HÜQUQ PSİXOLOGİYASI
Hüquq psixologiyası, psixologiya elmindəki məlumatların hüquqi sahəyə tətbiqi kimi başa düşülə bilər. Olduqca yeni bir elm sahəsi olmasına baxmayaraq , həm də sürətlə inkişaf edən bir sahədir. Hər iki elmlər sistemini bir-birinə yaxınlaşdıran və hətta qovuşduran bir ümumi cəhət var ki, o da onların hər ikisinin obyektinin insanın rəftar və davranışı, daxili psixoloji aləmi, fərdi-psixoloji xüsusiyyətləri ilə əlaqədar olmasıdır.
Hüquq psixologiyasında cinayət törədən fərdlərin şəxsiyyət strukturu və ruhi vəziyyəti təhlil edilərək cinayətlə olan bağlantısı ələ alınır. Fərdlərin psixoloji durumu incələnərək onu cinayətə təhrik edən faktorlar ortaya çıxarılır. Hüquq psixoloqları, cinayətə təhrik edən faktorların müəyyən edilməsi və veriləcək cəzanın azaldılması üçün gərəkli olan tədbirlərin görülməsindən məsuldurlar.
HÜQUQ PSİXOLOGİYASI
- Hüquq psixologiyasının predmeti və onun əsas sahələri
- Hüquq psixologiyasının əsas sahələri və onların başlıça problemləri
- Hüquq Psixologiyasının Metodologiyası
- Hüquq fəaliyyətinin psixologiyası
- Şəxsiyyətin Psixologiyası
- Şəxsiyyətin davranış və rəftarının, fəaliyyətinin psixoloji xüsusiyyətləri
- Şəxsiyyətin sosial Psixologiyası
- Şəxsiyyətin sosializasiyası və hüquqi şüurun fomalaşması
- Ünsiyyətin psixoloji məsələləri
- Məhkəmə psixologiyası
- Qrup cinayəti və mütəşəkkil cinayətkarlığın psixologiyası
- Cinayət əməlinin psixologiyası
- Cinayət və mülki prosesdə məhkəmə – psixoliji ekspertizası
- Yetkinlik yaşına çatmayan qanunpozanların və yeniyetmələrin cinayət davranışının psixoloji xüsusiyyətləri
- Zərərçəkmiş şəxsin psixoloji xüsusiyyətləri və xarakteristikası
__________________________________________________________
Kurs müddəti :
32 saat (həftədə 2 dəfə olmaqla 2 ay)
Kursu bitirənlər sertifikat və zəruri materiallarla təmin olunur.