GİZLİLİK

TEST

ONLAYN KONSULTASİYA

SEMİNARLAR

PSİXOLOQA SUAL


Qrup terapiyası

Qrup terapiyası

Müasir cəmiyyət, texnologiyanın yaranması insanları yeni fərdi çətinlik və psixoloji problemlərlə qarşılaşdırdı. Artıq insanlar həyatındakı hər şeyi; işini, yaşayacağı yeri, birlikdə yaşayacağı insanları hətta cinsiyyətini belə seçmək vəziyyətinə gəldi. Bir əvvəlki nəsillə aradakı fərq hər on ildə daha da artır. Gənc insanlar valideynlərindən daha çox məlumatlı olur, prosesləri daha tez yaşayır,lakin şəxsiyyətin formalaşması mərhələlərində müddətin artması və müəyyən problemlərin ortaya çıxması faktları yaşanır. Fərdlərin qarşısında açılan bu sonsuz müxtəliflik, ünsiyyət problemləri və şəxsiyyət problemlərini də özü ilə gətirir. Fərd, həyatına girən yeni insanlarla necə davranacağını bilmədiyi kimi, özünün də şəxsiyyəti, hara aid olduğu mövzusunda əmin deyil. Fərdiləşmə izdiham daxilində təkliyə, ünsiyyət imkanlarının çoxluğuna və müxtəlifliyinə baxmayaraq psixoloji çətinliyə gətirib çıxarır.

Hal-hazırda yaşanan psixoloji problemlərin və ünsiyyət problemlərinin həllinə istiqamətli qrup terapiyası, fərdi psixoterapiyanın alternativ bir yoludur. Qrup terapiyası, fərdi müalicə kimi insanların həyatlarındakı problemləri həll etmə bacarığını inkişaf etdirir, həyat keyfiyyətlərini yüksəltməyi məqsəd qoyur. İnsanların düşüncə, duyğu və davranışlarını daha yaxşı anlamalarını və ətrafları ilə daha sağlam əlaqə qurmalarını təmin edir. Bu mənada təklik duyğusunun, depressiyanın və anksiyetelərin (qayğı və narahatlıqların) və daha bir çox psixoloji problemin terapiyası üçün yaxşı bir üsuldur.

Qrup terapiyasında psixoloji problemləri olan və ya ünsiyyət problemi yaşayan fərdlər iştirak edə bilər. Qrup terapiyasına qatılmaq üçün şəxsin mütləq psixoloji bir problem yaşaması lazım deyil. Qrup terapiyasında hər kəs iştirak edə bilər.

  • Özünüzü tanımaq istəyirsinizsə,
  • Həyat hədəflərinizi dəqiqləşdirmək istəyirsinizsə,
  • İnsanlararası münasibətlərdə müvəffəqiyyətli olmaq istəyirsinizsə,
  • Yaxın əlaqələrinizdə yaşadığınız problemləri həll etmək istəyirsinizsə,
  • Özünüzə daha çox dəyər vermək istəyirsinizsə,
  • Həyatda daha təsirli olma bacarığı qazanmaq istəyirsinizsə,
  • Iş yerinizlə və ya dostlarınızla yaşadığınız problemlərin öhdəsindən gəlmək istəyirsinizsə,
  • Qarşı cinslə əlaqələrinizdə çətinliklər yaşayırsınızsa,
  • Özünüzü tək və aydın hiss edirsinizsə qrup terapiyasına qatıla bilərsiniz.