Xidmətlər

Fərdi konsultasiya

Daxili dissonanslara və neqativ emosional vəziyyətlərə gətirən, insan həyatında depressiyaya və ya bacarıqlarının itkisinə şərait yaradan və həyatı hiss etməyə ahəngdar şəkildə kömək edən səbəb-nəticə əlaqələrini anlamaq imkanı yaradır. Fərdə həyatında müəyən dəyişikliklər yaratmağa, müsbət istiqamətə dəyişməyə stimul verir. Burada iki əsasə məqama diqqət yetirilir:

1.Emal etmə – insanın qabiliyyətlərinin bərpası və həyatın keyfiyyətin yaxşılaşması təcrübəsidir.

2.Emal etmənin hədəfi – insana həqiqi arzularını və niyyətlərini anlamaq və özüylə, onlara uyğun olaraq xarici dünyayla harmoniyada yaşamaq qabiliyyətini qaytarmaq.

Fərdi konsultasiya daha çox kimlərə tətbiq olunar?

  • Siz hiss edirsiniz ki, daxili suallarınıza mütləq cavab tapmalısınız,
  • Əgər bəzi prosesləri yaşama səbəbinizi öyrənmək istəyirsinizsə,
  • Əgər həyat sizə çox çətin görünürsə,
  • Əgər konfliktli situasiyalardan çıxış yolu axtarırsınızsa,
  • Sadəcə olaraq harmoniyada yaşamaq istəyirsinizsə.