Xidmətlər

PROFESSİONAL SATIŞ PROQRAMI

Əvvəllər heç vaxt satış təlimi almamısınız. Haqlısınız! Çünki, Azərbaycanda heç bir universitetdə akademik mühitdə satış təlimi və ya satış fakültəsi yoxdur.

Aldığınız təlimlər işinizə yaramayıb, çünki əsasən canınızı sıxan tədris metodu tətbiq olunub. Haqlısınız! Çünki təlimlər və təlimçilər vecinə deyilsiniz, təlim vaxtı çox zaman “Təlimçi Şousu” şəklində keçirdi.

Dilimizdə satış və satışı təkmilləşdirmə mövzusunda kifayət qədər material tapa bilməmisiniz. Haqlısınız! Çünki, yalnız “amazon.com” saytında belə 20.000-dən çox satış və satışı təkmilləşdirmə mövzusunda kitab varkən, dilimizə tərcümə edilmiş kitab demək olar ki, yoxdur, azərbaycanca yazılmış bir neçə kitab isə, natamam və çox keyfiyyətsizdir. Öyrəndiyiniz hər şeyi çətinliklə, təcrübələrlə müştərilərlə münasibətdə öyrəndiniz. Haqlısınız! Çünki başqa çarəniz yoxdur.

 

Müştərilərin ümidlərinə xitab etməyi bilmək lazımlıdır!

 1.Müştəri analizi

NLP ünsiyyət modeli

Satıcılar niyə uğursuzluğa düçar olurlar?

Xəritə hipotezi

Cohari Pəncərəsi

Kalibrasiya

Müştəri tipləri

Meyar və meyari eyniliklər

Təmsil sistemləri

Differensial analiz

Meta proqramlar

 2.Uyğunlaşma və güvən yaratma bacarıqları

Satışda bədən dili

Məkan və məsafə faktorlarının əhəmiyyəti

Eyniləşmə, aynalama və bələdçilik texnikaları

Satış zamanı Duyğusal Zəka

 3.Ünsiyyət və yönləndirmə

Doğru sual vermə üsulları və güclü suallar

Göz siqnalları

Razısalma texnikaları

Nitqimizdəki ilkin hökmlər

 

Rəqabətin artması və müştərinin pul xərcləyəcəyi ticarət mərkəzlərin çoxalması müştəri tapmağı çətinləşdirmişdir. Satış sözünün insanlar tərəfindən qəbul edilən mənası, şəxslərin ehtiyaclarını qarşılamaq üçün aldıqları mal və xidmətlərə müəyyən bir məbləğ ödəməsidir. NLP ilə Satış Proqramı iştirakçılara çox şey verir. Bu təlimdə, satışdan əvvəl, satış zamanı və satışdan sonra edilməsi lazım olanlar dinləyicilərə təfərrüatı ilə izah edilir və onlar satış sənətinin incəliklərini mənimsəyirlər.

 NLP (Neyro Linqvistik Proqramlaşdırma), beynin imkanlarını öyrənməklə yanaşı ondan səmərəli istifadəni də təmin edən elm və sənətdir. NLP ilə Satış Proqramı çox effektivdir, hipnotik təsirə malikdir və mütləq fərq yaradır.

NLP ilə Satış Proqramı məhsula deyil, müştəriyə yönəlmişdir. Bunun mənası – “müştəri kraldır” deməkdir. Müştəriyə yönəlmiş bir strategiyada müştəri ilə üzbəüz olan satıcının müştəri ilə rəftarı çox vacibdir. Mağazanın satış həcminin yüksək və ya aşağı olmasında əsas rol satıcıya aiddir. Müştəri bir şey alarkən, ona göstərilən davranış şəklinə görə təkrarən eyni mağazadan alver edib-etməyəcəyinə qərar verir. O, onunla xoş davranılmayan bir mağazaya əsla təkrar gəlməyəcəkdir.

Müştərinin nə istədiyini dərhal anlaya bilən və necə müştəri olduğunu görərək ona uyğun satış strategiyası tətbiq edən bir satıcı, işlədiyi mağazanın müştəri sayının və uğur göstəricisinin artmasında ən vacib faktor olacaqdır.

Əgər bu peşədə uğur qazanmaq istəyirsinizsə, əvvəlcə necə satmanız və müştəriyə satış zamanı necə təsir etməniz lazım olduğunu çox yaxşı öyrənməlisiniz. İstər davranışlarınızla istərsə satış üsulları sahəsindəki ustalığınızla müştərini şirkətinizin daimi müştərisi edə bilərsiniz. Əgər sata bilmirsinizsə, problem məhsulda deyil, sizdədir!

Satış sözünün insanlar tərəfindən qəbul edilən mənası, şəxslərin ehtiyaclarını qarşılamaq üçün aldıqları mal və xidmətlərə müəyyən bir məbləğ ödəməsidir. İnsanların aldıqları satış dərsləri onlara çox şey verir. Satış dərslərində, satışdan əvvəl, satış zamanı və satışdan sonra edilməsi lazım olanlar dinləyicilərə təfərrüatı ilə izah edilər və onlar satış sənətinin incəliklərini mənimsəyirlər.

Hipnotik dil qəlibləri və güclü cümlələr

Məcazlar

Etirazları dəf etmə

4.Satıcıların şüuraltı səviyyədə kamilliyi

“Həyat çarxı” analizi ilə özünə inamın ölçülməsi

“Lövbər atma” texnikası ilə lazımi əhvalın yaradılması

“Mükəmməllik dairəsi” texnikası ilə satış üçün beynin proqramlaşdırılması

“Yenidən çərçivələmə” texnikası

5.Professional Satıcı Modulu

NLP ilə 4 ayaqlı uğur proqramı

6 səviyyəli dünya modeli

Kovey matriksi

Pareto nisbəti

Disney yaradıcılıq strategiyası

Satış və marketinq əlaqəsi

Satışı ən yaxşı bitirmə üsulları

Satışdan sonrakı xidmət

 

Proqramın Müddəti: 40 saat