Xidmətlər

PSİXOLOJİ MƏSLƏHƏT PROSESİ

Psixoloji konsultasiya – pasiyentı öz probleminin həllində göstərilən peşəkar yardımdı. Psixoloji konsultasiya çətin həyati situasiya ilə rastlaşan, çıxış yolu axtaran, həyatını daha gözəl formada qurmağı məqsəd qoyan psixi sağlam insana ünvanlanır.
Psixoloji konsultasiyanın məqsədi pasiyentə problemini həll etməkdə yardımçı olmaqdı. Həyati vacib qərarların qəbulu, qarşıya qoyulan məqsədlərə çatmaq, özü və ətrafla münasibətdə harmoniyada yaşamaq və s. bu kimi hallar psixoloji konsultasiyanın məqsədlərinə daxildir. Psixoloji konsultasiyada psixoloq pasiyentə özünün daxili resurslarını səfərbər etməyə, əvvvəllər ona aydın olmayan hərəkət və davranışlarının səbəbini anlamaqda kömək edir. Psixoloji konsultasiyada pasiyent öz həyati çətinliklərini öyrənməklə paralel ondan qurtulmaq yolunu da öyrənir.


PSİXOLOJİ KONSULTASİYA

  • Psixoloji konsultasiyanın ümumi problemləri
  • Konsultant
  • Konsultativ əlaqə
  • Psixoloji konsultasiya prosesi
  • Pasientlə ilk görüş
  • Pasientin probleminin qiymətləndirilməsi
  • Konsultasiyanın texnikaları və aparılma qaydaları
  • Psixoloji konsultasiyada xüsusi problemlər
  • Psixoloji konsultasiyanın etik prinsipləri


_________________________________________________________


Kurs müddəti :

32 saat  (həftədə 2 dəfə olmaqla 2 ay)

Kursu bitirənlər sertifikat və  zəruri materiallarla təmin olunur.