Psixologiya və Konsultasiya Mərkəzi | 

MƏRKƏZ HAQQINDA

Psixologiya və Konsultasiya Mərkəzi (PCC) 2009-cu ildən öz fəaliyyətinə, yerli şirkət və qurumlara təlim, tədris və məsləhətçilik xidmətləri göstərməklə başlamışdır. Qısa zaman kəsiyində PCC Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərən 10-dan artıq eyni profilli şirkətlərlə geniş və dərin münasibətlər yaratmağa müvəffəq olmuşdur.

Bizlər həyatımızın müəyyən dönəmlərində çətinlik, uğursuzluq, stress və s. bu cür hallarla rastlaşırıq. Zamanında həll edilməyən bu cür proseslər sonrakı fəaliyyətimizə maneələr yaradır. Əgər Siz iş prosesində, ailə həyatında, insanlarla münasibətdə həyəcan keçirir, çətinliklər yaşayırsınızsa, o zaman Sizə ən doğru köməyi Psixologiya və Konsultasiya Mərkəzi (PCC) göstərə bilər.

Təəssüflə qeyd etməliyik ki, bu gün mental dəyərlərdən irəli gələn bir çox səbəblərdən insanlar Psixoloq və Psixoterapevtə müraciət prosesində müəyyən komplekslər keçirirlər. Bunun səbəblərindən biri də insanların bir qisminin hələ də psixoterapevt, psixoloq, psixiatr, psixoanalitik və s. anlayışlarının mahiyyətini fərqləndirə bilməmələridir. Bir şeyi unutmamağımız lazımdır; Psixiatrdan fərqli olaraq Psixoloq və Psixoterapevt psixi sağlam insanlarla çalışır, onlara gündəlik həyatlarında raslaşdıqları neqativ halların həllində köməklik göstərirlər.

Psixologiya və Konsultasiya Mərkəzi (PCC) yaranandan insanlara düşdükləri çətin situasiyalarda peşəkar yardım göstərməyi məqsəd qoyub. Mərkəz insanları bu durumda sığortalamaq üçün fərdi konsultasiyalar, eləcə də psixologiyanın ayrı-ayrı sahələri ilə bağlı peşəkar kurslar, treninqlər həyata keçirir. Bizim keçirdiyimiz kurslar və treninqlər problemlərindən çıxış yolu axtaran, həyatını dəyişmək və özünü təkmilləşdirmək istəyən bütün insanlara ünvanlanıb.

Bizim göstədiyimiz xidmətlər daha çox insanlarla əlaqədə olan media işçiləri tərəfindən yuksək qiymətləndirilmişdir. Artıq bir neçə müddətdir ki, bizim məsləhətlərimiz müxtəlif radio və TV proqramlarında təmənnasız yayılır.

Bizim psixoloji mərkəz Bakı şəhərində psixoloji yardımı ala biləcəyiniz ən etibarlı məkandır.

PCC eyni zamanda Sizin şirkət üçün zəruri olan biznes treninq sifarişlərini də peşakar şəkildə yerinə yetirmək iqtidarındadır. Bizim biznes sahəsində müştərilərimiz sabit biznes şəraiti yox, dinamik biznes prinsipləri ilə iş qurduqlarına görə şirkətlərinin daimi inkişafına əmindirlər.

Sizin uğurunuz Bizim fərəhimizdir!

Bizimlə Əlaqə
Tel: (012) 480-36-29
(012) 480-40-16
Mob: (99455) 257 27 00
Azərbaycan, Bakı AZ1065.
Cəfər Cəbbarlı küçəsi 44
Caspian Plaza  3 -cü mərtəbə.


Şərhlər bölməsi bağlıdır