərin mərhələli şəkildə aradan qaldırılmasına nail olunur.

Ailə psixoloqu seanslarına daxildir:

✔️ Ailədə ünsiyyət problemləri;

✔️ Adət ənənə fərqləri;

✔️ Düşüncə/Təhsil fərqləri;

✔️Qısqanclıq;

✔️ Aldatma/Xəyanət problemləri ;

✔️ Boşanma prosesi;

✔️ Həyat yoldaşının yaxınları/qohumları ilə problemlər;

✔️ Məişət zorakılığı;

✔️ Cinsi uyğunsuzluq/disharmoniya;

✔️ Frigid /cinsi soyuqluq;

✔️ Digər.

❗Hər kəsə bərabər yanaşma, etik dəyərlər və məxfilik işimizdə əsas prinsiplərdir. Müraciət edənlər haqqında məlumat heç bir şəxs və ya qurumla paylaşılmır.