‘Nərmin Quliyeva – Psixoloq’

Stresslə diabetin (şəkər xəstəliyinin) əlaqəsi

diyabetle-bas-etmenin-puf-noktalari-nelerdir-e1485871607184

Qanda şəkərin miqdarında yaranan disbalans orqanik problemlərə və psixoloji narahatlıqlara səbəb olur. Bir çox hallarda isə bu vəziyyətin əksi ilə qarşılaşırıq. Müəyyən qrup orqanik və psixoloji narahatlıqlar qanda şəkərin miqdarının dəyişməsinə səbəb olur. Tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, bir çox fiziki problemlərin yaranmasına səbəb nevrotik pozuntulardır. Psixiatrik və psixoloji problemlər zamanı yorğunluq, halsızlıq, baş ağrıları, əzələ… Ətraflı

Kapqras sindromu

s-000e7321c2f239032507fb283e7e9903b8dba341

Kapqras sindromu ilk dəfə 1923-cü ildə fransız psixiatr Kapqras tərəfindən kəşf olunmuşdur. Bu sindrom əlamətlərinə görə sayıqlama pozuntusuna bənzəyir və paranoid şəxsiyyət pozuntusunda daha çox müşahidə olunur. Sindrom nadir hallarda rastlandığı üçün tədqiqat sahəsi məhduddur. Lakin problemin əsas səbəbi kimi neurobioloji və neuropsixoloji səbəblərin olduğu aşkarlanmışdır. Əlamətləri: Kapqras sindromu olan pasiyentlər duyğusal bağlılığı olan insanlar,… Ətraflı

O qadınlar kişisiz yaşaya bilmirlər…

Без названия

Mən səni sevmirəm, sənin qoynuna, Səndən gizlənməyə girmişəm, qadın. Söhbət günümüzün aktual problemlərindən olan simbioz bağlılıqdan gedir, şeir bəhanədi. Belə baxanda insan yaranandan bağlı və asılı olub. Sadəcə fərqli-fərqli nəsnələrə. Öncə bağlılıqdan başlayaq. Bağlılıq insana, düşüncəyə, xatirəyə sevgi və hörmətlə yaxınlıq hiss etmək və onu imkan olduqca göstərməkdir. Asılılıq isə başqa bir şeyin istəyinə, güc və… Ətraflı

Psixoloq, psixiatr, psixoterapevt kimdir? Hansına müraciət etməliyəm?

female-psychologist-in-black-with-male-patient-on-couch

İnsan, psixoloji narahatlıq yaşadıqda və bununla bağlı mütəxəssisdən yardım almaq qərarına gəldikdə kimə müraciət edəcəyi ilə bağlı müəyyən tərəddüd hissi keçirir. Bu məqaləni oxuyaraq yaranan suallara cavab tapa bilərsiniz. Psixoloq:psixologiya fakültəsi və psixologiya ixtisasından məzun olan insanlar psixoloq ünvanını qazanırlar. Lakin psixologiya üzrə təhsil alan hər psixoloq konsultasiya aparmaq hüququna malik deyil. Psixologiya elminin bir… Ətraflı

Paranoid şəxsiyyət pozuntusu

1336676886_shizofrenicheskiy-psihoz-i-metody-ego-lecheniya

Ümumi xüsusiyyətləri: Paranoid şəxsiyyət pozuntusu, uşaqlı və ya yeniyetməlik dövründə başlayıb şəxsin həyatına nüfuz edən bir şəxsiyyət pozuntusudur. Paranoid şəxsiyyət pozuntusuna sahib şəxslərin göstərdiyi ən əsas xüsusiyyət “güvənsizlikdir”. İnsan münasibətlərində məntiqlə fikir ifadə etmə yolları ilə əks iddia edilməyəcək bir güvənsizlik yaşayırlar. Məntiqli düşüncə nümunələri və reallığı dərk etmələri deqredasiya olmuş, başqalarının onlara zərər verəcəyi… Ətraflı

Dissosiativ şəxsiyyət pozuntusu (multiple-çoxlu)

dissociative_identity_disorder_by_x_sinister_chaos_x-d5uegwj

Dissosiativ şəxsiyyət pozuntusu, insanın şüur səviyyəsində bir-birindən fərqli ən azı iki şəxsiyyətə sahib olması və bu şəxsiyyət strukturları arasında keçidlər yaşaması ilə xarakterizə olunan psixoloji xəstəlikdir. Bu şəxsiyyət pozuntusu mütləq travma və ya sarsıntı nəticəsində ortaya çıxan tablodur. Daha çox uşaqlıq dövründə şüurun yeni formalaşmağa başladığı zaman travma yaşayan insanlarda müşahidə olunur. Bu travmalar fiziki,… Ətraflı

Onkoloji xəstənin psixologiyası

1098381_620x410

Tibbin inkişafı onkoloji xəstəliklərin yayılmasını azaltmadığı kimi qarşısını da ala bilmir. Digər tərəfdən ciddi bir xəstəliklə birlikdə yaşamaq çətindir və mübarizə gücü tələb edir. Onkoloji xəstələrdə ağrı, iştahsızlıq, öz işlərini görə bilməmək, möhtac qalma kimi narahatlıqlara bağlı olaraq xəstənin psixoloji vəziyyəti daha da pisləşir. Bu zaman duyğu və düşüncələrini aradan qaldırmaq məqsədilə mütəxəssisə müraciət etmək… Ətraflı

Təşvişli nevrotik pozuntu

anksiyete

Təşviş Təşviş hər zaman mənfi deyil. Stressli vəziyyətlərdə diqqətinizi fokuslamağa və motivə olmanıza kömək edir. Lakin təlaş və qorxu həyat keyfiyyətlərinizə mane olmağa başlayırsa, bu halda təşviş problem olaraq dəyərləndirilir. Təşvişli nevrotik pozuntunu anlamaq… Təzyiq altında və ya stress situasiya ilə qarşılaşdıqda narahatlıq, gərginlik və qorxu hisslərini keçirmək normaldır. Təşviş orqanizmin təhlükəyə qarşı verdiyi təbii… Ətraflı

Fobiya

sosyal-fobi2-660x3301

Reallıqda qorxu yaratmayan obyekt, fəaliyyət və ya situasiyaya qarşı qorxu hissi və qaçma davranışına fobiya deyilir. Fobik insanlar müəyyən vəziyyət, obyekt və ya fəaliyyətlə qarşılaşdıqda hədsiz təşviş hissi keçirirlər. Fobik insanlar qorxularının mənasız olduğunun fərqindədirlər, lakin onlara məntiqi yolla mane ola bilmirlər. Bu qorxular fobik insanların həyat keyfiyyətlərində problemlərin yaranmasına gətirib çıxarır. Fobiya cəmiyyətdə tez-tez… Ətraflı

Psixoloji dəyərləndirmə

psychologic_img

Psixoloji testlər nədir? Psixoloji test, insana xas davranış formasının standart və obyektiv dəyərləndirmə vasitəsidir.  Testin nəticələri, insan davranışlarına dair müəyyən məlumatlar verir. Psixoloji testlər digər elm sahələrində istifadə olunan testlərə bənzəyir. Məsələn, qandakı dəmirin miqdarı qandan nümunə alınaraq təyin olunursa, psixoloq yetkin insanın şəxsi keyfiyyətlərini şəxsiyyət testləri vasitəsilə qiymətləndirir. Psixoloji testlərdə fiziki xüsusiyyətin birbaşa ölçülməsi… Ətraflı