Xidmətlər

Yeniyetmələrlə psixoloji iş

İnsanın həyatda ən çox çətinlik çəkdiyi mərhələ yeniyetməlik mərhələsidir desək yanılmarıq. Çünki bu mərhələdə tədricən uşaqlıqdan yetkinliyə doğru gedən bir fərd nə uşaq, nə də ki tam yetkindir. Bu mərhələ yalnız yeniyetmələr üçün deyil, yeniyetmə uşaqları olan valideynlər, yeniyetmə şagirdləri olan müəllimlər və hətta yeniyetmələrlə işləyən psixoloqlar üçün də çətindir.

Yeniyetmələrlə Psixoloji konsultasiyalara daxildir:

 Ailədaxili konfliktlər
 Cinsi meyl pozuntuları və travmalar
 Cinsi məsələlər
 Davranış pozuntusu / günahkarlıq, oğurluq, söyüş söymək
 Depressiya
 Təhsil vərdişlərinin dəyişdirilməsi/təhsildən yayınma
 Diqqət Əksikliyi fonunda Hiperaktivlik sindromu
 Təşviş-həyəcan pozuntusu
 Panik pozuntu
 Nitq pozuntuları / Kəkələmə
 Qarşı cinslə əlaqəli problemlər
 Şəxsiyyət problemləri
 Boşanma
 Qorxu və fobiyalar
 Obsessiv-kompulsiv pozuntular
 İntihar cəhdi
 Bulimiya/piylənmə, yaxud anoreksiya/yeməkdən imtina
 Özünə inamın olmaması/özgüvən əskikliyi
 Yuxu və qidalanma problemləri
 İmtahan narahatlığı
 Pis vərdişlər
 Digər

Hər kəsə bərabər yanaşma, etik dəyərlər və məxfilik işimizdə əsas prinsiplərdir. Müraciət edənlər haqqında məlumat heç bir şəxs və ya qurumla paylaşılmır.