Xidmətlər

MÜSTƏNTİQ FƏALİYYƏTİNİN PSİXOLOJİ ASPEKTLƏRİ

Maddi sübutlar.cinayət hadisəsi və cinayətkar haqqında subyektiv məlumat verir ki,bunlar da elmi üsullarla araşdırıla bilər.(barmaq izi,qan,ayaq izləri)
Ideal sübutlar:cinayət və cinayətkar haqqında canlı insanlar sss tərəfindən qavranılan və dindirmə zamanı yenidən çatdırıla sss biləcək informasiyadı. Məhkəmə psixologiyası isə məhz ideal sübutları araşdırır.
Müstəntiqin cinayət hadisəsinin rekonstruksiyasına yönəlmiş fəaliyyəti dəqiq prosessual qanunvericiliklə tənzim olunur.
Cinayət hadisəsini açmaq üçün prosessual qanunvericiliyi bilmək kifayət etmir.Müstəntiqin psixologiya,tibb,pedaqoqika və digər sahələrdə də biliyi olmalıdır.
Müstəntiq fəaliyyəti üçün xarakterik cəhətlərdən biri onun düzgün aparılmamasında maraqlı şəxslərin olmasıdır.Bəlkə də insan fəaliyyətinin ikinci belə növü yoxdur ki,onun uğurlu aparılmamasında maraqlı olan şəxs və ya şəxslər qrupunun belə aktiv əks müqaviməti ilə rastlaşsın.Qeyd etmək lazımdır ki,cinayətin təhqiqinə və açılmasına yönəlmiş müstəntiq fəaliyyətinə qarşı təqsirli şəxslərin mütəşəkkil müqaviməti cinayət hadisəsinin açılmasını xeyli çətinləşdirə bilər.
Istintaq üçün təkcə mübarizə xarakterik deyil.Müasir müstəntiq fəaliyyəti üçün ən xarakterik xüsusiyyətlərdən biri də dindirilən şəxsə incə psixoloji təsir üsullarının tətbiqində özünü göstərir.
Müstəntiq informasiya qıtlığı şəraitində işləyir.Yüksək psixoloji gərginlik və tətbiq olunacaq metodların qanunla sərhədlənməsi çətinliyi daha da artırır.


MÜSTƏNTİQ FƏALİYYƏTİNİN PSİXOLOJİ ASPEKTLƏRİ

  • Müstəntiq fəaliyyətinin psixoloji xüsusiyyətləri
  • Müstəntiqin professioqramı
  • Müstəntiq fəaliyyətinin mərhələləri və onların psixologiyası
  • Müstəntiq fəaliyyətinin psixoloji quruluşu
  • Müstəntiqin kommunikativ keyfiyyətləri
  • Axtarış aparılmasının psixologiyası
  • Fizioqnomika
  • Məhkəmə-psixoloji ekspertizasının məqsədi, vəzifəsi və səlahiyyətləri

 

____________________________________________________________

 

Kurs müddəti :

32 saat  (həftədə 2 dəfə olmaqla 2 ay)

Kursu bitirənlər sertifikat və  zəruri materiallarla təmin olunur.